Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Əli Kərimli yenidən AXCP-nin sədri oldu

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası qurultay keçirir. Tədbir Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilir. Qurultayda 800-ə yaxın nümayəndə iştirak edir.
"Xeberinfo.com":   Məlumata görə, qurultayda jurnalistlər, Milli Şuranın Koodinasiya Mərkəzinin üzvləri, siyasi-ictimai xadimlər, xarici ölkə səfirliklərinin nümayəndələri də iştirak edir. Tədbirdə qurultay nümayəndələri ilə bir yerdə 1000 nəfər iştirak edir.
Qurultay dövlət himninin səsləndirilməsi ilıə başlayıb. 5 nəfərdən ibarət Say və Mandat Komissiyası, 3 nəfərdən ibarət sədarət formalaşdırılıb.
34Qurultayda ilk olaraq AXCP sədri Əli Kərimli hesabat məruzəsi edib. AXCP sədri Əli Kərimli çıxışında bildirib ki, bu gün partiyalarında o qədər gənc təmsil olunub ki, bu sahədə heç kim onlarla rəqabət apara bilməz. O, Hazırda ölkədə yaranmış sosial-iqtisadi duruma da toxunub: “Biz deyirdik ki, rüşvət və korrupsiya ilə mübarizə aparılmalıdır. Amma bunlar əmin idilər ki, nefti satmaqla xaricdə holdinqlər yaradacaqlar, lobbi təşkilatlarına pul verib təbliğatlarını aparacaqlar. Amma biz dediklərimiz daha tez baş verdi. Azərbaycanın valyuta rezervləri 52 faiz azalıb”.
Əli Kərimli mövcud hökumətin apardığı iqtisadi siyasətin iflasa uğradığını və ölkənin uçuruma getdiyini deyib.
Hökümətin sosial iyasətinin də iflasa uğradığını deyən Ə.Kərimli bildirdi ki, məhz hökümətin yürütdüyü anti-xalq siyasətinin nəticəsidir vətəndaşlarımız bir-birinin ardınca ağır vaddi problemlər üzündən intihar edirlər: “Avropa Oyunlarına milyardlarla pul xərcləndi, bu vəsaitlər Azərbaycan xalqının boğazından kəsilib edilib. Azərbaycan xalqına qarşı bu qədər acımasız olmaq olarmı? Azərbaycan xalqı buna layiqdirmi?”.
Ə.Kərimli deyib ki, hakimiyyətin Qarabağ problemini həll etmək niyyəti yoxdur.
“Ötən 10 ildə ən ağır repressiyaya AXCP məruz qalıb. Amma qarşınızda məsuliyyətlə, alnıaçıq deyə bilərəm ki, bütün bu məhrumiyətlərə baxmayaraq AXCP ölkənin bütün rayonlarında ən yaxşı təşkilatlana və saat mexanizmi kimi işləyən partiyadır. AXCP bu gün müasir texnalogiyanın, informasiya resurslarının verdiyi imkanlardan istifadə edən ən modern partiyadır”, deyə Ə.Kərimli vurğulayıb.
Ə.Kərimli partiyanın yeni proqram hazırlayaraq, ictimai müzakirəyə təqdim edəcəyini deyib.

1ceSonra söz Milli Şuranın sədri, professor Cəmil Həsənliyə verilib. C.Həsənli bildirib ki, AXCP indiyə qədər ən güclü müxalifət partiyası olub və hazırda da ən güclü partiya olaraq qalmaqdadır.Milli Şuranın, AXCP-nin və demokratiya uğrunda mübarizə aparan bütün təşkilatların hazırda ən ümdə vəzifəsinin xalqa seçki hüququnu qaytarmaq olduğunu deyən C.Həsənli bildirdi ki, bu hüquq xalqın əlindən uzun müddətdir ki, alınıb:”Bizim həbs olunan əqidə dostlarımız parlamentdə namizədlər arasında mübarizədə ən böyük gücə, inelektual potensiala malik adamlardır. Bizim 80 siyasi məhbusun 50-yə yaxını potensial namizəddir.
Siyasi məhbus məsələsi bizim üçün prinsipal məsələdir”
Cəmil Həsənli qurultaya uğurlar arzulayıb: “Əminəm ki, AXCP bu gün yeni formalaşdıracağı tərkib ilə yeniliklər edək. Xalqın haqqı və hhüququ uğrunda mübarizəsini davam etdirəcək.”

Sonra söz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamala verilib. AXCP-nin keçdiyi tarixi yolu xatırladan V.Mirkamal bildirib ki, təşkilat demokratiya uğrunda mübarizəni bütün çətinliklərər baxmayaraq uğurla davam etdirir. V.Mirkamal AXCP-ni budandıqca daha gözəl fidanlar yetirən gülə bənzətdi. “AXCP nə qədər ağır repressiyaya məruz qalırsa o qədər möhkəmlənir, güclənir, böyüyür”, deyə V.Mirkamal vurğulayıb

1kuNövbəti təbrik çıxışı üçün söz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliyə verilib.AXCP-nin böyük mübarizə yolu keçdiyini deyən G.Hacıbəyli vurğuladı ki, cəbhəçilər keçilən yolun çətinliyinə, ağırlığına baxmayaraq bu yoldan sapmayıbla: “Bölgələrdə mübarizə aparmaq çətindir. AXCP bütün məhrumiyyətlərə baxmayaraq, öz yolunu davam etdirir. Bu yol xalqın xoşbəxtliyinə aparan yoldur. Hər bir Azərbaycan vətəndaşını nələrləsə təmin edəcək, demokratiya dətirəcək bu yolda bütün üzvlərə uğurlar arzulayıram.”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev cəbhəçilərər uğurlar arzulayaraq bildirib ki, partiya üzvlərinin bəxti gətirib. Çünki onların Əli Kərimli kimi lideri var.

1ilAXCP-nin bir çox nümunəyə imza atdığını deyən DEVAM sədri İlqar İbrahimoğlu bildirib ki, hazırda Azərbaycan insanı iki seçim arasında qalıb. Birinci yol həşərata mevrilmək, ikinci isə həşarata çevrilməməkdir: “Bu gün Azərbaycan gerçəkliyi bu yerə gəlib çatıb. Allahdan istəyim odur ki, bu imtahandan xalqımız ləyaqətlə çıxa bilsin. Azərbaycan insanın ləyaqətlə yaşamaq haqqı var”.

Qurultayda ilahiyyatçı Alim Tale Bağırzadənin də təbrikləri oxunub. tədbirdə onun müavini Elçin Qasımov:”Represiyaya məruz qalan islamçıları müdafiə etdiyinə görə, əqidaşlarımızın hicabaına qarşı çıxanlara etiraz etdiyinə görə, həbsdəki yoldaşlarımızı müdafiə etdiyinə görə AXCP-yə təşəkkür edirik. Haqq uğrunda, zülmə qarşı müabrizə aparan islamçılarla AXCP arasında əlaqələr yaxın gələcəkdə genişlənəcək. Hökümətin xalqa etdiyi təcavüzünə qarşı əl-ələ verərək mübarizə aparaq.
Allah da Azərbaycan xalqına azadlıq nəsib edəcək”.

12041714_1072622209414790_1840378218_nQurultayın Mandat Komissiyasının hesabatı dinlənildı. Hesabatı komissiyanın sədri Eldar Hüseynov təqdim etdi. Qurultay nümayəndələrinin səlahiyyətləri təsdiqləndi. Sonra Qurultayda fasilə elan olundu.

Fasilədən sonra qurultay öz işinə davam edir. AXCP Ali Məclisin sədri Həsən Kərimov hesabat məruzəsi etdi. H.Kərimov ötən qurultaydan bəri Ali Məclisin ve Rəyasət Heyətinin gördüyü işlər, verdiyi qərarlar barədə danışdı.

Mərkəzi Nəzarət Təftiş Komissiyasının hesabatını Sevda Talıbova oxudu.
Qurultayda Milli Şuranın fəxri sədri, kinorejissor, dramaturq Rüstəm İbrahimbəyovun və həbsdəki jurnalist Seymur Həzinin yolladığı məktubları oxunub

35

Daha sonra çıxış üçün söz AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya verildi. F.Qəhrəmanlı bildirdi ki, Azərbaycan gərginlik artmaqdadır. Bu isə o deməkdir ki, işsizlər ordusu daha da artacaq. “Manatın kursunu saxlamaq hökümətə baha başa gəlir. Azərbaycanın vəsaiti artıq tükənib. Bu isə o deməkdir ki, növbəti devalvasiya qaçılmazdır. Vəziyyəti dəyişmək üçün korrupsiyaya son qoymaq lazımdır. Amma iqtidar bunu etməkdə maraqlı deyil”.

AXCP sədrinin müavini, professor Nurəddin Məmmədli qurultay iştirakçılarını salamlayaraq bildirdi ki, XAlq Cəbhəsi xalqla bütövləşən təşkilata çevrilib.  AXCP haqqı, hüququ pozulan hər bir vətəndaşın yanındadır: “Uzun sürən mübarizə nəticəsində AXCP Azərbaycan xalqı ilə bütünləşmiş təşkilata çevrilib. AXCP gəncliyin partiyasına çevirilir. Gəncliklə mübarizə aparanlar məğlubiyyətə məhkumdur.

Hakimiyyət də bizim gücümüzün qarşısında acizdir. Amansız represiyalar, AXCP sədrinə xarici pasport verilməsi və s buna nümunədir. Əvvəllər xalqı talan edirdilər. Sonra cəbhəçilərin profillərini oğurlamağa başladılar. İndi isə özlərini oğurlayırlar.
Bütün dünya Azərbaycanda kimin kim olduğunu yaxşı bilir. Hakimiyyətin oğru talançı, AXCP-ninsə dürüst və düzgün insa olduğundan xəbərdardırlar. Əminəmki, bunlar yaxın gələcəkdə özünü göstərəcək”.

1reAzadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev növbəti çıxışçı oldu. R.Hacıyev bildirdi ki, hazırda Azərbaycan 100-dən çox siyasi məhbus var. “Azərbaycnda hazırda amansız repressiyalar aparılır. Hazırkı sərt avtoritar rejimdə əsəas məqsəd strukturları qoruyub saxlamaqdır. İstənilən təşkilatda rəhbərdən çox şey asılıdır. Rəhbər partiyanı düzgün yol ilə aparılmasında, mətinliklərdən çıxmasında rəhbərin mühüm rolu var”.

Qurultayda Azadlıq qəzetinin təsisçiliyindən imtina edildiyi bildirilidi.

AXCP Yevlax şöbəsinin sədri Şəkər İsgəndərli çıxışında bildirdi ki, partiyanın gücünü hakimiyyətin ona qarşı apardığı kampaniya da sübut edir. “Bilirik getdiyimiz yol çox ağır, məşəqqətlidir. Amma hakimiyyətin tənələri, təzyiqi bizi bu yoldan çəkindirə bilməz”, deyə Ş.İsgəndərli vurğuladı.

Sonra Qurultay nümayəndələri hesablama komissyasını yaratdı. Qurultay səslənən hər üç hesabatı qənaətbəxş saydı. Hazırda partiya sədrliyinə namizədliklərin verilməsinə start verilib. Bu elan edilən kimi qurultay nümayəndələri “Əli bəy” şüarını səsləndirməyə başladılar.
Daha sonra partiya sədrinin səsverməsinin açıq, yoxsa qapalı keçirilməsi səsə qoyuldu. İki nəfər əleyhinə olmaqla partiya sədrinin açıq səsvermə ilə seçilməsi təklifi qəbul olundu.

Xəzər şöbəsinin sədri Hacı Əmrulla çıxış edərek, sədrliyə Əli Kərimlinin namizədliyini irəli sürdü.

1saQurultayda AXCP sədrliyinə sədrin müşaviri Sahib Kərimli də iddia edib. O Əli Kərimlinin hesabatını qənaətbəxş hesab etməyib: “Hər bir çəbhəçi, hər kəsin gözünün içinə dik baxa bilən adamdır. Mənim sümüklərim AXCP-nin yükünün ağırılığı altında bərkiyib.
Qarşınızda amansız bir rejim var. Cəbhəçi hər yerdə doğru bildiyini demək, etiraf etməkdir. Heykəl deyil ki, sadəcə dik durak. Biz fəaliyyət göstərməliyik.
Bu gün mənim namizədliyim olmasaydı qurultayın sonunda indi çıxdığımız durumdan daha yaxşı olmayacaqdı. Ənənəvilik olacaqdı.
Hər kəs əlini vicdanına qoyub, desin. Mən sədri bu günmü tənqid etməyə başlamışam?
Səsvermənin gizli olması vacibdir. Açıq səsvermədə açıq-aşkar müdaxilə var. Seçki keçirilməlidir. Əli bəyə 2018-ci ilə qədər uğurlar arzulayıram. Həmin zamana qədər o 4 parlament seçkisi, 4 prezident seçkisi yola salmış olacaq. 2018- ci ilin prezident seçkilərində Əli Kərimli məğlub olarsa, mən qüvvələri birləşdirmək üçün sədrliyə namizəd olacam.”
Çıxışının sonunda S.Kərimli AXCP sədrliyinə namizədliyini geri götürdü.

45Daha sonra qurultay nümayəndələri növbəti dövr üçün AXCP sədri kimi Əli Kərimlinin namizədliyini dəstəklədilər. Ə.Kərimli yekdiliklə sədr seçildi. Ə.Kərimli göstərilən etimada görə cəbhəçilərə təşəkkür etdi: “AXCP rejimlə mübarizənin ön cəbhəsindədir. Hökumət əlindən gələni edir ki, bu qalanı sarsıtsın. AXCP-dən adamları qoparmaq üçün böyük pullar tökür.
…Mən sizinləyəm, kimin mənliyi çatmırsa bu yolu getməyə, zəhmət çəksin çəkilsin.
Bu gün mənə qarşı hökumət mətbəxindən qidalananlar tərəfindən təxribat var. Hansı qətiyyətlə rejimin oyunlarını ifşa etmişiksə Azərbaycan xalqının demokratiya yolunda mübarizəsini də davam edəcəyik.
Etiraf etmək istəyirəm. Bir neçə il əvvəl AXCP-dən getmək barədə düşünmüşəm. Bu gün bəyan etmək üstəyirəm: Azərbaycan hökuməti nəfsindən tələyə düşüb. Bu gün represiya şəritində, məsləkdaşlarım həbsdə olduğu zamanda, mübarizə tələb edildiyi bir zamanda mənim kitabımda fərari olmaq yazılmayıb. ”

AXCP-nin Nəzarət Təftiş Komitəsinə də seçkilər keçirildi. 13 nəfər namizdliyini irəli sürüb. Onlardan 7 nəfəri seçildi.

AXCP-nin növbəti qurultayı başa çatdı.


2f

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam