Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Oqtay Əsədovun qardaşının ölkədən çıxışına "stop" qoyuldu -SƏBƏB

Milli Məclisin keçmiş sədri, deputat Oqtay Əsədovun qardaşı Nazim Əsədovun Azərbaycandan çıxışı məhdudlaşdırılıb.
Yenixeber.org: Buna səbəb iş adamı kimi fəaliyyət göstərən N.Əsədovun vergi və sosial ödənişlərdən yayınmasıdır. 
Belə ki, Dövlət Vergi Xidməti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək N.Əsədova məxsus “İnam”, “Nurvin-ST” və “Nəsimi-44” şirkətlərinin Dövlət Sosial Müdafiə Fonduna olan 20 min manata yaxın borcunu ödəmədiyini bildirib. Vergi Xidməti biznesmenin ölkədən çıxışına “stop” qoyulmasını xahiş edib.
Ərizəyə bu gün hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılıb. Hakim iddianı təmin edib. Nazim Əsədovun Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, Oqtay Əsədov 2005-2019-cu illərdə Milli Məclisinin sədri olub. Nazim Əsədov bir neçə dəfə mediada tikinti sahəsindəki fəaliyyəti ilə gündəmə gəlib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam