Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Kosovo Serb nömrələri ilə ölkəyə giriş qadağasını təxirə salır

Kosovo Serb nömrələri ilə ölkəyə giriş qadağasını təxirə salır
Serbiya Kosova sərhədində gərginlik davam edir.
Yenixeber.org: Kosovo hakimiyyəti ABŞ-ın çağırışından sonra Serbiya avtomobil nömrələri və sənədləri ilə ölkəyə giriş qadağasını bir ay təxirə salıb. Avqustun 1-dən qüvvəyə minməli olan bu qərar bölgədə gərginliyə səbəb olub.
“Kosovo Respublikası hökuməti bu gün ölkənin şimalında yolların blokadaya alınmasını və yerli silahlı şəxslərin polisə atəş açmasını qəti şəkildə pisləyir... Baş nazir Albin Kurti, prezident Vyosa Osmani və baş nazirin müavini ilə birlikdə Amerika və Avropanın beynəlxalq nümayəndələri ilə görüşlər keçirdi. Kosovo hökuməti 1 avqust 2022-ci il bazar ertəsi gününə aid qərarını barrikadalar götürülənəcən və azad şəkildə hərəkət təmin olunacan 1 sentyabra qədər təxirə salmağı öhdəsinə götürüb”, - Kosovo Nazirlər Kabinetinin bəyanatında deyilir.

Qeyd edək ki, Serbiya prezidenti Aleksandar Vuçiç də yaranmış arzuolunmaz duruma reaksiya verib. O, Kosovoda gərginliyin azalacağını gözlədiyini və Belqradın buna nail olmaq üçün əlindən gələni edəcəyini deyib.

- Biz gərginliyi azaltmaq üçün çalışırıq, əlimizdən gələni və bacardığımız hər şeyi edirik. Bu, bizim üçün ən vacib şeydir. Nə qədər çətin olsa da, təslim olmayacağıq və Serbiya qalib gələcək, - Vuçiç deyib.

Vuçiç bazar ertəsi gecə saatlarında Baş Qərargahı ziyarət edib və burada Kosovoda vəziyyətin gərginləşməsi fonunda Serbiya ordusunun komandanlığı ilə danışıb.

Qeyd edək ki, dünən Kosovo və Metoxiyanın serb əhalisi barrikadalar qurmağa başlayıb. Serbiya vətəndaşları Kosovonun şimalında və Metoxiyada barrikadalar qurublar. Onlarla insan Priştina - Raska əsas yolunu bağlayıb. Küçələrdə olan Kosovo polisinin xüsusi dəstələri (ROSU polis xüsusi təyinatlıları) şəhər əhalisi toplanması başlayanda ətraf kəndlərə yola düşüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam