Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Qətər dağılsa, dünya dağılmayacaq, uzağı bir əmrlik olmayacaq” -Zərdüşt Əlizadə

Yenixeber.org:   Ərəb coğrafiyasında baş verən son hadisələrlə bağlı politoloq Zərdüşt Əlizadə teleqraf.com-a müsahibə verib.

Müsahibəni oxuculara təqdim edirik:  

 

– Zərdüşt bəy, bir sıra ərəb ölkələri Qətər Əmrliyi ilə siyasi, diplomatik və nəqliyyat əlaqələrini kəsdi, bu ölkəni terrora dəstək verməkdə, İranla iş birliyində ittiham etdi. Sizcə, Körfəz ölkələri arasında nə baş verir?

– Körfəzdə sadə hadisələr baş verir. Bədəvi ərəblərin əlində milyonlarla pul var. Səudiyyə kralları, Qətər əmrinin sərvəti yüz milyardlarla dollar təşkil edir. Pul da adamı dingildədir. Digər ölkələr isə daha çox onlardan asılıdır. Əlbəttə, baş verən prosesin kökünün haradan gəlməsi məsələsi də var. Sözsüz ki, burada Amerikanın fitvası var.

– Niyə ABŞ?

– Çünki Qətər Əmrliyi çalışır ki, bir qədər fərqli siyasət yürütsün. Məsələn, Qətər dünyada ən zəngin əhaliyə malik ölkədir. Adambaşına gəlir 100 min dollardan yuxarıdır. Qətər müsəlman aləmində ilk qərbyönlü “Əl-Cəzirə” kanalını yaradıb. Qətər Əmrliyi Misirdə “Müsəlman qardaşları” Təşkilatına kömək edirdi. Çünki “Müsəlman qardaşları” islama demokratiya gətirmək istəyirdi. Səudiyyə Ərəbistanı isə bunu istəmirdi. Buna görə də Səudiyyə Nursinin devrilməsində Sisiyə dəstək verdi, Misir hərbçilərinə açıq kömək etdi. Qətər isə bunu dəstəkləmədi, əksinə, hərbçilərin Mursini devirməsini tənqid edir. Bu baxımdan Qətər Əmrliyi daha demokratik ölkədir. Ancaq Amerikaya demokratik müsəlman ölkəsi deyil, itaət edən müsəlman ölkəsi lazımdır.

Həmçinin Qətər istəmir ki, Qərb müsəlmanları bir-biri ilə vuruşdursun. Ona görə də hətta İranla barış axtarır. ABŞ-a isə lazımdır ki, bütün müsəlmanları İranın üzərinə yönəltsin.

– İndi Qətər faktiki olaraq qonşuları tərəfindən blokadaya alınır, bu ölkə ilə əlaqələr dayandırılır. Sizcə, bu hansı nəticələr yaradacaq?

– Mənə elə gəlir ki, münasibətlər o həddə qədər irəliləməz. Qətər Əmrliyi kiçik ölkədir. Güman etmirəm ki, Səudiyyə Ərəbistanı Qətərə hücum etsin, onu vursun, ərazilərini işğal etsin. Həm də buna gedilsə belə, dünya dağılmayacaq. Ərəb coğrafiyasında uzağı bir əmrlik olmayacaq.

Mən düşünürəm ki, indi ilk olaraq barışıq axtarılacaq, tərəflər mümkün qədər barışıq məsələsini önə sürəcək. Əgər iş hərbi məsələyə qədər gəlib çıxsa, sözsüz ki, bu halda Qətər Əmrliyinin taleyi yaxşı olmayacaq. Hərçənd ki, ABŞ Qətər Əmrliyinə təhlükəsizlik təminatı verib, amma böyük ölkələrin təminatı sabit bir yanaşma deyil.

– Qətərdə əhalinin 20-30 faizinin şiə olması faktı bu qarşıdurmaya səbəb ola bilərmi?

– Yox. Məsələ elə deyil. Qətərin özündə süni və şiə məsələsi yoxdur. Orada yerli qəbilə var və onlar XIX əsrdə bura köçüblər. Onlar ilkin dövrdə çox kasıb yaşayıblar, ağır həyat tərzi sürüblər. II Dünya Müharibəsindən sonra burada nəhəng qaz yataqları tapıldı, inkişaf başladı, Qərb texnologiyası Qətərə gəldi. Bundan sonra Dəni ailəsi dünyanın ən zəngin ailələrindən birinə çevrildi. Mən Qətər Əmrliyində olmuşam. Həqiqətən də Qətər Dubaydan çox az fərqlənir. Burada möhtəşəm tikinti işləri gedir və s. Amma yerli qətərlilər çox imkanlıdır. Burada yüz minlərlə gəlmələr var ki, əsasən qara işlər görürlər. Məni Qətərdə gəzdirən sürücü əslən Suriyadan idi və 400 dollar maaş alıb Allahına şükür edirdi. Qətərdə qulluqçular, alverçilər, satıcılar gəlmələrdir. Mən Qətərdə olanda yerli qətərlinin illik gəliri 98 min dollara çatırdı, indi isə 100 min dolları keçib. Təsəvvür edin, bu nə deməkdir. Odur ki, Qətərin yerli vətəndaşları özlərindən razı və çox zəngindir. Lakin pulu çox olsa da, əhalisi azdır və xarici qüvvələrdən asılıdır. Əlbəttə, çalışırlar ki, fərqli siyasət aparsınlar, siyasi və informasiya texnologiyaları əxz etsinlər. “Əl-Cəzirə” kanalını indiki Qətər əmrinin əmisi yaradıb. “Əl-Cəzirə” də dünyada böyük şöhrət qazanıb. Bu kanal dəfələrlə Qərbi ciddi tənqid edib. Corc Buş iki dəfə Qətər əmrindən xahiş etmişdi ki, “Əl-Cəzirə”nin dilini farağat qoysun. Çünki bu kanal iki dəfə ABŞ-ı, onun insan hüquqalrını pozmasını çox sərt tənqid etmişdi. Eləcə də Təhrir hadisələri zamanı “Əl-Cəzirə” kanalını həm Hüsnü Mübarəkin tərəfdarları, həm də “Müsəlman Qardaşları” tənqid edirdi. Sonrada hərbçilər gəlib kanalın Misirdəki bürosunu bağladılar, jurnalisti həbs etdilər. Qətər də hərbçilərin hərəkətlərini dövlət çevrilişi, məhkəməsiz ölüm, edamları isə qətl adlandırırdı. Demək istəyirəm ki, sanki Qətər ərəb dünyasında müstəsna bir obyektdir. Demokratiyanı müdafiə edən monarxiyadır. Bu da digər ərəb ölkələrinin xoşuna gəlmir. Odur ki, min şey uydururlar. Sonda da elan etdilər ki, Qətər terrorizmi dəstəkləyir. Hansı ölkə terrorizmə dəstək vermir? Sadəcə, hər bir ölkənin öz yaxşı terrorçuları var və bunun xaricində olan terrorçuları pis terrorçu hesab edir. ABŞ özü terrorçuları yetişdirir və onlara dəstək verir. Eləcə də Rusiyanın özü. Rusiya erməni terrorunu dəstəkləyir, amerikanlar islam terroruna dəstək verir. Ancaq deyirlər ki, digər terrorçular pisdir. Hadisələr göstərir ki, Qətər öz müstəqil siyasəti ilə qonşularını və dünyanı boğaza yığıb. Odur ki, Qətərə dərs vermək istəyirlər. İndi bu dərsi verib-verməyəcəklərini gələcək göstərəcək.

– Türkiyə-Qətər, Səudiyyə-Türkiyə yaxınlığı indiki böhranı aradan qaldırmaq baxımından çıxış yolu ola bilərmi?

-Türkiyə ilə Qətərin yaxın münasibətləri var. Hər iki ölkə Misirdə “Müsəlman qardaşları”na dəstək verib, habelə islama demokratiya gətirməkdə maraqlıdır. Qətər də bu baxımdan Türkiyəyə yaxındır. Eləcə də Suriya məsələsində əməkdaşlıq edir.

– Türkiyə Qətərdə hərbi bazalar qurmaq haqda razılığa gəlmişdi. Hazırda Qətər Əmrliyində türklərin hərbi bazası varmı?

– Xeyr. Qətərdə mən bildiyim qədər Amerikanın hərbi bazası var.

– Qətərin kral ailəsini girovluqdan azad etmək üçün terrorçulara 1 milyard dollar ödəməsi, habelə Qətər əmrinin İranı regionda sabitləşdirici dövlət adlandırması həqiqətdir, yoxsa bəhanə?

– Mən bunu istisna etmirəm. Ola bilər ki, 1 milyard veriblər. Nəzərə alın ki, Qətər rəhbərliyi üçün 1 milyard cib xərcidir. Digər tərəfdən, Qətər əmirinin dilindən çıxdığı deyilən ifadəyə diqqət etmək lazımdır. Kim anlamır ki, bölgədə İran doğurdan da sabitləşdirici qüvvədir? Ağlı başında olan anlayır ki, İran olmasaydı, vəziyyət daha pis olacaqdı. İndi İrandan çəkinirlər, razılaşdırıcı siyasət aparırlar. Həm də nəzərə alın ki, Türkiyə, İran, Mərakeş, Tunis kimi dövlətlər sübut edirlər ki, islam və demokratiya bir-birinə yad ünsürlər deyil. Yəni bu ölkələr göstərirlər ki, islam təkcə baş kəsmək, adam öldürmək, terror etmək mənasına gəlmir.

– Niyə digər ərəb ölkələri Qətəri müdafiə etmirlər, ölkələrin çoxu ya onun əleyhdarlarına qoşulur, ya da mümkün qədər bitərəf qalmağa çalışırlar?

– Əslində bir çox ölkələr Qətəri dəstəklədi. Səkkiz ölkə Qətərlə münasibətləri kəssə də, digərləri kəsməyib. Üstəlik Rusiya Xarici İşlər naziri Qətərlə əlaqə saxlayıb, müzakirələr aparıb. İran münasibətini bildirmir, bəllidir ki, münasibətini açıqlasa, bu, ifrat sünniləri qəzəbləndirər. Amma bəllidir ki, Tehran Qətəri dəstəkləyəcək. Lazım olsa, hər cür dəstək verəcək. Onlar arasında ciddi sərhəd problemi də yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam