Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ərdoğan:"Qara dəniz Taxıl Təşəbbüsünün davamını təmin edəcəyik"

"Qara dəniz Taxıl Təşəbbüsünün davamını təmin edəcəyik. Rusiya da taxıl dəhlizinin aktiv fəaliyyətinə tərəfdardır”.

Yenixeber.org:  Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini əhatə edən Körfəz turu, eləcə də Şimali Kipr Türk Cümhuriyyətinə etdiyi səfərlərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyin.

"Nəticələri baxımından həyati əhəmiyyət daşıyan bir təşəbbüsün davam etdirilməsi bəşəriyyətin xeyrinədir. İnanıram ki, proses uzanmadan Qara dəniz Taxıl Təşəbbüsünün davamını təmin edəcəyik. Hazırda Rusiya ilə danışıqları davam etdiririk. Həm xarici işlər nazirim Hakan Fidan, həm də MİT rəhbəri İbrahim Kalın danışıqları davam etdirirlər. Danışıqlarla birlikdə bu məsələni tezliklə cənab Putinlə müəyyən yerə bağlayacağıq. Rusiyanın da müəyyən gözləntiləri var. Əgər bunlar keçərsə, Rusiya bu taxıl dəhlizinin aktiv fəaliyyət göstərməsinin tərəfdarıdır", - Ərdoğan qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam