Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Kosovo sübutları ortaya qoydu:Rusiya qarışdırır

Kosovo hakimiyyəti Rusiyanı diqqəti Ukraynadakı münaqişədən yayındırmaq üçün Belqrad və Priştina arasında qarşıdurmanı qızışdırmaqda ittiham edib.

Yenixeber.org: Bunu “Times” radiosunun efirində Kosovonun baş nazirinin müavini Besnik Bislimi deyib.

“Serb yarımhərbi birləşmələrindəki insanların Rusiya-Serbiya Humanitar Mərkəzi tərəfindən dəstəkləndiyinə dair qeydə alınmış sübutlar var. Düşünürəm ki, heç kim Rusiyanın varlığını və təsirini inkar etmir”, - B.Bislimi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Kreml bununla ictimaiyyətin diqqətini Ukrayna gündəmindən yayındırmağa çalışır.

Kosovo baş nazirinin müavini əlavə edib ki, Rusiya kosovalılarla toqquşmalara səbəb olmaq üçün əvvəllər barrikadalarda mövqe tutan serbləri təkcə yeməklə deyil, həm də spirtli içkilərlə təmin edir.

Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç Kosovoda vəziyyətin gərginləşməsi zamanı siyasi dəstəyə görə Rusiyaya təşəkkür edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam