Redaktor seçimi
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

Jurnalist Nurlan Cəfəri 15 gün müddətinə həbs edilib

Nurlan Jafari

Martın 30-da Bakıda müxalifətçi Əlizamin Salayevin müdafiəsi məqsədilə keçirilən etiraz aksiyasında 50-dən çox fəal saxlanılıb. Onların əksəriyyəti bir neçə saat sonra heç bir cərimə tətbiq edilmədən sərbəst buraxılıb. Aksiyanın dörd iştirakçısı - Bəbək Həsənli, Kənan İbrahimli, Hüseyn İbrahimov və Cavid Zülfüqarlı inzibati qaydada 50 manat (30 dollar) cərimə olunub, bu barədə "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının üzvü Zəfər Əhmədov bildirib.

Yenixeber.org: Bununla belə, onun sözlərinə görə, AXCP-nin Səbail rayon təşkilatının sədri Ceyhun Novruzov və partiyanın fəalı Səhlədar İsgəndərli polis bölməsindən buraxılmayıb.

Bundan başqa, nümayişdə çəkiliş apararkən fiziki təzyiqə məruz qalan və mobil telefonu zədələnən jurnalist Nurlan Cəfərli aksiyadan sonra inzibati qaydada həbs edilib.

Cəfəri özü aksiyadan sonra Facebook səhifəsində DİN rəhbərliyinə müraciət ünvanlayaraq, polis əməkdaşlarının hərəkətlərindən şikayət edib. 

O bildirib ki, aksiyada Time TV üçün çəkiliş aparırdı, amma mülki geyimli polis əməkdaşı ona qarşı güc tətbiq edib və nəticədə mobil telefonunun ekranı zədələnib.

Bu yazı dərc edildikdən sonra Cəfəri kafedən çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

İki saat sonra Cəfəri həmkarına zəng edib və Yasamal rayon məhkəməsinin onun barəsində 15 gün inzibati həbs qərarı çıxardığını bildirib.

DİN-in mətbuat xidmətinin nümayəndəsi İbrahim Əmiraslanlı jurnalistin həbs edildiyini təsdiq edib.

Onun sözlərinə görə, "qanunsuz aksiya zamanı" Cəfəri polis əməkdaşlarının xidməti fəaliyyətinə kobud şəkildə mane olaraq, onlara vurmağa çalışıb".

"Bu əməllə əlaqədar o, polis orqanına çağırılıb, burada ona qanunsuz əməllərinin dəlilləri təqdim edilib. Barəsində toplanan materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 15 gün müddətinə həbs edilib", deyə Əmiraslanov bildirib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam