Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

DAYAQ

 

Sənədli    povest

  "Xeberinfo.com":Hörmətli oxucular ! Avtobioqrafik xarakter daşıyan bu sənədli povesti yazmaqda məqsədim əkslikləri nəzərə çatdırıb bəzi həqiqətləri üzə çıxarmaqdır. Yaxşı və pis, Xeir və şər, Haqq və nahaqq... Bu əksliklər (kateqoriylar) bir-birilərinə ziddir, barışmazdırlar. “Əksliklərin , əks tərəflərin vəhdəti bütün proseslərin hərəkətverici qüvvəsi və mənbəyi olan ziddiyəti yaradır” (ASE IV cild). Ziddiyətsiz isə inkişaf  mümkün deyil. Həyatda gördüyüm isə budur ki, istər ictimai quruluşun, istərsə də insan cəmiyyətinin inkişafında başlıca rolu oynayan yaxşı insanlardır. Mən yaxşı insanlar gördüm, yaxşı ictimai quruluşu isə görə bilmədim. Əksər hallarda yaxşılar pislərin quyruqlarına bağlanır,yaxud pislər yaxşıları əvəz edir.Bax bu kimi əvəz etmələr isə insan cəmiyyətinin inkişafını əsrlərlə geriyə salır.

Atam sovet-alman  müharibəsindən ikinci qrup müharibə əlili kimi qayıtmışdı. Sol çiyindəki almacıq sümüyü düşmən snayperi tərəfindən tam dağıdıldıığından qolu gödəlmiş, bürüşmüş bir vəziyyətdə idi. Atam məcburiyyət qarşısında qalanda sağ əli ilə sol  əlini  hərbi forma- aşıq yaşıl rəngli gitelinin cibinə qoyub çıxarırdı.   

 Atam yenidən kolxozda öz vəzifəsinə (baş mühasib) bərpa olunmuşdu. O, 30-cu ildə yaradılan kolxozda və bütün rayonda savadlı-təhsilli mühasib sayılırdı. Həmişə  müəyyən müddətlərdə Bakı şəhərində ixtisası üzrə təkmilləşmə kürsüna cəlb edilirdi. Onun hansı biliyin və vicdanın  sahibi olmasını bir sıra olmuş hadisələrlə  nəzərə catdırmaq istəyirəm.

Mürəkkəb təftişlərdə  düzgün nəticələri almaq üçün o vaxtkı NKVD ekspert kimi Atamdan istifadə edirmiş. Müharibədən əvvəl olmuş bir hadisəni Atam vəsifəsindən (1960-ci ilin lap son ayları) azad olandan sonra kənddəki yeddiillik məktəbin direktoru, Müharibə Veteranı, Ali Partiya məktəbinin məzunu Bünyad müəllim danışmışdı. Rayondakı kolxozların birində oğurluq hadisəsinin izinə düşən NKVD Atamı təftişə cəlb edir. Təftiş edilən müddətdə aşkara cıxır ki, əlli min rubl pul vəsaitini kolxozun baş mühasibi mənimsəyib. Atam tələb edir ki, mənimsənilən vəsait nəqd olaraq xəzinəyə ödənilsin. Mənimsəyən baş mühasib isə Atama belə bir tərs cavab verir ki, həmin məbləği sənə verməyə hazıram, ancaq  bir qəpik belə dövlətə ödəməyəcəyəm. Atam onu başa salmağa çalışır ki, vəsaiti kolxozun xəzinəsinə ödəsən əməliyyatı elə sənədləşdirəcəyəm ki, NKVD səni məsuliyyətə cəlb edə bilməsin. Lakin vəsaiti mənimsəyən dediyinin üstündə dayanıb vəsaiti ödəmədiyindən əlli-ayaqlı NKVD-nin əlinə keçmişdi. Bu hadisənin təsdiqini çox sonralar Atamın dilindən aldım. Bir cəhəti xüsusi olaraq qeyd edim ki, müharibədən qayıdanların hamısı bir-birilərinə qarşı o qədər mehribanlıq göstərirdilər ki, sanki onlar doğma qardaşdırlar. Bu qardaşlıq axıra kimi davam etdimi?

Atamla əmisi oğlanlarından birisi iki otaqlı  mənzildə qalırdılar. 50-ci illərdə Atam buradan köçüb kəndin boş ərazisindən 0.5 hektar ərazi götürüb  yerdən bir metr hündürlükdə çay daşından (qara daş) kürsülü iki otaqlı mənzil inşa etdirdi. Otaqların və balkonla otaqların arası çiy kərpicdən inşa edilmişdi. Pəncərələr öz dövrünə uyğun iri həcmli idi. Otağın biri Atamın  özü üçün idi. Otaqda SSRİ istehsallı iki nikkelli çarpayı, ölkədə birinci buraxılış açılıb yığılan və əl-ayaqla işləyən tikiş maşını, ortada iri stol və stolun ətrafına yaraşıqlı uyğun sayda stullar qoyulmuşdu. Bakıdan və bölgə mərkəzindən kəndimizə gələn qonaqlar (məşhur artist-müğənnilər, respublikanın aparıcı mətbuat orqanının müxbiri, təhkimçilər) bizim evdə rahatlıq tapırdılar. Hələlik döşəmə sıxılmış torpaqdan ibarət idi. Döşəməyə kilim salınırdı. Həyətə daxil olanda sol tərəfdə bolkonun kəllə divarının qurtaracağı  Zəyəmin yonulmuş dümağ daşlarından hörülmışdü. İkinci otaqda biz körpələr yerləşmişdik. Torpaq döşəməsi olmayan bizim otağa daxil olanda gumbultu ilə dərinliyə düşürdük. Kənddə ancaq çay daşından  inşa edilən dörd yaşayış mənzili var idi ki, bunun da biri bizim mənzil idi. Bölgə mərkəzindən kolxozun iş fəliyyətinə nəzarət etməyə gələn təhkimçi azı 10 gün müddətinə evimizdə qediyyatdan keçir, səhər, günorta, axşam yemlənirdi. Sanki  Anam-Atam bu müftə yeyib içən yaramazın haqsız-muzdsuz qulluqçuları idilər.

Atamın məsuliyyəti kolxoz sədrinkindən qat-qat üstün idi. NKVD agentləri yalan dolu məlumatları səlahiyyətli dövlət orqanlarına daim ünvanlayırdılar. İmkanı daxilində heç kəsin məsuliyyətə cəlb olunmasına yol vermirdi. Təsadüfi hallarda həmin məlumatlardan NKVD-nin əlinə keçən də olurdu. Axı satqın agentlər yatmırdılar. Təqribən 50-52-ci illər idi. Günorta vaxtı idi. Atam həmin vaxtlar evə günorta yeməyinə gəlirdi. Gördüm ki, Atamla yanaşı iki nənəfər də, biri atamın sağında, digəri solunda addımlayırlar.. Bacılarımla yanaşı Anamın ətrafına  yığışıb (evmizin ən böyük övladı mən idim) gələnləri həyətdə qarşıladıq. Gələnin biri Atama əmr etdi: “Şinelin düymələrini aç, cibini boşalt”. Onun cibindən qırmızı nazik bir lent cıxdı. Lenti Anamın qucağında olan körpəyə verdi. İkinci “Ailənlənlə görüş” əmri verildi. Bu yerdə hər şeyi anlayan Anam ağlayıb Atama belə dedi: “Bizi bu vəziyyətdə qoyub hara gedirsən”?  Atam cavab verdi: “Neyləyim aparırlar”. Beləliklə Atamı həbs etdilər.

Atamı nəyin üstündə həbs etmişdilər, oğurluqmu etmişdi, kolxozun əmlakınımı mənimsəmişdi? Bunun heç birisi olmamışdı. Atamın qardaş bacısı yox idi. Bircə Leyla adında baçısı olmuşdu ki, o, da  gənc ikən vəfat etmişdi. Yeganə dayağımız Atam idi ki, artıq o da həbsdə idi.

 Atamın günahsız oldığınu bilənlər var imiş. Kolxozun “Moskviç-401” markalı minik maşınını təmir etdirmək ücün kolxozun sədri 400 rubl bir dəfə, ikinci dəfə  300 rubl məbləğində vəsaitin buraxılmasına sərəncam veribmiş. İkinci 300 rublun braxılmasına Atam etiraz etsə də Sədr bəy ikinci dəfə vəsaitin buraxılmasına imza atıbmış, yəni Sədr qanunsuzluğun yerinə yetrilməsinə Atamı məcbur edibmiş. Haqsızlığı bilənlər yer-yerdən  yuxarıya yazmağa başlayıblar. Təftişin araşdırması zamanı məlum olur ki, günahkar Sədr və pulu mənimsəyən icraçı şəxsdir. Nəhayət Atamı həbsdən azad edib, təmir adıyla sədrlə əlbir olub pul vəsaitini mənimsəyəni həbs edirlər, sonradan isə Sədri vəzifəsindən kənarlaşdırdılar.

Bir gecə qapımız döyüldü. Anam qapının kim tərəfində döyüldüyünü biləndən sonra qapının qarşısındakı həmin adamla danışıb Atamı yuxudan oyatdı. Səhər bizə məlum oldu ki, həmin adam  baş çoban vəzifəsində işləyən Atamın doğmaca digər əmisi oğlu imiş. Əmioğlu kolxozun yox, öz toğlusunun birini kəsib bizə bayramqabağı  ət gətiribmiş. Toğlunun başını da göstərib ki, kəsilən heyvan birkasızdı. Ancaq Atam qəbul etməyib ki, mənə sən baş çoban əmioğlunun hörməti lazım deyil, apar öz uşaqların yesin.  Biz ailəni isə Atam kəndimizin əhalisinə belə tanıtmışdı ki, biz   mal, qoyun əti yemirik.         

Səhər-səhər idi. Pçtalyon bizi səsləyirdi. Onu mən qarşıladım. Qalın bir məktub verdi ki, Atana çatdır. Atam konverti açıb bir az oxuyub pəncərənin qabağına qoydu. Bu yadımda deyil ki, nə səbəbə o, məktubdan aralanıb bayıra çıxmışdı. Cəld macal tapıb məktubu oxumağa başladım. Yaddaşımda qalan bu idi ki, kolxozun baş mühasibi filankəs kolxozu dağıdır, özünə yaşayış evi tikdirib, 50 ev saxlayır. Bəli, Atam kənddə 50 yox,  150 ev saxlayırdı. Kolxozun taxıl ambarından bir kiloqram belə buğda dənini heç kim mənimsəyə bilməzdi. İlin sonunda nəinki buğda dəni, yag, pendir və kolxozda istehsal olunan başqa kənd təsərrüfatı məhsulları da   il ərzində qazanılmış əmək günününə mütənasib olaraq kolxozçulara verilirdi. Şantajla məşğul olanların yuxarı təşkilatlara yazdıqları böhtan dolu cızmaqaraları haqqı sevənlər tərəfindən Atamın əlinə keçirdi...

Bəzən olurdu ki, Atam haqqında böhtan dolu yazılar  yuxarı təşkilatın məsul şəxslərinin ünvanına çatırdı. Komissiya gəlib evimizi yoxlayır, bir cüt nikkeli carpayıya, bir tikiş maşınıa baxır, gumpultu ilə biz körpələrin yaşadığı otağa düşəndən sonra belə deyirdi: “Bəs bu kişinin varlı evi hanı, hanı mülkü, bu qədər də ağ yalan olarmı?”  Ağ yalan materialların yuxarı təşkilatlara göndərilməsinin arası kəsilmir, Atamın hüquq mühafizə orqanlarının istintaqına cəlb edilməsi sona yetmirdi. Necə deyərlər vələdüzinnalar və təftiş aparanlar  Atamın canını boğazına yığmışdılar. Vəzifəsindən azad olmaq da müşkül məsələ idi. Xoşa gəlməz əsas cəhətlərdən birisi də o idi ki, kolxoza Sədr vəzifəsinə təyin olunanlar kəndin özündən olmayan və kənddə yaşamayan şəxslərdən təyin olunurdu.

 Mən isə yazıcıların-M.S. Ordubadinin, V.Hüqonun, Jül Vernin...əsərlərini mütaliə edir, Azərbaycan xalq nağıllarını oxumaqdan doymurdum. Oxuduğum kitabları kolxozun kitabxanasından gətirirdim. İş o dərəcəyə çatmışdı ki,  dərs kitablarımı qoyub nağıl oxuduğumu görən Anam nağıl kitablarından  birini götürüb peçə tullayası olmuşdu.

Başqa məşğuliyyətim də varıydı. Atamın  çoban dostu tərəfindən mənə bağışlanan körpə quzunun qayğısına nə qədər  qalsam da quzu öləsi və bu ölüm mənə “Quzu” hekayəsini yazdırası oldu. Quzunun ölümü isə məni yandırırdı. Yazşcılığa məndə meyil oyanmışdı. Sən demə qəlbimdə yazışılığın bünövrəsi Tanrı tərəfindən qoyulubmuş...

Atamın çoban dostu tərəfindən həyətimizə gətirilən və tərbiyə görmüş köpəklərin biri zəhərlənib, digərinin isə beybut (qısa tiyəli xəncər) soyuq silahı ilə qarnı yartılıb öldürülmüşdü. Heyvan da olsa nahaqdan öldürülmələr  sonralar Tanrı tərəfindən cavabsız qalmadı. Bu köpəklər hər zaman hürmür, kənar adamları həyətə buraxılmsına göz yummurdular.  Hec bir kənar it də həyətə ayaq basa bilməzdi. Zəncirlə bağlı olması ilə razılaşmır, firsət düşəndə zəncirdən azad ola bilirdilər. Aradan 60 il ötsə də bu dilz-iağızsız, günahsız olən (?) və öldürülən heyvanların ölümü məni rahat burxmırdıı. Axı bu ölüm hadisələri düşmənciliyə aparıb çıxara bilərdi... Elə dönəm idi ki, yaramaz adamlardan qorunmaq üçün mütləq həyətdə köpək saxlamaq tələb olunurdu.

Dövr elə gətirdi ki, İ.V.Stalin 05.03.1953-cü il tarixdə həyata əbədi olaraq göslərini yumdu. Yumdumu, yumdurdularmı? Ağlayanlar da varıydı. Onun dəfn olunması radio ilə xalqa catdırılırdı. Kolxozun Sədri tərəfindən üç ədəd iri batareyalarla işləyən “Rodina-47” markalı radionu yerdən bir metr hündürlükdə klubun balkonunda iri bir stolun üztünə qoydurub  dəfn mərasimində deyilənləri Azərbaycan dilinə kolxozcular üçün tərcümə edilirdi. Bu ölüm heç də cəm insanları ağlatmırdı, sanki heç bir xoşagəlməz hadisə baş verməmişdi, hər kəs öz bildiyi kimi düşünürdü...

Kənddə olan orta təhsil verən məktəb müharibə qurtaran bir vaxtda səhlənkarlıq ucbatından yanıb külə döndüyündən yeddiilik təhsil verən məktəbə cevrilmişdi. Mən də yeddiillik məktəbi bitirdikdən sonra orta təhsilimi davam etdirmək üçün rayon mərkəzindəki orta təhsil məktəbinə gedəsi oldum. Həmin məktəbdə bir sıra xoşagəlməzliklərə qarşılaşdım. Rayonun kənddən gələn şagirdləri və şəhərin ipə-sapa yatmaz, oxumağa səhlənkar yanaşan  şagirdləri 8-S sinfinə, yaxşı oxuyan və arxalı şagirdləri 8-B sinfinə çəmləşdirmişdilər. Fizika dərsini Musrafil adında bir kiçik boylu, sifətdən çirkin bir müəllim tədris edirdi. Sinifdə 30 nəfərdən cox şagird varıydı. Mənim çətinlik cəkdiyim fənn kimya idi. Fizika fənni üzrə çətinlik çəkmirdim.  Elə birinci gündən bu balacaboy fizika müəllimi mənə ilişməyə başladı. Dərsə hazır gəlirdim. O, şagirdləri bir-bir çağırıb danışdıranda, bəzən mən qələm çərtir və yaxud kitabı vərəqləyirdim. Bu ona xoş gəlmədiyindənmi və yaxud nədənsə məni qaldırıb yerimdəcə sual-cavaba tuturdu. Cavabları düz verdiyimdən “əyləş , danışana qulaq as”,- deyirdi. Yeddiilik məktəbdə kimya dərsini deyən müəllimimizin danışıq keyfiyyəti şirin olsa da şagirdlərlə məkrli danışması səbəbindən kimya fənnini xoşlamırdım. Bu səbəbdən də həmin fənni yaxşı dərk edə bilməmişdim. 8-ci sinifdən kimya dərsini bibim Şəfa tədris etdiyindən  həmin fənni tez mənimsədim.

 Şagirdlərin çoxluğunu, bir dərs müddətində beş şagirddən artıq dərs soruşmağın mümkün olmadığını anlayan Musrafil müəllim kontrol yazıya keçdi. Təsadüf nəticəsində görə bildim ki, mənə “əla” qiymət yazıb.

 Atamın təkidi ilə iki ildən sonra məni 10-S sinfindən  10-B qrupuna-daha doğrusu şəhər şagirdlərinin cəmləşdiyi sinfə köçürdüər. Bax elə bundan sora Musrafil müəlimlə didişəsi oldum. Məndən dərsi soruşmağa yazı taxtasının qarşısına çıxanda kinayəli sözlərlə ”əlindəki dəftər sənin deyil, Atan kolxozu basıb yeyir,” - deyərək məni uşaqların qarşısında təhqir edirdi, iynəliyirdi. Riyaziyyat müəllimi Qara Sultanov isə faydalı məslətləri ilə məni bilikli şagirdlərin səviyyəsinə çatdırırdı. Musrarfil müəllimin fizika dərsini öyrənməyin isə bir yolluq daşını atdım. Bəzən o, şuluq şagirdlə müəllimə yaraşmayan ifadələrlə danışırdı: ”Sən adam olsan prinsip yeridib səni məktəbdən qovduraram”,- deyərək şagirdlərdə özünə qarşı ikrah hissi oyadırdı. Şəhərin qabağından yeməz şagirdləri isə ”Hünəri var mənə dörd qiymət yazsın, onu götürüb pəncərədən aşağı atacağam”,-   deyə onu hədələyirdilər. Sonra həmin müəllimi məktəbdən kənarlaşdırıb başqa məktəbə köcürmüşdülər.

Müsrafil müəllimin mənə qarşı olan pis münasibəti məndə ali təhsil almağı unutdurmuşdu. 1956-cı ildə orta məktəbin attestanı aldıqdan sonra kolxozda fəhləlik edirdim. Mənim bu hərəkətim Ata-Anama da pis təsir edirdi. Bir payız fəslində güclü yağış yağmış, evimizin yanından kecən kicik su arxından aşıb-daşan su həyəti başına götürmüşdü. Su çoxluğu evimizi yerindən tərpədə bilərdi. Anam məni səhər tezdən yuxudan oyatdı ki, suyun başqa məcraya yönəldilməsi üçün təkqol Atama kömək edim. Fiziki cəhətdən zəif olduğumdan bu tutqun havadan və nisbətən soyuq ruzigardan sətəlcəm olmuşdum. Acıq aşkar ağ ciyərlərim işləmirdi. Kəndin baş həkimi yaxınımız  olsa da heyvanın qara ciyərindən Bakıda hazırlanmış “kampalon” (indiki dönəmin həkimləri bu dərman preparatını xatırlamırlar) preparatının bir ədədini bir yüz rubla buduma vururdu. Dərman əvvəlcə vurulan bir tərəfimdə elə bir ağrı törədird ki, 10-15 dəqiqə ərzində özümə gələ bilmirdim. Bu müddətdən sonra özümü əla hiss edirdim.

 Ancaq bu “əla” hiss etmələr müvəqqəti hallar imiş. Elə bir vəziyyətə gəlib çıxdım ki, yataqdan qalxası olmadım. Ölüm üstümü almışdı. Ölümü hiss edib ağladım. Anam da ağlayırdı. Cıxılmaz vəziyyəti görən Atam məni Dilican qəsəbəsinin uca dağ zirvəsində yerləşən xəstəxanasına  yerləşdirdi. İki ay orada, iki ay da həmin qəsəbənin sanatoriyasında müalicə aldıqdan sonra məni Atam kəndə gətirdi. Ağ ciyər sətəlcəmindən tam sağalsam da bel və baldırlarımda, ayaqlarımda ağrı əbədi kök saldı. Artıq gərgin fiziki işi bacarmırdım.

İ.V.Stalindən sonra hakimiyyətə gələn N.S.Xruşşov bir sıra qadağaları aradan qaldırsa da satış qiymətlərində (yağ, araq v.s.) bahalaşma gedirdi. Vaxtı ilə “Xalq düşməni” kimi ad alanlara bəraət verilir və hamı kommunizm qurucusu kimi qəbul edilirdi. Yerlərdən işdə pozuntular barədə hüquq-mühafizə orqanlarına verilən xəbərdarlıqlar it-bata düşür, kim güclüdürsə o haqlı olurdu. Yəni məsəbpərəstliyə şərait yaradılır, həmin hal bütün sahələrdə sürətlə inkişaf edir və kök atırdı.

N.S.Xruşşov elə bir dövrdə hakimiyyətə gəlmişdi ki, dövlətin maliyyə vəziyyəti möhkəmlənmiş, iqtisadi, texniki və hərbi qüdrəti artmış, müharibə dönəmində və müharibədən sonra xalqdan İstiqraz vasitəsilə aldığı borcları geri qaytarmağa başlamışdı.   

1958-ci il idi. Sov.İKP MK-nın Fevral plenumu kənd təsərrüfatında məhsuldar qüvvələrin inkişafı tələbatının dolğun ödənilməsi ilə əlaqədar olaraq MTS-lər (Maşın Traktor Stansiyası) kolxözlara satılırdı. Kəndimizdə fəaliyyət göstərən kolxoz MTS-dən aldığı texnikanın dəyərini tam ödəmiş və taxıldan əlavə  kolxozçuların hər əmək  gününə üc rubl pul vəsaiti də ödəmişdi. Bəli, rayonda kəndimizdəki kolxoz iqtisadi qüdrətinə görə birinci sırada dururdu. Həmin dövrdə kolxozda Sədr vəzifəsində məsul şəxs olmadığından kolxozun illik hesabat məruzəsini Atam etmişdi. Həmin dövrdə rayon rəhbəri Atamı kolxoza Sədr vəzifəsinə təyin etmək istəsə də Atam imtina etmişdi. Görəsən nəyə görə???

 Atama Sovet hökuməti təhsil verib məsul vəzifə  sahibi etdiyindən hökumətə sadiqiydi və onun qanunları ilə işini nizamlayırdı. Ancaq yerlərdə məsul vəzifələrə təyin edilənlər qanunlarla hesablaşmaq istəmirdilər. Axır ki, kəndin özündən olan gənc kadr- təqribən 35 yaşında, ali təhsilli, qoldan güclü, həvəslə yeni quruculuq işlərini yerinə yetirməyi bacaran, ixtisasca ağranom, şəxsiyyət mücəssəməsi olan bir şəxs kolxoza yeni Sədr təyin edildi. O, VF 00-18 qəhvəyi rəngli POBEDA markalı minik avtomobilini qarajda qoyub kolxozun əkin, biçin sahələrini kəhər atın belində gəzirdi. Ona təyinat verənlər isə ondan aylıq uçot-hesabatda görünməyən dolya tələb edirdilər. Bax bunu Atam başa düşmək istəmirdi. Cobanlara iki cüt cəkməyə, iki cüt teleqreykaya... imza atdırılır bir cütü verilirdi və ilin sonunda çobanla haqq-hesab çəkiləndə çoban kolxoza borclu çıxırdı. Bunlar bizim evə gəlib Atama şikayət edirdilər: “Uzun illərdir bilirik Siz baş mühasib əyri işlə məşğul olan deyilsiniz, ancaq başımıza gətirilən bu oyunları törədən kimdir?” Atamın cavabı bu olur du ki, mən artıq səlayiyyət sahibi deyiləm, həmin sualı  Sədrin əshabələrinə veriin. Atam inventarizasiya üçün ambarın  qapısını bağlayırdı, gecələr əsahabələr ambarın arxasını söküb toxumluq taxılı bazarda satırdılar. Atamın əlinin altında işləyən tay qıç, müharibə veteranı, müavini əmək gününə düşən taxılı ambardan alan zaman mürəkkəblə işləyən qələm ilə yox, adi qələmlə imzalayır, sənəd mühasibliyə-müavinə catanda müavinin imzası yoxa çıxır, müavin aldığı taxılı bir də alırdı...

Sədrin Atasını 37-ci ldə gedər-gəlməzə yola salanlar indi  onun təpiyi altında idilər. O, indi həmin adamlarla işləməli, yazmağı, oxumağı, danışmağı bacarmayıb sinəsində ali medal gəzdirənlərlə, işləməyi bacarmayıb ancaq yarınmaqla, xəbərçiliklə məşğul olanlarla kolxozda iş aparmağa məcbur idi. Üstəlik yuxarıların levıy əmək haqlarını da ödəməli idi. Sinəsi medallının ali dairədə toplantısı keçiriləndə Sədr tərəfindən verilən tapşıriq-xahişlər (fondla verilən materiallar-şifer, taxta, kubik daş və s.) savadsızlıq ucbatından unudulur, bu da Sədri hirsləndirir, yerinə yetirəcəyi işləri uzun müddətə ləngidirdi. Evində isə onun əsəbləri ilə oynayan varıydı. Atasının  düşmənləri haqqında dərs kecirdi. Həmin dərs keçən isə düşmənlərinə başa salmağa çalışırdılar ki, indi Sədr onların ağasıdır və kolxozçu nökərlər onun sözlərini danışıqsız eşitməlidirlər.  Düşmənləri ilə Atamı qarışığa salan Sədr isə yersiz Atamı incidirdi. Sədr vəzifəsindəki təcrübəsizlik Atamla toqquşmaya gətirib çıxarırdı. O, Atam barəsində səhvlərini vəzifəsində təcrübələnəndən çox sonlarlar başa düşsə də iş işdən keçmiş, səhvlərin düzəldilməsi mümkünsüz idi.       

Qanunların boşalması, idarəetmədə yuxarıdan aşağıyadək mənsəbpərəstliyin artması Atamı boğaza yığdığından məcbur olub 49 yaşında 1960-cı ilin sununda vəzifəsindən azad oldu. Son üç ay üçün ona əmək haqqı yazılsa da həmin əmək haqqının üstündən xətt çəkib almamışdı. Kolxozun yığıncağının qərari ilə ona aylıq 50 rubl məbləğındə təqaüd təyin etsələr də, bu təqaüd sonradan qanunsuz hesab edilərək ləğv edilmişdi. Sonra ona 20 rul həcmində təqaüdün verilməsi qanuniləşdirilsə də həmin məbləği almaqdan imtina etmişdi. Bunu bilib rayon mərkəzində işləyən Atamın dostlarından biri Atamı başqa bir vəzifəyə təyin etdirmişdi. Yeddiillik məktəbdə cüzi məvaciblə Təsərrüfat müdiri vəzifəsində işləyirdi. Bundan başqa o, Müharibə Veteranı olduğu üçün dövlətdən hər ay maddi yardım alırdı. Atamın qazancı bu idi.

   Atamın dayaqları varıydı, qoy dayaqlar həmişə var olsun. Ancaq biz yeddi övladın dayağı yox idi. Axır ki, Atam düşünüb bizə dayaq da “kəşf” etdi.  Rayon Mədəniyyət Şöbəsinin (RMŞ) kəndimizdə fəaliyyət göstərib  aylıq 47 rubl  məvacib və 13 rubl xidmətçi haqqı ödəyən kitabxanaya 1961-cilin may ayında məni müdir təyin etdirdi. 13 rubl xidmətçi haqqı da bəzən yolda “buxarlanır” gəlib mənə çatmırdı. Bəli yeddi övlad bu 60 rublla dolanmalı idi. Kolxozun sədri qırmızı İrəvan daşından inşa etdirdiyi İdarə binasından bir otaq ayırıb mən işləyən kitabxanaya vermişdi. Rayon Mədəniyyət  Şöbəsinin müdiri Cahangir Qasımov da yeni təyin olunmuşdu. Hərbi hissədən ixtisara düşmüş mayor rütbəsində ciddi bir şəxs idi. Onunla münasibətimiz normal vəziyyətdə idi. Kitabxanada günün tələbatından asılı olaraq foto-montajlar tərtib edir, görkəmli yazıçıların əsərlərinin təbliği ilə əlaqədar olaraq oxuçular konfransı keçirir, protokolla onu rəsmiləşdirir, kitabxananın aylıq divar qəzetinin buraxılışını təşkil və aylıq iş planını günün tələblərinə uyğun-məzmunlu tərtib edirdim. Sov.İKP qurultayının materiallarını kolxozcuların iş yerlərində təbliğ edirdim. (Rayon Mədəniyyət Şöbəsinin müdirinin özünün apardığı reyd zamanı bu işimin şahidi olmuşdu). Bu təbliğat mənim siyasi savadımı da artırırdı. Rayon Mədəniyyət Şöbəsi tərəfindən göndərilən Mərkəzi Kitabxananın nümayəndəsi bunların hamısını RMŞ-nin müdirinə olduğu kimi catdırırdı. Kitabxana işinin aparılması üzrə mənim ixtisasım olmadığından təlimatlara əl atır, çətinlik çəkəndə Rayon Mərkəzi Kitabxanasının müdirinə müraciət edirdim. Mənim müsbət fəaliyyətim daim RMŞ-sinin müdirinin nəzarətində idi. Aylıq toplantıda məni ixtisaslı kitabxana müdirlərinə nümunə göstərirdi.

Atam vəzifədə olanda ona yarınanlardan birini kolxozun yeni Sədri həmin yarınanı yağlı  bir vəzifəyə təyin etmişdi. Bu yarınan Sədrə xəbərciliklə məşğul idi. Məni kitabxana müdirliyindən azad etdirmək üçün dəridən-qabıqdan çıxırdı. Mənə aydın oldu ki, rahatlığım olmayacaq, işləməyə qoymayacaqlar. Orta məktəbi yeddi il idi ki, bitirmişdim. 25 yaşımda ali məktəbə qəbul üçün rayonumuza yaxın olan Gəncədəki Kənd Təsərrüfatı İnstitutunda təhsil allmağa qərar verdim. Orta məktəbdə Qara Sultanovun riyaziyyardan, bibim Şəfanın kimya fənnindən verdiyi dərslər və kitabxanada siyasi cəhətdən savadlanmağım instituta qəbul dönəmində dadıma çatdı. Qəbul vaxtı ədəbiyyatdan yazılı imtahanda iqtisadi siyasətə dair sərbəst mövzunu işləmişdim.     

1964-cü il yaz fəslinin sonları idi. “Sovet Kəndi” adında mərkəzi mətbuat orqnından RMŞ-n0n yerlərdəki şöbələrinin fəaliyyətinə baxışın kecirilməsi mənim müdir olduğum kitabxanadan başlamışdı. Qəzetin müxbiri səliqə səhmana diqqət yetirib razı qaldıqdan sonra belə bir sual verdi: “Bəs təhsil almaq üçün hansı institutu seçmişsiniz?”. Cavab verdim ki, Kənd Təsərrüfatı İnstitunun iqtisadiyyat fakultəsinə daxil olmağa hazırlaşıram. Bundan sonra RMŞ məni Gəncə şəhərinə yaxın olan Xanlar rayonunda  təşkil olunmuş bir aylıq kursa ezam etdi. Mən həm kursa gedir, həm də Gəncədəki Ağamalıoğlu adına Kənd Təsərrüfatı İnstitunun İqtisadiyyat fakultəsinə daxil olmaq üçün qəbul imtahanı verirdim. Axırıncı qəbul imtahanını verərkən bir dəfə imtahan kursun dərsi ilə eyni vaxta düşdü. İmtahan listindəki dörd (yaxşı) qiymətləri görən müəllim həmin gün məni dərsdən azad edib müvəffəqiyyətlər arzuladı.

İqtisadiyyat fakultəsinin mühasibat uçotu şöbəsinin 25 nəfər, iqtisadçı alim ağranom şöbəsinə 25 nəfər, bu fakultənin  rus dili olanında da 25 nəfər tələbəsi var idi. Qəribəsi bu idi ki, instituta qəbul üçün ərizəmdə “Mühasibat ucotu” şöbəsini qeyd etsəm də məni iqtisad şöbəsinə yazmışdılar. Fakultənin dekanından qəti şəkildə tələb etdim ki,  sənədlərimə diqqət yetirsinlər və məni “Mühasibat uotu” şöbəsində əyləşdirsinlər. Dekan (Əfəndiyev) tələblərimi danışıqsız yerinə yetirdi. Həmin şöbədə yerləşəndən sonra mənə aydın oldu ki, baytarlıq, aqronomluq fakultələrində konkursdan keçməyən “dayılı” tələbələrin hamısını süpürləyib “Mühasibat uğotu” şöbəsinə itələyiblər.

Hələlik təqaüd verilmirdi. Bir şənbə günü kəndə gedəndə utana-utana (bilirdim ki, evdə bir qəpik də olsa pul vəsati yoxdur) anamdan xahiş etdim ki, mənə birinci və axırıncı dəfə olaraq görsün bir yüz rubl pul vəsaiti tapa bilirmi. Anam alverçilərdən 150 rubla aldığı servantı elə 150 rubla satıb, bir yüz rublunu mənə verdi. Həmin məbləğdən 66 rubluna Gəncənin iri ticarət mərkəzindən həmyaşıdım, əslən İsmayıllı rayonundan olub, iqtisad şöbəsində təhsil alan,  hər bir seçim sahəsindən baş aça bilən Bağırov Zabit adında gəncin iştirakı ilə bir qədər tünd yaşıl rəngdə lafsan parcadan tikilmiş bir dəst kostyum aldıq. Sonra 8 rubl dəyərində bir cüt ayaqqbı da ala bildim. Həmin kostyumdan dörd il təhsi və iki il istehsalatda işlədiyim müddətdə istifadə edə bildim. Ayaqqabı isə isifadəyə iki il yaradı.

Fakultəyə kurskom təyin edilən zaman dərin təfəkkür sahibi olan iqtisad elmləri namizədi Nazim Fərəcov məni ayağa qaldırıb “Kurskomluğa səni layiq bilirlər, fikrini bilmək istəyirəm”,- deyə məndən cavab istədi. Məni təəccübləndirən isə o idi ki, bu vəzifəyə məni kim məsləhət bilib, Nazim müəllimə tanıdan kimdir. Hələ kolxozda ikən komsomol təşkilatının katibi vəzifəsində işlədiyimdən ictimai vəzifədən zəndinən zəhləm gedirdi. Bu səbəbə görə də cavabım bu oldu ki, Nazim müəllim dərsimi öyrənsəm daha yaxşı olar. Nazim müəllimin cavabında “Bala sənə halaldır”,-dedi. Bunula da sürünənin birisi kurskom  təyin edildi ki,  təqaüd alsın. Mənim isə heç kimə ehtiyacım yox idi. Tanış və rüşvətlə yox, öz biliymlə intituta qəbul olmuşdum.

Elə birinci yarım illikdəcə semestr imtahanlarını əla qiymətlərlə başa vurub əla təqaüdünə layiq görüldüm. Ayda 45 rubldan 1.25 rubl yataqxananın haqqı çıxılandan sonra 43.75 rubl təqaüd alıb maliyyə cəhətdən ümidsiz evimizin möhtaclığına son qoydum. Anamın sevinci yerə-göyə sığmırdı. Böyük ümid bəsləyirdim ki, təhsili başa çatdırdıqdan sonra doğma dayım Fərhadın yanında-Avtobazada işləyəcəyəm. Gözləyirdim ki, instituta qəbul olunmağımla əlaqədar olaraq  dayım məni təbrik edəcək. Ancaq dayım görünmürdü...

Bir ay təqaüdümü alıb kəndimizə gedəndə tətil vaxtında özüm dayımın yanına getdim. Onun üzündə elə bil təbəssüm yoxa cəkilmişdi. Mən onunla görüşüb ayrılında əlində beş-altı ədəd beşlik rublar gördüm. Tez əlimi cibimə salıb 40 manat aldığım təqaüdü göstərdim ki, mənim hec kimə ehtiyacım yoxdur. Dayım səksənən kimi oldu. Cavabı bu oldu ki, özün bilərsən. Onu çox istədiyimdəm fikir məni götürmüşdü, görəsən  dayım məni niyə susqunluqla qarşıladı, axı pul üçün onun yanına gəlməmişdim, dayıma görəsən nə olmuşdu, gəncliyində tar çalıb, həzin-həzin oxuyan dayım indi niyə bu kökə düşüb. Çox sonralar onun həzinli səsini məşhur muğam ustadı Züfü Adıgözəlovun oğlu Rauf Adıgözəlovun səsindən ayıra bilmirdim, sanki dayım oxuyurdu...        

 Mən təhsilimi davam etdirirdim.  “Mühasibat uçotu” şöbəsi iqtisad şöbəsi ilə uyğunlaşmadığı səbəbindən dekanlıq onları ayırmış, ayrıca kurskom da təyin etmişdi. Kurskom görüb-götürmüş ailədən idi. Mərifətli, dəyanətli, durumlu gənc idi. O, kolxoz hesabına təhsil alır, hər ay kolxozdan 40 rubl həcmində təqaüd alırdı. Bundan başqa ona atası da hər ay 40 rubl nəqd pul vəsaiti də göndərirdi. O, idmanın güləş formasında iştirak edirdi, çəkisi 90 kiloqram olardı. Bəzən olurdu ki, təqaüd gec verilirdi. Mən ona pul vəsaiti üçün müraciət edəndə deyirdi ki, get şifonerdəki pencəyimin cibindən nə qədər lazımındır götür. Mən on rubl götürüb növbəti təqaüdü alandan sonra aldığım borcu geri qaytarırdım. Bu tələbə yoldaşım əslən Şəkili, milliyətcə ləzgi olan Ramazanov Nağdalı Gəray oğlu idi. Fasilələrdə cırtqozluq edənləri qolundan tutub yerində oturdurdu. Otaq yoldaşımın biri Gəncənin Sərkar kəndindən olan Həsənov İlham Hüseyn oğlu idi. O da mərd oğlan idi. İlhamın mərifəti, fiziki  bədən qruluşu pəhləvana oxşayır, yerişi, duruşu cəhətdən də taraz və şəxsiyyət mücəssəməsi kimi təsir bağışlayırdı. Ümümiyyətlə hər ikisi canlara dəyən  gənclər idi.  

Dördüncü kursda bizi hər kəsi öz yaşadığı kəndin kolxozlarına istesalat təcrübəsinə yola saldılar. İstehsalat təcrübəsi 19.12.1967-cil tarixdən 15.03.1968-ci il tarixə kimi davam etdi. “Tələbənin istehsalat tərübəsində GÜNDƏLİK İŞ KİTABÇASI”na harada hansı işləri gördyümü  qeyd edib kolxozun Sədrinə və baş mühasibə imzaladıb möhürü də vurdub, təcrübədə tərtib etdiyim sənədlərin surətlərindən bir iri kitab hazırlayıb   İnstitutda ixtisas fənnini tədris edən Həsənalı müəllimə təqdim etdim. Heç bir tələbə yoldaşlarımda  mən bu formada tərtibat görmədim. Həsənalı müəllim bir qədər fikirləşdikdən sonra kitabı götürdü, ancaq “gündəlik iş kitabcası”nı vərəqləyib özümə qaytardı. Həmin kitabça (2014 cü il -1968 ci il)= 46 ildir mənimlə bərabər yaşayır.

Tələbə yoldaşlarımdan olan Nağdalı və bir nəfər əslən Şəmkirli olan Ramiz 1939-cu il təvəllüdlü idik, yaşımız 29 ili tamamlayırdı. Təyinatlar dövlət imtahanından qabaq verilərək  biz tələbələrə imzalatmışdılar. 1-2 aydan sonra ali təhsili başa vurub təyinatla müəssisələrə işə gedəcəydik. Onlar ailə quruculuğundan kifayət qədər məlumatlı idilər. Bir gün Ramiz mənə yanaşıb belə dedi: “28 yaşın ötüb, sənə yaxın duran sambalı qızla yanaşı, sağlam əqidəli Ata-Anası da var”. Lakin mənim cibimdə nə bir qəpik pulum,  nə də yaşamağa mənzilim varıydı. Bax bu yoxu nə Nağdalı nə də Ramiz başa düşmək istəmirdilər. Evimizdən institutda üç nəfər təhsil alırdı, özü də maliyyə köməkliyi olmadan. Arxamda dura biləcək Ata-Ana da görmürdüm...   

Başqa ixtisaslardan fərqli olaraq “Mühasibat uçotu” ixtisasını bitirənlər üçün dilom işinin müdafiəsi yox, dövlət imtahanı əsas götürülürdü. 1968-ci ildə “Mühasibat uçotu “ üzrə Dövlət İmtahan Komissiysının sədri iqtisad elmləri doktoru Beysəl İsayev idi. Bu o Veysəl idi ki, Azərbaycan dilində ilk “Sovxozlarda və başqa dövlət kənd təsərrüfatı müəssisələrində  MHASİBAT uçotuna dair MƏLUMAT KİTABI” nı İ.Rəhimov və X. Əyyubovla birlikdə tərcümə edərək 15 noyabr 1967-ci il tarixdə çapa imzaladıb Azərnəşrin vasitəsilə mühasiblərin ixtiyarına vermişdi.

Mən imtahan biletindəki sualların cavabını verəndən sonra Veysəl müəllim  əlavə sularının da cavabını alıb komissiyanın üzvlərinə belə sual verdi: “Bu tələbənin təyinatını haraya vermişsiniz?.”  Komissiyanın üzvləri belə cavab verdilər ki, təyinatı nazrlik verib və onun təyinatı Giləzi kəndindəki quşçuluq fabrikinədir. Veysəl müəllim mənə “İimkanın olsa qayıt mənim işlədiyim İqtisadiyyat İnstitutuna gəl”. Veysəl müəllimin Dölət imtahanından mənə yazdığı əla qiymət fəqlənmə diplomu alacağımı təstiqdən keçirdi.                

Qoyulmuş qaydaları pozmaq mümkünsüz idi. Təyinatla fabrikə 01.09.1968-ci il tarixdə işə gəlmişdim və üç il məcburi qaydada işləməli idim. Təyinat yerinə yaxın Tikinti təşkilatlarının birinin taxtadan quraşdırılmış  yataqxanasında (bu evlərə finski evlər deyirdilər) böyük minnətlə özümə yer ala bildim. Aylıq əmək haqqım 80 rubl idi. Bundan 3.41 rubl gəlir vergisi, 2.63 rubl subaylıq vergisi tutulurdu. Ayda 5.00 rubl da yataqxanaya ödəyirdim. Mənə qalırdı 68.96 rubl. Həftəbaşı alt paltarımı dəyişməyə Nasosnı qəsəbəsinə gedirdim. Paltar dəyişməəyə gedib-gəlmə də düz 5.00 rubla başa gəlirdi.

Yavaş-yavaş işləməyə başladım. Mənə tapşırılan iş material şöbəsi idi. Necə deyərlər fabrikin yerləşdiyi yer cəzirənin düzü idi. Qışın soyuğu nəfəsimi kəsirdi, əynimdə bir dəst kostyum varıydı. İşə gəldiyimin dördüncü ayı şahmat formasında balansı əks etdirən dövrüyyə cədvəlini tərtib edə bildim. Ancaq fabrikin mühasibatlığında Mühasibatın memorial order forması tətbiq olunurdu. Nəzəriyyədə bildiyimi istehsalat təcrübəsində sınaqdan keçirir, get-gedə təcrübəmi artırırdım. İşə can yandırdiğımı görən baş mühasib əslən Siyəzənli olan İmaməli  Əliyev  (O, müharibə iştirakçısı idi) dövrüyyə balansının hazırlanmasını, baş kitabın işlənilməsini mənə tapşırdı.  İmaməli kişi iri qalın bir kürk alıb mənim soyuqdan əziyyət cəkməmin qarşısını da aldı.Yeganə məqsədim o idi ki, necə olur-olsun sənətimə kamil sahib olmalıyam. Demək olar ki, aramızda Ata-oğul münasibəti yaranmışdı. Direktor Cahid Sadıqov və baş zootexnik də artıq mənə qarşı xoş münasibətdə idilər. Ancaq baş zootexnik bir qədər kobud idi.

İş şəraiti demək olar məni bezdirirdi. Axşam saat beş tamamda hamı fabrikin avtobusuna əyləşib evinə çatır, mən isə saat səkkizə kimi gözləyirdim ki, yem daşıyan maşınlar gəlsin  səhərki  günə onlara vəkalətnamə yazım. Sonra istidə, yaxud soyuqda təxminən yarım saat da yaşayış yerimə çatıb özümə yemək hazırlayım. Qəsəbədəki dükan da axşamlar bağlı olduğundan bəzi hallarda ərzaq ala bilmirdim, Bu iş həftənin altı günü təkrar olurdu. Bir yandan da həftədə bir dəfə Nasosnu qəsəbəsinə yol toxuyurdum. Demək olar ki, istirahət etməyə mənə vaxt qalmırdı.

Bir gün gördüm ki, sıravi iqtisadçı vəzifəsində işləyən (hələ institutda təhsi alan vaxt onunla tanış idim. O,rus sektorunun məzunu idi.) Arif adında Şəkili balası  idarə binasının sol divarı arxasına çəkilib zülüm-zülüm ağlayır. Gözlərimə inanmadım. Şəkili olasan ağlayasan. Yaxına gəlib könlünü alıb sakitləşdirərək soruşdum ki, axı de görək sənə nə olub ağlayırsan? Cavab verdi ki, sən işi yaxşı apardığından məni işdən azad edib (dilli olduğuna  və işə vaxtında çatmadğına görə rəhbərlik onu sevmirdi) işlədiyim vəzifəni sənə həvalə edəcəklər ki, sənin  məvacibin artsın və burada qalıb işləyəsən. Cavabım kəsə oldu: “Sən yaxşı bilirsən ki, qışda bura Sibirdir, yayda isə qaynar qazan-cəhənnəmdir. Burada adama bal da əmizdirsən yaşamaq mümkün deyil. Arxayın ola bilərsən mən burada işləməyəcəyəm”.

 Bir neçə gündən sonra bir axşam baş zootexnik məni həmin yaşadığımız qəsəbədəki evinə dəvət edib  məsləhət gördü ki, heç yerə getmək fikrində olma, baş mühasibi vəzifəsindən azad edib səni baş mühasib vəzifəsinə təyin edəcəyik. Sumqayıtda da yaxın vaxtlarda yaşayış evlərinin tikintisinə başlayacağıq. Baş mühasib isə arxalı qız taparaq məni evləndirməyə çalışır, valideynlərimə məktub yazıb (həmin mətubu Anam mənə göstərmişdi) iş keyfiyyətimi, tərbiyəmi tərifləyirdi. Hamı mənim lehimə işləyirdi...

1969-cu ilin payızı idi. Hökumətin qərarı ilə kəndimizdəki kolxoz üzümçülük sovxozuna çevrilmişdi. Atambərk əl-ayağa düşmüşdü. Mən kəndə qayıtmalı, sovxozda baş mühasibin müavini vəzifəsində işləməli idim. Nəhayət Atam Sumqayıtdakı  qohumumuzun  vasitəsi və təhriki ilə məni Giləzidən sürükləyib kənddəki sovxoz  direktorun qəbuluna gətirdi. Direktor da bir qədər öyüd-nəsihət verib məni baş mühasibin müavini vəzifəsinə təyin etdi. O, qiyabi təhsil alıb sovxozda mühasib işləyənləri, özünün dediyi kimi “ildə institutda 40 gün ali təhsil alanları” saymır, məsxərəyə qoyurdu. Məni təəccübləndirən  hal o idi ki, kolxoz dövründə Atamla yola getməyən bu insan nə səbəbə mənə qarşı bu qədər mülayim münasibət göstərir, qayğıma qalır.

Aylıq məvacim bir yüz rubl idi. Bu məbləğdən 8.20 rubl gəlir vergisi, 6.00 rubl subaylıq vergisi tutulurdu. 5.00 rubl da xəzinədar zorakı yolla əlimdən alırdı ki, bankdan əmək haqqını alanda  haqq verib. Mənə qalırdı 80.80 rubl. Kecmiş iş yeimdə aldığım məvaciblə müqayisədə 80.80-68.96= 11.84 rubl çox idi. Göz dəyməsin.

Hər axşam naxırçı vasitəsilə örüşdən qayıdan qoyunlarımızı həyətimizə gətirmək üşün yol ayrıcına çıxırdım. Həmin axşamların birində kənddə ən yaxın adamımız olan Müharibə Veteranı, Atamın ən yaxın dostu, yeddiillik məktəbdə məni hesab dərsindən kamilləşdirən Yusif müəllim  yanına çağırdı. Maliyyə vəziyyətimlə maraqlanıb dedi ki, sən burada başqaları kimi kiminsə əməyini mənimsəməyi bacaracaqsanmı? Dedim ki, yox onu bacarmaram. Dedi ki, onda sən burada yaşaya bilməyəcəksən. O, Atamın xarakterini bildiyindən həqiqəti mənə anlatmağacalışırdı.

Mənə mühasibatlıqda heyvandarlıq üzrə məsariflərin uçotunun, məhsul cıxışı və əsas fondlar üzrə amortizasiyaların hesablanması tapşırılmışdı. Hər gün heyvandarlıq fermasından süd bir sürücü vasitəsilə bölgə mərkəzindəki südü yağa cevirən kombinata təhvil verilirdi. Sürücü südü fermadan təhvil alıb əvvəlcə maşını öz həyətə sürür, bir vedrə südü bidondan götürüb evinə aparır, yerinə də bir vedrə su doldururdu (Bu hadisəni təsadüf nəticəsində bilmişdim). Mənə isə baş mühasib  körpələr evinə süd verilməsini əks etdirən cədvəl tərtib etdirib körpələrə baxan bir qıza məcburi qaydada imzalatdırırdı. Hesabatlar və maliyyə sənədlərinin bir qismi əlimdə olduğundan hesablamalar aparıb aydınlaşdıra bildim ki, südü qəbul edən kombinatın qəbul üzrə yazdığı faktura ilə sovxoza köçürülən pul vəsaiti arasında fərqlər var. Rayon üzrə həmin hesablamalardan müıyyənləşdirə bildim ki, süd kombinatı sovxozlardan bir il ərzində sadə hesablamalar nəticəsində beş min rubl vəsait mənimsəyir. Bunu baş mühasibə xatırladanda məndən incidi.

 Heyvandarlıq üzrə yem məsarifinin uçotunu tərtib edərkən yem günü və yem vahidi üçün elə birikdirmə cədvəli tərtib edirdim ki, təftiş dönəmində baş mühasibə yersiz suallar verilməsin. Baş mühasib isə yazdıqlarımı çırıb atır, privmitiv qaydada öz bildiyi kimi tərtib edirdi. İşlərimi kiçik bir makinada aparırdım. Sonra baş mühasibə müraciət etdim ki, heç olmazsa iki ədəd feliks hesablama maşını aldırsın ki, vurma və bölmə əməliyyatlarında əziyyət çəkməyək. Qayıdıb mənə nə desə yaxşıdı? “Ə, felikslə işləməyi bacarırsanmı?”. Elə bil varımdan yox oldum. Bütün idarələr, təşkilatlar, müəssisələr hasablamalarda elektronikadan istifadə etdikləri halda sovxozda feliks-mexaniki üzulla işləyən sadə hesablama texnikasını belə tanımırdılar.

Bütün işimi buraxıb, “Sayqacları muzeylərə göndərək“ başlığı altında iqtisadi məqalə hazırlayaraq rayon mətbuatı olan “HƏQİQƏT” ə yola saldım. Bir necə gündən sonra yazdığım məqalə 03 fevral 1970-ci il tarixdə mətbuat vasitəsilə əhali arasında yayımlandı. Kənddə mərəkə qopdu. Kim mənə dəli dedi, kim isə haqq qazandırdı. İdarədə mühasibatlığın girəcəyində mənə ayrılan stulda əyləşib işləyirdim. Mühasibatlığa ucaboulu şəxsiyyətli bir kişi girib soruşdu: “Sarı kişinin oğlu kimdir?”. Cavab verdim ki, mənəm. Həmin şəxs “ Sarı kişinin çörəyi sənə halal olsun, mətbuata nə yazmısan, düz yazmısan”,- deyib cıxıb getdi. Məqalədə əsas söhbət mühasibat işinin rayon mərkəzində fəaliyyət göstərən Maşın Hesablama Stansiyasına verilməməsindən gedirdi. Məqsədim o idi ki, uçot tam mexanikləşsin, avtomatlaşsın, əl əməyindən az istifadə olunsun. Baş mühasib sanki lal idi, deyilənə heç bir reaksiya vermədi yox, verə bilmədi. Artıq haqq mən tərəfdə idi.

Sonra sovxozun direktoru məni otağına dəvət etdi. O, nə qədər hirsli insan olsa da mənimlə çox mülayim danışdı: “Bəlkə o yazını sənin dilinlə yazıblar, bəlkə sənə bir şey veriblər”,- deyə məni sorğu suala tutdu. Cavabım bu oldu: ”Əmi , məqaləni mən yazmışam, qaralaması özümdədir, lazım olarsa gətirə   bilərəm”. Danışığı direktor mehribancasına davam etdirdi: “ Bilirsən sənin bu yazın nə ilə qurtara bilər? Mühasib yoldaşlarını ixtisara sala bilərlər”. Mən bu sualların cavablarını əvvəldən hazırlamışdım. Cavabım belə oldu: ”Əmi, əgər mənim bu yazımdan bir nəfər ixtisara düşərsə həmin an ərizə yazıb vəzifəmdən getməsəm Atamdan xəbərim yoxdur”. Bununla da söhbət yekunlaşdı. Yenə də onun bu mehribanlığını başa düşə bilmədim.

Yazımla əlaqədar olaraq Atam bir kəlmə də olsun dillənmədi. Ayda 80 manatla dolanmaq mümkün deyildi. Çalışırdım ki, rayon mərkəzində yaşayış mənzili alım. Anam mən kəndəgələnə kimi 10 baş qoyun saxlaya bilmişdi. Ancaq arzum daşa dirənir, elə bil ki, kimsə mane olurdu. Dayımın yanında-Avtobazada işləmək istəyirdim, dayım yaxın durmurdu ki, sovxozda Atamın stulunda oturmalıyam. Anam məni evləndirmək üçün dayıma ağız açırdı, cavab alırdı ki, tövləni süpürüb gedib orada yaşasın. Atam meyvə ağaclarını çinar ağacı kimi darayırdı, sözlə müqavimət göstərirdim ki, meyvə ağacını altdan yuxarı daramaq olmaz, bizə çinar yox, satış ücün meyvə verən ağac lazımdır. Cavab alırdım ki, həyət mənimdir, özüm bilirəm neyləyirəm sənə nə dəxli var, get özünə həyat qur.  Axır Atama son sözümü deyəsi oldum: “ Bu həyət ki, səniniydi, bəs məni Giləzidən nə üçün uçurub buraya  gətirirdin?” Dolanışıq xatirinə artıq Atamla üz-üzə gəlirdim. Bu isə yolveriməz idi.

Xoşagəlməz bir vəziyyət yaranmışdı. Heç kəs düşünmək istəmirdi bu 7 nəfər övlad necə,  nəylə yaşamalıdır. Anam qalmışdı bu 7 övladın arasında.  İrəli çıxanı mənəm, mənə inandıqlarımdan köməklik etmədikləri bir yana qalsın, əksinə möhkəm zərbələr dəydirirdilər. Mən Atamın stulunda oturmalıyam. Nəyə görə? Lənətə gəlsin həmin stulu. Həyasızlıqla, sürtüklüklə, nəmənəliklə, fırıldaqla, saxta sənədlər tərtib etməklə, başqasının əməyini mənimsəməklə, vəzifədə məndən böyüklərə yarınmaqla dolanmaq istəmirdim. Az olsun, təmiz olsun, heç kəs mənim üzümə dayanmasın, dolana, yaşaya və yaşada bilim.

Kənddə bütün yollarım bağlanandan sonra 1971-ci ilin fevral ayında Bakıya, Giləzi quşçuluq fabrikində işləyib Binəqədi qəsəbəsində yaşayan tanışım Arifə teleqram göndərdim. Cavab gəldi ki, gəl iş var. Fevral ayında ərizə yazıb məzuniyyət götürərək Bakı şəhərinə gəldim. Arif məni gətirib Abşeron inqibator quşçuluq stansiyasının direktoru, kənd təsərrüfatı elmləri namizədi Tofiq Mikayıl oğlu Rəfibəyova təqdim etdi. 03.03.1971-ci il tarixdən aylıq məvacib 110 manatla yanaşı 7 kvm koridoru, 24 kvm sahəsi olan bir otaqla təmin etdi. Kənddəki sovxozun direktoruna 01.03.1971-ci il tarixdən vəzifəmdən azad olma


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam