Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

DEPUTAT BƏXTİYAR ƏLİYEVİN QƏRƏZLİYİNİ İFŞA EDƏN ŞOK VİDEO MÜSAHİBƏ VƏ FAKTLAR-YENİLƏNDİ

 

image here

Könül Haqverdiyeva: “Bəxtiyar Əliyevin sağ əli olan Rəşid Cabbarov mənə açıq şəkildə dedi ki, bilmirsən, belə müdafiədə tərləməlisən???”
Yenixeber.org: Qəzetimizin səhifələrində müxtəlif yollarla saxta elmi dərəcə alanlar barədə çoxsayılı yazılar dərc olunub. Bu yazılar ən müxtəlif dairələrdə böyük rezonans yaradıb. Konkret sənədlərə yönələn bu faktlar nəticəsində özünün də diplomunun qanunsuz yolla əldə edildiyi üzə çıxdıqdan sonra Prezident yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi Vəli Hüseynov vəzifəsi ilə vidalaşmalı oldu. 
Bu yazılardan sonra saxta diplomlu səlahiyyətlilərin qanunsuz əməllərindən bezən əsl elm sahiblərinin, elmə gedən yolu min bir bəhanə ilə kəsilmiş neçə-neçə ziyalının redaksiyamıza müraciətləri başadüşüləndir. Belə müraciətləri araşdırıb, onları bir-bir oxucularımıza və aidiyyəti qurumların rəhbərlərinin diqqətinə çatdırmaqdayıq, bu bizim vicdan borcumuzdur. 

AMEA-nın müxbir üzvü olan Bəxtiyar Əliyevdən yaraşmayan hərəkət...


Elmə gedən yolu Bəxtiyar Əliyev tərəfindən badalaqla kəsilmişlərdən biri də Azərbaycan Dillər Üniversitetinin dissertantı, psixologiya kafedrasının baş müəllimi Haqverdiyeva Könül Məmməd qızıdır. 
Könül Haqverdiyeva Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycanın 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə və surəti “Təzadlar” qəzeti redaksiyasına ünvanlı müraciətində BDU-nun psixologiya kafedrasının müdiri, deputat, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevin qanunsuz əməllərindən yazıb.
***
...Könül Haqverdiyevanı redaksiyamıza dəvət etdik... “Məni yandıran budur ki, mən-Ağdam rayonundan olan, qəlbi torpaq nisgilli xanımla- elm adamı olan həmyerlisi ilə intriqa aparan, təmənna uman Ağdamın deputatı olan, amma deputatlığından əsər-əlamət olmayan Bəxtiyar Əliyev mənimlə bu səviyyəsizliklə mübarizə aparır, bundan dərin təəssüf hissi keçirirəm... “Təzadlar” saxta və elmi işi şübhəlilərin diplomlarından çox yazıb, haqlı yazıb... Mən özüm Bəxtiyar Əliyevin namizədlik elmi işini oxumaq istəmişəm. Heç bir yerdə yoxdur. Niyə? Nə baş verib? Belə şübhəli elm arxivinə malik bir adam mənimlə niyə intriqa aparmalıdır? O, nə istəyir? Və bu əməlləri ilə nə demək istəyir???”, -deyir Könül Haqverdiyeva.
*** 
...Könül xanım həyəsanla danışır. Onun müsahibəsi video-lentə alınıb və tezliklə saytda və sosial şəbəkələrdə yayımlanacaq... Xanım elm adamı var gücü ilə Bəxtiyar Əliyevin qərəzli əməllərinə qarşı müqavimət göstərməkdədir və o, millət vəkili, Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müdiri, professor Bəxtiyar Əliyevdən və elmi işlərin müdafiəsinə süni əngəl yaradan onun ətrafındakı komandasından şikayətçidir. 
*** 
K.Haqverdiyeva barədə qısa olaraq onu deyə bilərik ki, 1997-ci ildə Nəsrəddin Tusi adına Pedaqoji Universitetin Pedaqogika-Psixologiya fakültəsini bitirib. Elə həmin ildən də Azərbaycan Dövlət Dillər Universitetində işləyir. 2012-ci ildən psixologiya kafedrasının müəllimidir. Gürcustanda “Humanist pedaqogika” mövzusunda keçirilən elmi seminardakı məzmunlu çıxışı bir çox elm adamlarının diqqətini cəlb edib. Həmin seminardakı çıxışı izləyən Rusiya Dövlət Duması Təhsil Komitəsi sədrinin muavini Oleq Simolinin köməkçisi Klara Şarapovna Mansurova Azərbaycan Təhsil Nazirliyi Təhsil Problemləri İnstitunun sabiq direktoru Qulu Novruzova rəsmi müraciət edərək K.Haqverdiyevanın dərsində iştirak etmək istədiyini bildirmişdir. Onun bu istəyi rəsmi qaydada təmin olunmuşdur. 
DEPUTAT BƏXTİYAR ƏLİYEVİN QƏRƏZLİYİNİ İFŞA EDƏN ŞOK VİDEO MÜSAHİBƏ VƏ FAKTLAR-YENİLƏNDİ
"Bəxtiyar Əliyev AAK-da oturub Rəna Qədirova və Rəşid Cabbarovun vasitəsilə bütün çirkin işlərini həyata keçirir"

...Könül Haqverdiyeva video müsahibəsində onu da bildirdi ki, sən demə, Bəxtiyar Əliyevin özünün elmi işi şübhəlidir və arxivdə tapılmır: "...Mən əvvəldən eşitmişdim ki, Bəxtiyar Əliyevin elmi işi şübhəlidir. Dəfələrlə bu elmi işin referatını əldə etməyə və oxumağa çalışsam da, bu mümkün olmayıb... AAK-IN YENİ RƏHBƏRLİYİNƏ RƏSMİ SORĞU GÖNDƏRƏRƏK ONU ƏLDƏ ETMƏYİNİZİ VƏ B.Əliyevin bu əməlinə aydınlıq gətirilməsini "Təzadlar"ın rəhbərliyindən xahiş edirəm... İkincisi, Bəxtiyar Əliyev əvvəllər BDU-da Müdafiə Şurasının sədri idi. Sonradan Vəli Hüseynovun dəstəyi ilə AAK-a Elmi Şuranın üzvü apardılar. O, yerinə Rəna Qədirovanı qoydu. Hansı ki, Rəna Qədirovanın psixologiyaya aidiyyəti belə yoxdur... Və Vəxtiyar Əliyev bütün dolaşıq işlərini həyata keçirmək üçün Rəşid Cabbarovu elmi katib qoydurdu. Bu o Rəşid Cabbarovdur ki, 20-25 ildir elmi katiblik edir. O, məni get-gələ salanda dedim ki, mənə bu istidə niyə əziyyət verirsiniz, aşağı-yuxarı düşüb çıxmaqdan qan-tərə batdım, dedi ki, "Sən bilmirdin ki, müdafiə edəndə "tərləməlisən", ətrafına diqqətli nəzər sal də...". Mən isə onun nəzərdə tutduğu çirkinliklərdən uzaq adamam... AAK-ın yeni rəhbəri hörmətli Famil Mustafayevə çox inanırıq və sual edirəm: necə olur ki, başqaları ən azı bir ilə müdafiəsini yekunlaşdırdığı halda, Rəşid Cabbarov iyun ayında, hamının imtahanlara başının qarışdığı bir vaxtda tələsik ilkin müdafiədən keçir, AAK-dan keçir, seminardan da keçir və 1 həftədən sonra dar bir otaq bəhanəsi ilə 3-4 adamı yığıb müdafiəsini təmin edirlər? Təkrar edirəm, başqaları üçün bu proses ən azı 1 il çəkir. Özü də onun dissertasiya mövzusu heç bir yerdə yoxdur. Qaydaya görə, müdafiəçi kitabxanadan arayış təqdim etməlidir. O, bu arayışı haradan və necə alıb? Alıbmı?".
*** 
K.Haqverdiyeva redaksiyamızda olarkən uzun müddətdir onun “M.F.Axundovun əsərlərində şəxsiyyətin sosial-psixoloji xususiyyətləri” mövzusunda elmi işinin müdafiəsinə Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müdiri, Ağdamdan millət vəkili (???), professor Bəxtiyar Əliyevin problem yaradaraq, yol verdiyi şok əməllərindən geniş söhbət açdı. Dediklərini sübut edən sənədləri və audio yazıları da redaksiyamıza təqdim etdi. “Təzadlar”ın Araşdırma Qurupu təqdim olunan sənəd və səs yazılarının araşdırılması istiqamətində fəaliyyətə başlayıb. Araşdırmamızın nəticəsi barədə geniş yazılarla çıxış edəcəyik. İndi isə, K.Haqverdiyevanın Bəxtiyar Əliyev və onun komandası tərəfindən başına açılan oyunlar barədə Prezident cənab İlham Əliyevə, Azərbaycanın birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və Ali Attestasiya Komisyasının yeni rəhbəri Famil Mustafayevə ünvanlı video müraciətinin mətnini təqdim edəcəyik (videonu tezliklə tezadlar.az-da izləyə biləcəksiniz.
P.S.Bəxtiyar Əliyevin də mövqeyini dinləməyə, əsaslı sübutlara söykənən mövqeyini dərc etməyə hazırıq...
*** 
Beləliklə, K.Haqverdiyeva ilə müsahibənin mətni:
-Könül xanım, “Təzadlar”a zəng edərək BDU-nun psixologiya kafedrasının müdiri, millət vəkili, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevin müdafiəniz zamanı sizə ciddi problemlər yaratdığını söylədiniz, bizdən kömək istədiniz. Buyurun, Bəxtiyar Əliyevin rəhbəri olduğu kafedrada sizə qarşı bu münasibət nədən qaynaqlanır?
-Mən Azərbaycan Dillər Universitetinin müəllimi olmaqla yanaşı, həm də həmin universitetin doktorantıyam, Dissertasiya Şurasında təhsil alıram. Müdafiə ərəfəsindəyəm. Minimum imtahanların axırıncısını verən ərəfədə Bəxtiyar Əliyev və onun komandası tərəfindən mənə qarşı problemlər yaradılıb... İxtisasım psixologiyadır, mövzum “Mirzə Fətəli Axundov yaradıcılığında şəxsiyyətin sosial-psixoloji xüsusiyyətlari” adlanır. Axırıncı minimum imtahan ixtisasdan olduğu üçün BDU-da ixtisas imtahanı verdiyim ərəfədə əsaslı şəkildə mənə maneələr yaratdılar. Cavablarım düzgün qiymətləndirilmədiyi üçün BDU-nun psixologiya kafedrasında kafedra müdiri Bəxtiyar Əliyevin iştirakı ilə, Müdafiə Şurasının sədri Rəna Qədirova və daha bir müəllim məndən imtahan götürdülər. İmtahanın cavablarını qəbul etmədilər və dedilər ki, səhvdir. Dedim, yaxşı, siz deyin görüm düzgün cavab necədir? Onların cavablarını isə əsaslı şəkildə sübut etdim ki, siz düz demirsiniz. Onlar daşı ətəyindən tökmədilər və mənə dedilər ki, sənə şans veririk, bir də gələrsən. Mən bildirdim ki, mən qiymət almağa gəlmişəm, ailə vəziyyətim imkan vermir ki, bir də təkrarən bura gəlim. İkincisi də, axı mən niyə təkrar gəlməliyəm? 
Mən imtahandan sonra, ailə vəziyyətimdəki problemi nəzərə alaraq Bəxtiyar Əliyevin qəbulunda oldum, dedim ki, mənim bir də bura gəlməyə imkanım yoxdur, ailəmiz xarici ölkəyə köçür və s. O da dedi ki, mənlik burada bir iş yoxdur, gedərsən xaricə, gələndən sonra bir də imtahan verərsən. Tələb etdim ki, mən imtahanımın obyektiv cavabını istəyirəm, əks halda, Prezidentə şikayət edəcəyəm... Bəxtiyar Əliyev havalandı, yayxandı kresloya və dedi ki, necə istəyirsən elə də et, sənə kömək olunmayacaq. 

“Hətta ilk dəfə rast gəldim ki, Bəxtiyar Əliyevin köməkçisinin də köməkçisi var...” 


-Hansı Bəxtiyar Əliyevdən söhbət gedir?
-Ağdamdan millət vəkili olan Bəxtiyar Həmzə oğlu Əliyevdən söhbət gedir. Və onu da deyim ki, Bəxtiyar Əliyevin qəbuluna düşmək çox çətindir. Yalnız köməkçiləri vasitəsilə qəbula düşmək mümkündür. Hətta ilk dəfə rast gəldim ki, Bəxtiyar Əliyevin köməkçisinin də köməkçisi var... Bir sözlə, onun qəbuluna düşmək çox çətindir. Nəhayət, mən haqqımı tələb edərək Prezidentə şikayət etdim. Yalnız bundan sonra dərhal reaksiya verildi və Təhsil Nazirliyindən Gültəkin xanım gəldi, məni dəvət etdilər. TN-nin Doktorantura şöbəsinin müdiri Gültəkin xanım və Bəxtiyar Əliyevlə birlikdə üçümüzün görüşümüz oldu. Gültəkin xanım mənə təklif etdi ki, burada müdafiən var, bunlar gələcəkdə sənə ciddi problemlər yarada bilərlər. Onun dediyi kimi ifadə edirəm, dedi ki, sən gəl yumşal, təkrar imtahan ver. Bu zaman doktorantura şöbəsinin müdiri Afət xanım gördü ki, mən razıyam, çünki mən biliyimə arxayın idim, dedi ki, biz ona, yəni mənə sonradan qiymət vermişik ki, gedib təkrar imtahana gəlsin. Razılaşdıq ki, mən komissiya ilə təkrar imtahan verim. Ərizə də yazdım... Amma onlar mənim bu yumşaqlığımdan istifadə etdilər, təkrar imtahan bəhanəsi ilə Afət xanım məni dəvət etdi. İkinci bir imtahana çağırdılar. Psixologiyanın əsasları imtahanına gəldiyim halda, onlar mənə sosial psixologiyanın suallarını verməyə başladılar. 
-Bu qanun pozuntusu idimi?
-Bəli, birbaşa qanun pozuntusudur. Onlar aldadaraq mənə məlumat vermişdilər ki, təkrar imtahana gəlirsən... Və mən gəlirəm, görürəm ki, məni başqa ixtisasdan sual-cavab edirlər. Dedim ki, axı məndən niyə sosial psixologiyadan imtahan götürürsünüz? Afət xanım əsəbləşərək “Tez elə, ya imtahana gir, ya da sənin başqa şansın yoxdur”, -dedi və sair. Yenidən qərəzlə rastlaşdım... Gördüm ki, Bəxtiyar Əliyevin bu dəstəsi mənimlə intriqaya girib, dedim, cəhənnəmə, girdim imtahana və sualları normal səviyyədə cavablandırdım. Mənə bu dəfə məcbur olub ikinci 3 yazdılar. Mən məcbur olub BDU-nun elmi katibi Rəşid müəllimlə əlaqə saxladım və dedim ki, Bəxtiyar Əliyevin bu 3-ləri mənə sonradan problem yaratmayacaq ki? Dedi, 3 də qiymətdir, narahat olmayın. Müdafiəm zamanı Dillər Universitetində ilkin müzakirəni keçdim, seminardan keçmək üçün sənədlərimi elmi katib Rəşid Cabbarova verdim. Kafedra müdirim Ceyhun Alıyevin qərəzli münasibətini hiss etməyə başladım. Başa düşdüm ki, Bəxtiyar Əliyev mənə ilk zərbəni vurmağa balayıb. Onun komandası mənə qarşı açıq şəkildə kompaniyaya başlamışdı. 
-Hansı formada?
-Mənə sonradan məlum oldu ki, Rəşid Cabbarovun kirvəsi Ceyhun Alıyev bizim universitetdə kafedra müdiridir və onunla mənim aramda da kafedrada ştat məsələsində əvvəllər narazılıq olmuşdu. O, qarşısına məqsəd qoymuşdu ki, mən ilkin müzakirədən keçməyəcəyəm. Allaha min şükür ki, başqasına quyu qazan sonda həmin quyuya özü düşür. Belə ki, mənim ilkin müdafiəmə 15 gün qalmış onun başqa bir adama qarşı qanunsuz və haqsız hərəkəti olmuşdu və buna görə də onu işdən qovdular. Həmin sənəd də əlimdədir, sizə təqdim edirəm... 
-Bu nə sənəddir?
-Bu sənəd bizim kafedrada Gülnarə Həmzəbəyovna Əlixanovanın ilkin müzakirəsi ilə bağlıdır. Onun işinin müdafiəsi idi. Sənədə baxa bilərsiniz, lehinə 17 nəfər səs verməsinə baxmayaraq, onu müdafiədən kənarlaşdırırlar. Qərarda yazırlar ki, “İddiaçının çap etdirdiyi elmi məqalələr və tezislər dissertasiya mövzusu ilə əlaqədardır, lakin o, fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq deyildir”. Gülnarə Əlixanova şikayət etdi, araşdırıldı və buna görə də Ceyhun Alıyevi işdən qovdular. Alıyev Ceyhun bundan nəticə çıxarmadı və bu dəfə mənə qarşı başqa yol tutdu. Çünki yuxarıdan komanda gəlmişdi, tapşırıq yerinə yetirilməli idi. 
DEPUTAT BƏXTİYAR ƏLİYEVİN QƏRƏZLİYİNİ İFŞA EDƏN ŞOK VİDEO MÜSAHİBƏ VƏ FAKTLAR-YENİLƏNDİ
DEPUTAT BƏXTİYAR ƏLİYEVİN QƏRƏZLİYİNİ İFŞA EDƏN ŞOK VİDEO MÜSAHİBƏ VƏ FAKTLAR-YENİLƏNDİ
-Kimi nəzərdə tutursunuz?
-Yəni, Bəxtiyar Əliyevin birbaşa göstərişi idi. Bəxtiyar Əliyev biləsiniz ki, Prezident yanında AAK-da Ekspert Şurasının üzvü idi... Niyə Bəxtiyar Əliyevi deyirəm, çünki onun mənə qarşı qərəzli münasibətini Prezidentə şikayətimdən sonra hiss etdim, onun mənə qarşı təzyiqlərini və maneçiliklərini aşkar şəkildə hiss etməyə başladım. Hətta mən məcbur olub rektor Abel Məhərrəmovun da qəbulunda oldum. Abel müəllim açıq şəkildə dedi ki, Bəxtiyar deyir ki, “Abel müəllim, siz məni kənardan gələn müəllimin ayağına verirsiniz”. Mən başa düşmürəm, bu Bəxtiyar Əliyevin bir yiyəsi yoxdur başa salsın ki, sən Ağdamını itirmiş bu müəllimdən nə istəyirsən??? 
Beləcə, mənim ilkin müzakirəm zamanı mənim keçmiş kafedra müdirim Ceyhun Alıyev canfəşanlıq göstərdi ki, mən təkrar müzakirəyə girim. Lakin onun bu qərəzli, yaraşmaz cəhdinə baxmayaraq mən ilkin müzakirədən uğurla keçdim, onların uğursuz cəhdi baş tutmadı. Sonra seminar üçün BDU-da elmi katib Rəşid Cabbarova sənədlərimi təqdim etməli idim. Bu zaman 4 ay məni süründürüb sənədlərimi qəbul etmək istəmədilər. 
-Səbəb kimi nəyi əsas tuturdular?
-Mən onların səs yazısını da diktofona yazmışam. Çünki məni o qədər get-gələ salıb bəhanələr edirdilər, sonda gördüm ki, sabah onların bu yaramaz hərəkətini sübut etmək çətin olacaq, səslərini- söhbətimizi yazdım. Video müsahibəmi, vaxt almaq istəmirəm, sizə ətraflı danışaram. Bircə onu deyim ki, sənədləri toplam şəklində təqdim edirdim, baxıb filan sözü belə yazmaq lazımdır deyirdilər... Gedib o filan sözü düzəldirdim, sonra ikinci sənədə baxıb deyirdilər ki, burada da bəhmən söz belə yazılmalıdır. Deyirdim, Rəşid müəllim, bütün sənədlərə baxıb bir dəfə bütün iradınızı deyin, mən hamısını birdəfəyə düzəldib gətirim... Nə fayda, onlar xanım iddiaçı ilə belə zülmkar münasibətdən zövq alırdılar. İstəyirəm ki, Azərbaycan rəhbərliyi, Azərbaycan ictimaiyyəti bu yaramaz hərəkətlərdən xəbərdar olsun. Bu nə vaxta kimi belə davam edəcək? Elmlə saxtakarlıq edərlərmi?
-Könül xanım, belə çıxır ki, sizə qarşı ciddi kampaniya var və sizə problem yaradanlar var. Səbəb nədir? Niyə sizi müdafiə etməyə qoymurlar?
-Mənə əsaslı şəkildə problem yaradırlar. Bütün bunların səbəbini onda görürəm ki, Bəxtiyar Əliyevin qanunsuz və əsassız, qərəzli hərəkətlərindən Prezidentə şikayət etmişdim... Şikayətimdə də məqsədim bu idi ki, mənim haqq işimə maneçilik olmasın, işim getsin. 
-Bəlkə onların bir umacaqları var, tələbi var?
-Məndə Bəxtiyar Əliyevin tapşırıqlarının icraçısı olan əsas füqur Rəşid Cabbarovun səs yazısı var, sizə təqdim edirəm, ona deyirəm ki, Rəşad müəllim, məni 4 aydır niyə get-gələ salmısınız, adi məsələyə görə, qalmışam yollarda... Mənə dedi ki, bilmirsiniz ki, belə məsələlərdə “tərləməlisən”??? Mən də Rəşid Cabbarova dedim ki, üzr istəyirəm, qadınla belə danışırlar? “Tərləməlisən” nə deməkdir??? Dedim, mən düz ola-ola, niyə “tərləməliyəm”? Mən bunların bu yaraşmaz və ölçüyəgəlməz hərəkətlərindən sonra Prezident yanında AAK-da şöbə müdiri olan Asif Rüstəmlinin yanında oldum. Məni çox gözəl qarşıladı, sağ olsun. Mənə dedi ki, qızım, narahat olma, sənin hələ noyabr ayına kimi vaxtın var, bu adamların danışıqlarına fikir vermə, onlara qarşı sərt tədbir görüləcək. Xüsusən də Bəxtiyar Əliyevlə bağlı çoxsaylı şikayətlər araşdırılır... 
-Könül xanım, Bəxtiyar Əliyev bu qədər ki, sizə əzab verir, sizin hüquqlarınızı kobud surətdə pozur, səbəbi barədə sizə bir yazılı izahat verirlərmi?
-Mən sizə onların qanunsuz hərəkətlərinin necə olduğunu təqdim edəcəyəm. Əslində isə, onlar bütün bu məsələlərlə bağlı yazılı cavab verməli idilər. Mən Bəxtiyar Əliyev və onun köməkçilərinin köməkçisinin qəbuluna çox çətinliklə düşürdüm... Rəşid Cabbarovun telefon nömrəsini də verə bilərəm, o, elmi katibdir, bilmirəm, başqa hansı dövləti status daşıyır ki, AAK rəhbərliyinin iradəsinin ziddinə bu qədər yaramaz hərəkətlər edir? Mənə onun şəxsi nömrəsindən zəng gəlir, deyir ki, Rəşid Cabbarovun köməkçisidir... Bu nə deməkdir? Səs yazısını da sizə təqdim edirəm. Rəna Qədirovanın da rəsmi imtina barədə səs yazısı məndə var... Sadəcə, ayıbdır. Ayıbdır ona görə ki, görün kimlər, hansı səviyyə ilə elmimizin taleyini həll edirlər. 
-Rəna Qədirova kimdir?
-Dissertasiya Şurasının sədridir. Psixologiyaya aidiyyəti olmayan birisinin belə bir şuranın sədri olaması elmimizə həqarətdir... (Könül xanımın onunla səs yazısı təqdim edilir. Sadəcə, adam utanır.RED.). 
-Sonda ölkə Prezidentinə müraciət etmək istədiyinizi bildirdiniz. Nə demək istərdiniz?
-Mən Bəxtiyar Əliyevin qanunsuz hərəkətindən bir dəfə cənab Prezidentə şikayət etdim, dərhal reaksiyanı gördüm. Sadəcə, sonradan humanistlik edərək şikayətimdən geri çəkildim, amma kaş etməyəydim. İndi demək istəyirəm ki, cənab Prezident, Bəxtiyar Əliyev deputat cildinə girərək dəhşətli qanunsuzluqlarla məşğuldur, bunun qarşısı alınmalıdır. Bu adamın elmi işi müəmmalıdır, qanunsuz hərəkətlərini deputat pərdəsi altında davam etdirir. Xahiş edirəm, onun elmi fəaliyyəti yoxlanılsın, AAK-dan Ekspert Şurasından kənarlaşdırılsın, deputatlıqdan geri çağrılsın. Mən Ağdam rayonundanam və Bəxtiyar Əliyev Ağdamdan 20 ildir deputatdır. Bu adam 20 ildir Ağdama təhqirdir. Bu nə vaxta kimi belə davam edəcək??? Mən “Təzadlar”ın tribunasından istifadə edərək Mehriban xanım Əliyevaya müraciət edirəm: Mehriban xanım, mənim elmi işim Axundovun yaradıcılığında şəxsiyyətin sosial-psixoloji xüsusiyyətləri barədədir. Birinci kursda oxuyarkən bu elmi əsərim xüsusi qiymətləndirilib, türk dünyasında elmi əsər kimi qızıl hərflərlə yazılması bildirilib. Bəxtiyar Əliyev isə mənə qarşı mənfur yol tutub. Milli-mənəvi dəyərlərin qorunmasında misilsiz xidmət göstərən Mehriban xanıma müraciət edirəm ki, Mirzə Fətəli Axundovun adı və ruhu naminə mənim elmi işimə qarşı Bəxtiyar Əliyevin səlib yürüşünə son qoyulmalıdır. Mən neyləyim ki, bildiyimə görə, onun elmi işi ermənilərlə dostluğa həsr edilib... Mən Dillər Universitetində başqa sahədə çalışırdım, sağ olsun, rektor Səməd Seyidov elmi təfəkkürümü nəzərə alıb məni doktoranturaya dəvət edib, dəstəkləyib, deyib ki, sizin kimi savadlı xanım kənarda qala bilməz, məni kafedraya müəllim kimi işə götürüb. Bəxtiyar Həmzə oğlu isə...
-Problemi yaradan məlumdur, o, Bəxtiyar Əliyevdir... Ona qarşı hansı tədbirin görülməsini istərdiniz?
-Bəxtiyar Əliyevin bu günkü durumu belədir... Bir var kimsə qatıq satır və 1 manatlıq qatığı beş manata satır, evinə haram pul qazanır... Bir də var kimsə elmimizlə alver edir, elmimizə haram qatır. Əlimdə elə sənəd və sübutlar var, sizə verirəm, qərarı özünüz verin... Bəxtiyar Əliyevin kimliyi bilinəcək. Müdafiələrdə olmuşam, avtoreferatları da sizə təqdim edəcəyəm. Məsələn, Çimnaz Verdiyevanın müdafiəsində suallara cavab verə bilməyib ağladığının şahidiyəm. Qərar verilmə ərəfəsində Bəxtiyar Əliyev fasilə elan etdirdi. Bu fasilədə Bəxtiyar Əliyevin “mühüm adamı” olan Rəşid Cabbarovun iyrənc hərəkətinin şahidiyəm. Açıq deyim, pul haqq-hesabı oldu... Və... Fasilədən qayıdan kimi bir saat əvvəl Çimnazı yıxıb-sürüyən Rəşid Cabbarovun hansı cildə girib onu təriflədiyini gördüm, bu dəfə müsbət rəy verdi. Utanmaq azdır... Ayıb olsun. Budurmu elmimiz???
-Bunları sübut etmək üçün əlinizdə sübutunuz varmı?
-Başqa heç nə lazım deyil, həmin elmi işi qaldırıb baxmaq bəsdir. İkincisi, bütün müdafiələr kamera ilə görüntülənir... Bir fikri də deyim, şəxsən mən açıq deyirəm, mən heç vaxt Bəxtiyar Əliyevdən ziyalılıq əlaməti görməmişəm. Amma bir dəfə Abel Məhərrmovun qəbulunda oldum, onun əsil ziyalı mövqeyini gördüm. Bəxtiyar Əliyev isə deputat olduğu halda, onun qəbuluna girmək üçün günlərlə get-gəldə oldum. Görün sadə seçici onun qəbuluna düşə bilərmi??? Onun qəbuluna düşmək mümkün deyil. Mən onda ziyalılıqdan, millət vəkilliyindən... əsər-əlamət görmədim. Təkrar edirəm, onun dissertasiya işi də şübhə ilə doludur. Özüm şəxsən onun dissertasiya işi ilə maraqlanıram, axtarıram, deyirlər guya Rusiyada müdafiə edib, amma heç bir yerdə qeydiyyatı yoxdur. “Təzadlar”dan bir daha xahiş edirəm, bu dissertasiya işinin əldə olunmasına öz təcrübəsindən çıxış edərək kömək etsin.
Dinlədi: Elçin Məmmədli (tezadlar)
(Davamı var)
P.S.Müsahibənin video variantını tezadlar.az saytından izləyə bilərsiniz...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam