Generalın adı hallanan mənzil qalmaqalı böyüdü - istintaq sənədində nə yazılıb?
Əliağa Hüseynovun kürəkəninin qohumuna üç milyon manat borca pul verdiyi, 12 mənzilin sənədinin də formal olaraq ona girov verildiyi üzə çıxdı...
Yenixeber.org: General Əliağa Hüseynovun adı hallanan mənzil qalmaqalının yeni detalları üzə çıxıb. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə yaşayan, “Nəsimi -19" MMC-nin təsisçiləri ”Yeni Müsavat"a iş üzrə istintaq sənədlərini təqdim ediblər. Həmin sənədlərdə binanın tikintisini aparmış, lakin başa çatdırmayaraq həbsə alınan İsa Məmmədovla general Əliağa Hüseynovun kürəkəni Elçin Əliyevin üzləşdirilməsi protokolu var. Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi müstəntiqinin Bakı İstintaq Təcridxanasında həyata keçirdiyi istintaq tədbiri zamanı qeyd olunan məzmunda üzləşmə protokolu tərtib olunub:
İsa Məmmədov:
- Eyni zamanda qeyd edim ki, real olaraq Elçin Əliyevə mənzil satılmamışdır, sadəcə olaraq, Raufa verdiyi pulun əvəzində girov olaraq mənzillər ona təqdim edilmişdir. Mənim Elçin Əliyevlə aramda normal münasibətlər olduğuna görə ona söz verdim ki, əgər Rauf Kərimov vəfat etsə, onun pulunu mən qaytaracam. Mənim işlərimlə bağlı problem yarandığına görə Rauf Kərimov pulu qaytarmadığı üçün Elçin Əliyevin pulu ödənilmədi.
Müstəntiqin sualı (şahid Elçin Əliyevə):
- İsa Məmmədovun dediklərini eşitdiniz. Bu barədə nə deyə bilərsiniz?
Şahid Elçin Əliyevin cavabı:
- İsa Məmmədovun dediklərini eşitdim və bildirirəm ki, İsa Məmmədovun dedikləri ilə razıyam. Bəli, mən Rauf Kərimova 2004-cü ildə borc pul vermişəm və əvəzində mənə Rauf Kərimov 12 mənzil vermişdir. Bəli, 2012-ci ildə İsa Məmmədov və Rauf Kərimovun arasında hesabat olub və R.Kərimovun İsa Məmmədova 3 milyon 500 min manat borcu yaranıb. Rauf həmin pulu İsaya qaytarmağı, İsa isə ondan alacağı pulu mənə ödəməyə söz vermişdilər. Bu təklifi mənə dedilər, lakin mən razılaşmayaraq pulumu İsanın verməsini tələb etdim. Rauf Kərimovla razılaşmamağımın səbəbi ona inanmamağım olmuşdur, çünki verdiyi vədlərə əməl etmirdi. Mən bilirdim ki, Rauf Kərimovun pulu qaytarmağa imkanı yoxdur və ona görə onun təklifini qəbul etmədim. Raul Kərimov mənə demişdi kı, evləri qaytar İsaya, bir aya pulunu verəcəm. Mən də ona dedim ki, 1 ay yox, 3 ay vaxt verirəm, pulu qaytar, mənzilləri İsaya özüm verərəm. Rauf Kərimov özü də mənə zəng edərək onun təklifi ilə razılaşmağımı xahiş etmişdi. Buna baxmayaraq, onunla razılaşmayaraq pulumu İsadan istəyirdim. Sonradan Rauf Kərimov barəsində həbs-qətimkan tədbiri seçildiyinə görə İsa Məmmədova olan borcunu ödəyə bilmədi. Tələbim ondan ibarətdir ki, ona hansı qaydada sərf edir mənim pulum ödənilsin. Şərt deyil eyni evləri mənə qaytarsınlar, başqa mənzil versinlər, başqa mülk versinlər və ya pul ödəsinlər.
“Generalın adı 3 milyonluq mənzil qalmaqalında hallanır - kürəkəni danışdı” sərlövhəli yazıda Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədəki binada Əliağa Hüseynovun həyat yoldaşının 4, qızının 8 mənzilə dair müqavilələrinin mübahisəli olması haqda yazmışdıq. Generalın kürəkəni Elçin Əliyev müqavilələrin saxta olmadığına israr etmiş, 12 illik sükutunu binanı inşa edən, hazırda həbsdə olan İsa Məmmədov və digər şəxslərlə yaxın münasibətdə olması ilə izah etmişdi. Əliağa Hüseynovun özü isə Modern.az-a deyib ki, mənzil məsələsində ailəsi mənzil satan şəxs tərəfindən aldadılıb.
“Nəsimi -19" MMC-nin təsisçiləri olan, bu gün də Əliağa Hüseynovun ailəsinin iddia etdikləri mənzillərdə yaşayan sakinlər deyirlər ki, Elçin Əliyev Rauf Kərimova borc pul verib. Əvəzində ona formal olaraq bu gün onların yaşadıqları, pul verib aldıqları mənzillərə müqavilələr verilib:
"Redaksiyanıza təqdim etdiyimiz istintaq sənədlərindən də görünür ki, Elçin Əliyev Rauf Kərimova pulu 12 mənzilə görə deyil, sadəcə, qohumu olduğuna görə borc verib. Ortada istintaq sənədləri var və Əliağa Hüseynov da, onun kürəkəni də bunu çox gözəl bilirlər. Sadəcə, pullarını Rauf Kərimovdan tələb etmək əvəzinə bizim mənzillərə iddia edir, qanunsuz olaraq əlimizdən alınmasına cəhd göstərirlər. Bizlər, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə yaşayan, “Nəsimi -19" MMC-nin təsisçiləri mətbuatda yazaraq 12 ildən sonra saxta sənədlərlə üzə çıxan və 12 nəfər sakinin evinə göz dikən sabiq deputat, general Əliağa Hüseynov haqqında öz narazılıqlarımızı bildirmişik. Necə olur ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi istintaq işi açır, bu istintaq işində bütün saxta sənədlər yoxlanılır, ”İdeal -V" və “Alyans-Z” arasında üzləşmələr olur, binanın həqiqi sakinləri və zərərçəkənlər aparılan istintaq və ekspertiza nəticəsində, məhkəmə əsasında üzə çıxdığı halda, 12 ildən sonra bir deputat haradansa saxta sənədlərlə üzə çıxıb sadə xalqı yaşadığı evdən köçürmək istəyir? Yəni bu deputatın Korrupsiya İdarəsinə və onun apardığı istintaq işinin nəticələrinə şübhəsi var? Niyə o özünə sual vermir ki, niyə korrupsiya idarəsinin apardığı istintaq zamanı onun müqavilələri həqiqi çıxmayıb? Əgər bu müqavilələr düzgündürsə, niyə ona aparılan istintaq və məhkəmə tərəfindən həqiqi sakin kimi təsdiqləyici sənəd verilməyib? Əgər şübhəsi varsa, niyə mərd-mərdanə Korrupsiya İdarəsinə müraciət etmir, ikili mənzilinin həlli üçün yenidən istintaq işinin aparılmasını tələb etmir? Bunun əvəzində binanın texniki-tikinti ekspertizası bəhanəsi ilə Nəsimi Rayon Məhkəməsinə mülki məsələ ilə müraciət edir, guya binanın suyu, işığı barəsində məlumatı əldə edir. Bu məlumatı yalnız biz sakinlər verə bilərik, çünki illər boyu, bu deputat nədənsə üzə çıxmadığı illərdə, biz sakinlər binanın tikinti işlərini tamamlayıb, öz vəsaitlərimizlə binanın işığını, liftini və suyunu çəkmişik, sayğaclarını quraşdırmışıq. İstintaq və məhkəmə prosesi bitdikdən və evin sahiblərinin siyahısını əldə etdikdən sonra biz sakinlər “Nəsimi-19" MMC-ni yaratdıq. Sonra halal pullarımızla bu mənzilləri təmir edıb orada yaşayırıq. Bu 12 ildə deputat mənzillərini unutmuşdu? Niyə o da bizim kimi Korrupsiyaya qarşı Mübarızə Baş İdarəsində istintaq zamanı yox idi?
Korrupsiyaya Qarşı Mübarızə Baş İdarəsində biz 12 nəfərin müqavilələri təsdiq olunub. Əliağa Hüseynovun, onun kürəkəni Elçin Əliyevin müqavilələri və mədaxil orderlərinin saxta olması təsdiqlənib. İstintaq zamanı da bəlli oldu ki, deputatın kürəkəni Elçin Həsənağa oğlu Əliyev bacısının əri Rauf Faiq oğlu Kərimova faiz qarşılığında 2005-2006-cı illərdə borc pul verib. Sonuncu “İdeal -V” MMC ilə müştərək qaydada, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində inşa
Əliağa Hüseynovun kürəkəninin qohumuna üç milyon manat borca pul verdiyi, 12 mənzilin sənədinin də formal olaraq ona girov verildiyi üzə çıxdı...
General Əliağa Hüseynovun adı hallanan mənzil qalmaqalının yeni detalları üzə çıxıb. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə yaşayan, “Nəsimi -19" MMC-nin təsisçiləri ”Yeni Müsavat"a iş üzrə istintaq sənədlərini təqdim ediblər. Həmin sənədlərdə binanın tikintisini aparmış, lakin başa çatdırmayaraq həbsə alınan İsa Məmmədovla general Əliağa Hüseynovun kürəkəni Elçin Əliyevin üzləşdirilməsi protokolu var. Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi müstəntiqinin Bakı İstintaq Təcridxanasında həyata keçirdiyi istintaq tədbiri zamanı qeyd olunan məzmunda üzləşmə protokolu tərtib olunub:
İsa Məmmədov:
- Eyni zamanda qeyd edim ki, real olaraq Elçin Əliyevə mənzil satılmamışdır, sadəcə olaraq, Raufa verdiyi pulun əvəzində girov olaraq mənzillər ona təqdim edilmişdir. Mənim Elçin Əliyevlə aramda normal münasibətlər olduğuna görə ona söz verdim ki, əgər Rauf Kərimov vəfat etsə, onun pulunu mən qaytaracam. Mənim işlərimlə bağlı problem yarandığına görə Rauf Kərimov pulu qaytarmadığı üçün Elçin Əliyevin pulu ödənilmədi.
Müstəntiqin sualı (şahid Elçin Əliyevə):
- İsa Məmmədovun dediklərini eşitdiniz. Bu barədə nə deyə bilərsiniz?
Şahid Elçin Əliyevin cavabı:
- İsa Məmmədovun dediklərini eşitdim və bildirirəm ki, İsa Məmmədovun dedikləri ilə razıyam. Bəli, mən Rauf Kərimova 2004-cü ildə borc pul vermişəm və əvəzində mənə Rauf Kərimov 12 mənzil vermişdir. Bəli, 2012-ci ildə İsa Məmmədov və Rauf Kərimovun arasında hesabat olub və R.Kərimovun İsa Məmmədova 3 milyon 500 min manat borcu yaranıb. Rauf həmin pulu İsaya qaytarmağı, İsa isə ondan alacağı pulu mənə ödəməyə söz vermişdilər. Bu təklifi mənə dedilər, lakin mən razılaşmayaraq pulumu İsanın verməsini tələb etdim. Rauf Kərimovla razılaşmamağımın səbəbi ona inanmamağım olmuşdur, çünki verdiyi vədlərə əməl etmirdi. Mən bilirdim ki, Rauf Kərimovun pulu qaytarmağa imkanı yoxdur və ona görə onun təklifini qəbul etmədim. Raul Kərimov mənə demişdi kı, evləri qaytar İsaya, bir aya pulunu verəcəm. Mən də ona dedim ki, 1 ay yox, 3 ay vaxt verirəm, pulu qaytar, mənzilləri İsaya özüm verərəm. Rauf Kərimov özü də mənə zəng edərək onun təklifi ilə razılaşmağımı xahiş etmişdi. Buna baxmayaraq, onunla razılaşmayaraq pulumu İsadan istəyirdim. Sonradan Rauf Kərimov barəsində həbs-qətimkan tədbiri seçildiyinə görə İsa Məmmədova olan borcunu ödəyə bilmədi. Tələbim ondan ibarətdir ki, ona hansı qaydada sərf edir mənim pulum ödənilsin. Şərt deyil eyni evləri mənə qaytarsınlar, başqa mənzil versinlər, başqa mülk versinlər və ya pul ödəsinlər.
“Generalın adı 3 milyonluq mənzil qalmaqalında hallanır - kürəkəni danışdı” sərlövhəli yazıda Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədəki binada Əliağa Hüseynovun həyat yoldaşının 4, qızının 8 mənzilə dair müqavilələrinin mübahisəli olması haqda yazmışdıq. Generalın kürəkəni Elçin Əliyev müqavilələrin saxta olmadığına israr etmiş, 12 illik sükutunu binanı inşa edən, hazırda həbsdə olan İsa Məmmədov və digər şəxslərlə yaxın münasibətdə olması ilə izah etmişdi. Əliağa Hüseynovun özü isə Modern.az-a deyib ki, mənzil məsələsində ailəsi mənzil satan şəxs tərəfindən aldadılıb.
“Nəsimi -19" MMC-nin təsisçiləri olan, bu gün də Əliağa Hüseynovun ailəsinin iddia etdikləri mənzillərdə yaşayan sakinlər deyirlər ki, Elçin Əliyev Rauf Kərimova borc pul verib. Əvəzində ona formal olaraq bu gün onların yaşadıqları, pul verib aldıqları mənzillərə müqavilələr verilib:
"Redaksiyanıza təqdim etdiyimiz istintaq sənədlərindən də görünür ki, Elçin Əliyev Rauf Kərimova pulu 12 mənzilə görə deyil, sadəcə, qohumu olduğuna görə borc verib. Ortada istintaq sənədləri var və Əliağa Hüseynov da, onun kürəkəni də bunu çox gözəl bilirlər. Sadəcə, pullarını Rauf Kərimovdan tələb etmək əvəzinə bizim mənzillərə iddia edir, qanunsuz olaraq əlimizdən alınmasına cəhd göstərirlər. Bizlər, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə yaşayan, “Nəsimi -19" MMC-nin təsisçiləri mətbuatda yazaraq 12 ildən sonra saxta sənədlərlə üzə çıxan və 12 nəfər sakinin evinə göz dikən sabiq deputat, general Əliağa Hüseynov haqqında öz narazılıqlarımızı bildirmişik. Necə olur ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi istintaq işi açır, bu istintaq işində bütün saxta sənədlər yoxlanılır, ”İdeal -V" və “Alyans-Z” arasında üzləşmələr olur, binanın həqiqi sakinləri və zərərçəkənlər aparılan istintaq və ekspertiza nəticəsində, məhkəmə əsasında üzə çıxdığı halda, 12 ildən sonra bir deputat haradansa saxta sənədlərlə üzə çıxıb sadə xalqı yaşadığı evdən köçürmək istəyir? Yəni bu deputatın Korrupsiya İdarəsinə və onun apardığı istintaq işinin nəticələrinə şübhəsi var? Niyə o özünə sual vermir ki, niyə korrupsiya idarəsinin apardığı istintaq zamanı onun müqavilələri həqiqi çıxmayıb? Əgər bu müqavilələr düzgündürsə, niyə ona aparılan istintaq və məhkəmə tərəfindən həqiqi sakin kimi təsdiqləyici sənəd verilməyib? Əgər şübhəsi varsa, niyə mərd-mərdanə Korrupsiya İdarəsinə müraciət etmir, ikili mənzilinin həlli üçün yenidən istintaq işinin aparılmasını tələb etmir? Bunun əvəzində binanın texniki-tikinti ekspertizası bəhanəsi ilə Nəsimi Rayon Məhkəməsinə mülki məsələ ilə müraciət edir, guya binanın suyu, işığı barəsində məlumatı əldə edir. Bu məlumatı yalnız biz sakinlər verə bilərik, çünki illər boyu, bu deputat nədənsə üzə çıxmadığı illərdə, biz sakinlər binanın tikinti işlərini tamamlayıb, öz vəsaitlərimizlə binanın işığını, liftini və suyunu çəkmişik, sayğaclarını quraşdırmışıq. İstintaq və məhkəmə prosesi bitdikdən və evin sahiblərinin siyahısını əldə etdikdən sonra biz sakinlər “Nəsimi-19" MMC-ni yaratdıq. Sonra halal pullarımızla bu mənzilləri təmir edıb orada yaşayırıq. Bu 12 ildə deputat mənzillərini unutmuşdu? Niyə o da bizim kimi Korrupsiyaya qarşı Mübarızə Baş İdarəsində istintaq zamanı yox idi?
Korrupsiyaya Qarşı Mübarızə Baş İdarəsində biz 12 nəfərin müqavilələri təsdiq olunub. Əliağa Hüseynovun, onun kürəkəni Elçin Əliyevin müqavilələri və mədaxil orderlərinin saxta olması təsdiqlənib. İstintaq zamanı da bəlli oldu ki, deputatın kürəkəni Elçin Həsənağa oğlu Əliyev bacısının əri Rauf Faiq oğlu Kərimova faiz qarşılığında 2005-2006-cı illərdə borc pul verib. Sonuncu “İdeal -V” MMC ilə müştərək qaydada, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində inşa olunan binanın 12 mənzilini aldığı borcun təminatı kimi qaynı Elçin Əliyeva vermişdir. İstintaq işinin sübutlarından məlum olmuşdur ki, Elçin Həsənağa oğlu Əliyev qeyd edilən mənzilləri almamış, real olaraq “İdeal-V” MMC və “Alyans-Z”-MTK-nın kassasına nağd pul ödəməmiş, mənzillər ona faiz qarşılığına R.Kərimova verdiyi borcun təminatı kimi verilmiş, həmçinin Esmira Əliyeva və Elmira Ənvər qızı Hüseynovanın (adıçəkilən deputatın qızı və həyat yoldaşı) adlarına tərtib edilmiş saxta müqavilələr Elçin Əliyev tərəfindən imzalanmış, mənzil satışında səlahiyyəti olmayan şəxs, yəni İsa Əli oğlu Məmmədov tərəfindən imzalanaraq verilib. Yuxarıda adları çəkilən faktlar istintaqın nəticələrindən götürülən faktlardır. Bütün bu faktları bilərək deputat 12 nəfər sakinin evinə yiyələnmək məqsədilə Apelyasiya Məhkəməsinə müraciət edərək bizim qanuni müqavilələrimizi ləğv etdirmək istəyir".
Xatırladaq ki, ötən il sentyabrın 17-də Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə Əliağa Hüseynovun yaxınlarının mülkiyyət hüququnun tanınması ilə bağlı iddiasına baxılıb. Məhkəmə iddianı rədd edib və 12 nəfər sakinin xeyrinə qətnamə qəbul olunub. Hazırda Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyeva Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriblər. Apelyasiya şikayətinə yanvarın 24-də Bakı Apelyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
olunan binanın 12 mənzilini aldığı borcun təminatı kimi qaynı Elçin Əliyeva vermişdir. İstintaq işinin sübutlarından məlum olmuşdur ki, Elçin Həsənağa oğlu Əliyev qeyd edilən mənzilləri almamış, real olaraq “İdeal-V” MMC və “Alyans-Z”-MTK-nın kassasına nağd pul ödəməmiş, mənzillər ona faiz qarşılığına R.Kərimova verdiyi borcun təminatı kimi verilmiş, həmçinin Esmira Əliyeva və Elmira Ənvər qızı Hüseynovanın (adıçəkilən deputatın qızı və həyat yoldaşı) adlarına tərtib edilmiş saxta müqavilələr Elçin Əliyev tərəfindən imzalanmış, mənzil satışında səlahiyyəti olmayan şəxs, yəni İsa Əli oğlu Məmmədov tərəfindən imzalanaraq verilib. Yuxarıda adları çəkilən faktlar istintaqın nəticələrindən götürülən faktlardır. Bütün bu faktları bilərək deputat 12 nəfər sakinin evinə yiyələnmək məqsədilə Apelyasiya Məhkəməsinə müraciət edərək bizim qanuni müqavilələrimizi ləğv etdirmək istəyir".