Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"RUSİYA TÜRKİYƏYƏ QARŞI YENİ OYUN OYNAYIR" -ŞƏRH

 


Məhəmməd Əsədullazadə: "Türkiyənin Suriya və Liviyada apardığı hərbi, siyasi fəaliyyət Moskvanın Ankaraya qarşı müəyyən bir cəbhə formalaşdırmasına gətirib çıxarır"

"Xəlifə Haftarın nümayəndələrinin Suriya hökumətinin üzvləri ilə görüşməsi, Bəşər Əsədlə birlikdə Türkiyəyə qarşı mübarizə aparmaq istəmələrinin arxasında Rusiya dayanır"

Yenixeber.org: Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın rəhbərliyi ilə yaradılan müvəqqəti hökumətin nümayəndə heyəti Suriya hökumətinin üzvləri ilə görüşüb. Bu barədə axar.az-da yer alan informasiyaya görə, görüşdə siyasi, təhlükəsizlik və informasiya məsələləri sahəsində koordinasiya ilə yanaşı, Türkiyənin əməliyyatlarının da müzakirə edilib. Onu da qeyd edək ki, Suriyanın İdlib vilayətində baş verən son olaylardan sonra İran prezidenti Həsən Ruhani Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti aparıb.

Bu zaman İran prezidenti bildirib ki, İdlib məsələsi təhlükəli terrorçu qrupların mövcudluğu və bu bölgədə yaşayan günahsız insanların həyatının qorunması vacibliyi baxımından çox mürəkkəbdir. Suriya probleminin nizamlanması üçün İran, Türkiyə və Rusiya arasındakı üçtərəfli əməkdaşlığın xüsusi əhəmiyyətinə toxunan Ruhani deyib ki, müxtəlif səviyyələrdə üçtərəfli əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir və əvvəllər qeyd olunduğu kimi, İran növbəti mərhələyə ev sahibliyi edəcək. Həsən Ruhani "Suriyanın ərazi bütövlüyünü qorumaq, terrorçuları məhv etmək, günahsız insanların həyatını qorumaq və İdlib problemini tezliklə həll etmək kimi prinsiplər haqqında razılaşmaqla", İran, Türkiyə və Suriya üçtərəfli sammit keçirmək təklifini də dilə gətirib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə Suriya münaqişəsində İranın rolunu dəyərləndirməklə yanaşı, siyasi danışıqları Suriya probleminin yeganə nizamlanma seçənəyi adlandırıb və bu məsələdə Tehranı əməkdaşlığa çağırıb. "Bu danışıqlar yaxşı nəticələr verdi və daimi sülh üçün davam etdirilməlidir" deyən Ərdoğan İran, Rusiya və Türkiyə arasındakı üçtərəfli razılaşmaların prosesə təsirini vurğulayıb. Rusiya prezidenti Vladimir Putin isə Həsən Ruhani ilə telefon söhbətində Suriya münaqişəsinin nizamlanmasında Astanada əldə edilən razılaşmaları "effektiv" adlandırıb və əlavə edib ki, hərbisizləşdirilən zonaların yaradılması terrorizmə qarşı mübarizənin dayandırılması kimi görünməməlidir: "Ümid edirəm ki, gələcəkdə bu sahədə koordinasiya davam edəcək". Putin daha sonra Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasının vacibliyini vurğulayaraq bildirib ki, Suriya hökuməti öz ərazisində terrorçularla mübarizə haqqına sahibdir.

"Hazırda Suriyada Əsədin adından döyüşənlərin bir qismi "Hizbullah"ın, yəni İranın, bir qismi isə Rusiyanın muzdlu döyüşçüləridir"

Картинки по запросу "Məhəmməd Əsədullazadə"

Beləliklə, mövzu ilə bağlı saytımıza açıqlama verən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Türkiyənin Suriya və Liviyada apardığı hərbi, o cümlədən siyasi fəaliyyət rəsmi Moskvanın Ankaraya qarşı müəyyən bir cəbhə formalaşdırmasına gətirib çıxarır: "Çünki Rusiya həm Liviya, həm də Suriyada Türkiyə ilə qarşı-qarşıyadır. Bildiyiniz kimi, hazırda Türkiyə Liviyada Xəlifə Haftara qarşı hərbi fəaliyyətini genişləndirir, o cümlədən Suriyanın İdlib vilayətində "Bahar qalxanı" əməliyyatına start verib. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Xəlifə Haftarın rəhbərliyi ilə yaradılan müvəqqəti hökumətin nümayəndə heyətinin Suriya hökumətinin üzvləri ilə görüşməsi, Bəşər Əsədlə birlikdə Türkiyəyə qarşı mübarizə aparmaq istəmələrinin arxasında Rusiya dayanır. Bunu istisna etmirəm. Lakin bir məsələ var ki, Xəlifə Haftarla Bəşər Əsəd Türkiyəyə qarşı müəyyən bir koalisiya formalaşdırsa belə, onların necə hərəkət edəcəkləri sual doğurur. Bu halda ya Xəlifə Haftar Suriyada Türkiyəyə qarşı döyüşməlidir, ya da Bəşər Əsədin ordusu Liviyada döyüşməlidir. Lakin bu, yəni onların bir-birinə hərbi dəstək verməsi bir o qədər də inandırıcı görünmür. Bundan başqa, onlar kifayət qədər canlı qüvvəyə də malik deyillər. Xüsusilə, Əsədin ordusu demək olar ki, darmadağın olub. Hazırda Suriyada Əsədin adından döyüşənlərin bir qismi "Hizbullah"ın, yəni İranın, bir qismi isə Rusiyanın muzdlu döyüşçüləridir".

"Hər hansı hökumətin Liviya adından Bəşər Əsədlə birgə Türkiyəyə qarşı mübarizə aparması sadəcə "blef"dir"

Xəlifə Haftarla Bəşər Əsədin Türkiyəyə qarşı bir araya gəlməsinin görüntü xarakterli olduğunu vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, bu kimi addımlar rəsmi Ankaraya qarşı müəyyən bir psixoloji təzyiq formasıdır: "Faktiki olaraq Liviyada stabil, oturuşmuş bir dövlət yoxdur. Orada sadəcə olaraq, BMT tərəfindən razılaşdırılmış kiçik bir əraziyə malik hökumət var. Odur ki, hər hansı hökumətin Liviya adından Bəşər Əsədlə birgə Türkiyəyə qarşı mübarizə aparması sadəcə "blef"dir. Hesab edirəm ki, Türkiyə bu kimi məsələləri ciddi qəbul etməyəcək, Liviya və Suriyada öz hərbi fəaliyyətini daha da inkişaf etdirəcək. Göründüyü kimi, Türkiyənin Liviya və Suriyada apardığı hərbi mübarizə müvəffəqiyyətlə davam edir. Bu isə Rusiya və digər qüvvələrin narazılığına səbəb olur. Onlar göstərmək istəyirlər ki, Xəlifə Haftar öz qüvvələrinin bir hissəsini Suriyaya Bəşər Əsədin yardımına göndərə bilər. Lakin bu, heç də inandırıcı deyil. Çünki bu gün Liviyanın özündə Xəlifə Haftara canlı qüvvə lazımdır ki, müəyyən bir irəliləyişə doğru addım atsın. Odur ki, mövcud şəraitdə nə Haftar Əsədə, nə də Əsəd Haftara hərbi yardım edə bilər. Onların belə bir gücü, potensialı yoxdur. Sacədə olaraq, bu cür proyektlərin arxasında Rusiya var. Yəni Kreml çalışır ki, arxa fonda Türkiyəyə qarşı müəyyən təzyiqlər etsin. Görünən odur ki, Rusiya Soçi, Astana razılaşmalarının üzərindən xətt çəkdi və indi Türkiyəyə qarşı yeni oyun oynayır".

"Suriyada Türkiyəyə qarşı hücum bütün kartları dəyişdi və proseslərdə qardaş ölkə qazanır"

Politoloq bu qənaətədir ki, Suriyanın İdlib şəhərində Türkiyəyə qarşı Əsədin yanında yer alan İran dəstəkli "Hizbullah" və "Əl-Qüds" briqadası döyüşərsə, bu iki silahlı təşklilatların sonu gələcək: "Bizdə istəyirik ki, hər iki təşkilat Türkiyəyə qarşı hücuma keçsin və dərhal dərsini alsın. Onda türk ordusu "Hizbullah"ı Livanda dəfn edəcək, Beyruta və Dəməşqə ciddi zərbələr endirər. NATO və İsrail də aktiv şəkildə Türkiyənin yanında yer alır. Rusiya hazırda imkan vermir ki, İran dəstəkli qüvvələr Türkiyəyə qarşı hücuma keçsin və İran da nəticənin hansı istiqamətdə gedəcəyini yaxşı anlayır. İran və Rusiya artıq bilir ki, Suriyada Türkiyə tək deyil və NATO nizamnamənin 4-cü bəndinə əsasən Türkiyəyə hava dəstəyi verəcəyini qeyd edib. Artıq İncirlikdən hərbi təyyarələr Əsəd qüvvələrinə zərbə endirib. İsrail də "Hizbullah" və "Əl-Qüds" briqadasının bölmələrini vurur". Məhəmməd Əsədullazadənin fikrincə, Suriyada Türkiyəyə qarşı hücum bütün kartları dəyişdi və proseslərdə qardaş ölkə qazanır: "Türkiyə prezidentinin Rusiya səfərində ciddi nəticələr gözlənilmir. Putin-Ərdoğan görüşü əvvəlki kimi dostluq atmosferində keçməyəcək. Kremlin Türkiyəyə qarşı güzəşti taktiki ola və Ankaranın növbəti mərhələdə əleyhinə işləyə bilər. Ərdoğanın bu olaydan sonra Moskva səfəri çox maraqlıdır. Yeni görüş yeri üçüncü ölkənin ərazisində olmalı idi. Rusiya Türkiyənin Suriyada maraqlarını strateji ölçüdə tanımayacaq. Görünür, Rusiyanın Türkiyə iqtisadiyyatına qarşı planları var. Rəcəb Tayyib Ərdoğan isə bunu önləməyə çalışacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam