Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Azərbaycan millisinin baş məşqçisi:“Mənə deyirdilər ki, məşqə gələn uşaqlardan pul yığ”

 

“Güləşlə məşğul olanda mənə deyirdilər ki, məşqə gələn uşaqlardan pul yığ və qurumun özü-özünü maliyyələşdirdiyini söylə”.

Yenixeber.org: Bunu Azərbaycan yığmasının sabiq futzalçısı Ağatahir Əzimov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

“Korifeylərimiz” rubrikasının qonağı olan 49 yaşlı mütəxəssis vaxtilə 13 il güləşlə məşğul olduğunu bildirib: “Futzala 20 yaşımda gəlmişəm. Bir dəfə 44 saylı məktəbin həyətində məhəllə-məhəlləyə futbol oynayırdıq. Rəhmətlik Oqtay Heybətov məni və qardaşımı futbol məşqlərinə dəvət etdi, yoxladı, dedi ki, futbola keçin, sizə maaş veriləcək. Həmin vaxt güləş müəllimi işləyirdim. Təsəvvür edin, 54 tələbəm var idi, ayda 2 dollar maaş yazırdılar, heç onu da almırdım. Çünki o pulla dolanmaq mümkün deyildi. Uşaqlardan pul toplamağımı istəyirdilər, amma mən yığmırdım, havayı işləyirdim. Oqtay müəllimin təklifini də qardaşıma görə dəyərləndirdim. Onun təkidi ilə getdik futbola və o vaxtdan futzalçı oldum”.

Əzimov güləşlə məşğul olmasının xeyrini futzalda gördüyünü sözlərinə əlavə edib: “Fiziki baxımdan bütün oyunçulardan ikibaş üstün idim. Düzdür, futzalı başlanğıcda təcrübəlilərdən zəif oynayırdım. Amma gücüm çox idi. Təsəvvür edin, “stolb” oynayan zaman rəqibin iki futzalçısı məni yerimdən tərpədə bilmirdi. Zərbəm o qədər güclü idi ki, hər oyunda bir neçə qol vururdum”.

Qeyd edək ki, Ağatahir Əzimov hazırda 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam