Yenixeber.org: Reportajın müəllifi qeyd edib ki, Azərbaycanın qərbində yerləşən Laçın şəhəri nəhəng tikinti meydançasına bənzəyir.
"Hara baxırsan bax, Ermənistanla Azərbaycan arasında son genişmiqyaslı müharibənin izlərini silmək cəhdlərini görmək olar. Tanklar tikinti maşınları ilə əvəzlənib. Buradan didərgin düşmüş insanların Laçına qayıtması üçün infrastrukturun bərpası və yenidən qurulmaya böyük məbləğdə vəsait qoyulub”, - “Euronews”un müxbiri Anelis Borjes bildirib
“Euronews” Laçında aparılan bərpa işləri ilə bağlı reportaj hazırlayıb -VİDEO

"Hazırda iki tərəfi birləşdirən yeganə məqam ağrı-acılar ola bilər. Azərbaycan və Ermənistan liderləri arasında danışıqlar davam etdiyi dövrdə dayanıqlı sülhə gedən yol insanlardan keçməlidir", - reportajda qeyd olunub.