Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

ASAPES-də 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib -FOTOLAR

 Yenixeber.org: Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi İnnovasiyalar Mərkəzində Tələbə-gənclərlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Almaz Ələkbərova, Tədris işləri üzrə prorektor Rafail Novruzov, elmi katib, Elmi İnnovasiyalar Mərkəzinin direktoru Bəxtiyar Rüstəmov, Tədris hissəsinin müdiri Nazim Abbasov, professor-müəllim və inzibati heyət, həmçinin “İdman tibbi və menecment” və “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq” fakültələrinin tələbələrinin iştirakı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Heydər Əliyev Mərkəzində Bəxtiyar Rüstəmovun giriş sözü ilə çıxışından sonra tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov ermənilərin tarix boyu təcavüzkar siyasəti, zaman-zaman xalqımıza qarşı törətdikləri soyqırım aktları, Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə ermənilər tərəfindən törədilən vəhşiliklər, 1918-ci ilin qanlı mart hadisələri haqqında geniş məlumat verib. Dəyirmi masa iştirakçılarının tarixi faktlarla bağlı disskusiyalarının ardınca faciədən bəhs edən “31 Mart soyqırımı” adlı film və kitab sərgisi nümayiş olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam