Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Torpaq, Vətən!

               

 

    "Xeberinfo.com": Bizim  azadlığımız  Şəhid  qanına  boyanmış...Rəngin  mübarək,  Azərbaycan  xalqı!

İmperiyadan  ayrılıb   azadlığa  çıxmaq  üçün  Azərbaycan  xalqı  Şəhidlər  xiyabanından  keçməlidi.

23  ildir  özümdən soruşuram:O iki  sevgilini  bu  dünüyadan  ayırmaq, axirətdə  qovuşdurmaq  üçün  Rusiyadan  tank,top  gətirmək  kimə  gərəkmiş?

    Vaxt  olub  ki, Azərbaycan  Şərqin  ən  qüdrətli  dövlətlərindən  biri  kimi  tanınıb.Bu  dövlətin  hökümdarları  dövlətçiliyini  qorumaq  üçün  qılınc  çalıb, yağıların  hücumlarına  sinə  gəriblər, ölkələr  tutublar. Məqsədləri  çapıb- talamaq,dağıtmaq  olmayıb, qurub- yaratmaq, tikmək  olub. Bu  gün  torpaq   itirib, dağıdılıb, viran  olunub. Düşməni  arxalı  namərdi.

Torpağı  düşməndən  geri  almaq  üçün  "lazım  gəlsə" ifadəsini  işlətmək  totpaqdan  imtina  etmək  deməkdir.

Qeyrətini  haqsızlığa, rəzalətə  sipər  etməlidir  qəhrəmanlıq, igidlik.

Ermənilərin  işğal  etdikləri  torpaqlardakı  tarixi  abidələrimizin  dağıdılması  yaddaşımızın  ağrılarının  göynərtisidir.

Yaddaşsızlığımızdan  bu  günə  kimi  çox  şeylər  itirmişik. Bundan  sonra  Vətənin adi  bir  çöpünü  də  itirsək  bizim  var  olmamız  sual  altındadır.

     Zaman- zaman  erməni  havadarlarının  təziyiqi  və  təhriki  ilə  torpaqlar  vermişik. Daha erməniyə  veriləsi  bir  şeyimiz  yoxdur. Amma  geri  alacağımız  çox  şeyimiz  var.

Kəndin  ən  yaşlı  qocası  haqqında  deyirlər: "Dünyanı  yorub  yola  salıb".

Mən  torpağın  övladıyam. Onun  qoynunda  ölmək  borcum  var.

Torpağın  oğlu  olduğunu  sübutu  onun  yolunda  ölməyim olardı.

Hər  şeydə  İlahilik  axtarmamın  səbəbi  dünüyanın  İlahi  yaranışıdır.

Dünüyanı  təkcə  görmürlər, həm   də  duyurlar. duyanda  yaşamağına  dəyər!

Hər  zaman  işığa  doğru  getmişik. İçimizdəki  yarasalar  işığın  qabağını  kəsiblər.

Eheyy, namərd  dünya! Niyə  mənim  ürəyimə  dağ  çəkdin, onun  ürəyində  gül  bitirdin?!

Bu  gün  Azərbaycanda  Ocaq  yükü  var. Niyə  çiynini  o  yükün  altına  vermirsən?

O, təmiz  ad, işıqlı  xatirələr  qoyub  getdi. Yeri  əbədiyyətdir.

Dünyanı  çiynində  saxlayan  köhnə  kişilər  azaldıqca  dünya  çökməyə  başlayır.

Dünyaya  körpə  gələndə  həyat  canlanır, isinir,yenidən  doğulur dünya da.

Cəmiyyət  dəyişdi. torpağın  çox  əsrlik  dərdi  təzələndi.

Kəndlinin  yaralı  yeri-  torpaqsızlıq.

Kəndimə  olan  həsrətimin  qoxusu  yovşan  ətrində, kəklikotu  çiçəyindədir.Onların da rəngi bombozdur.

Yurd  sevgisi, doğulduğum  yer  sevgisi  Vətən  sevgisinə  çevriləndə  bütövləşirirəm.

"Atamdan  mənə  heçnə  qalmadı"  demə. Ək məyə  torpağın  qalır. Bu  azdı?!

Ey  millət, niyə  yatırsan?!  Sənin  yatan, dincələn  vaxtın  deyil.

"Torpaqdan  pay  olmaz " deyirik. Bəs  ermənilərə  verilmiş  İrəvan, Göyçə,Zəngəzur... nə  paylarıdır?!

"Torpaqlarımızı   zorla  aldılar"  dedik. Bəs, onda niyə  zorla  alınmış  torpaqlarımızı zorla  geri  almırıq? Bəlkə  zora- zorla  cavab  vermək  bizlik  deyil?

Vətən  sizi  çağrır,  qulaqlarınızı  açın.O ölməmiş eşidin onu. 

Bundan  yaxşı  Ocaq  tapıb  isinəcəksinizsə, gedin  axtarın.

Ocaq  başına  yığılanlara : And  için  ki, başına  yığıldığınız  ocağı  heç vaxt  sönməyə  qoymaycaqsınız.

Zaman- zaman  hər  yoldan  ötənə  duz- çörək  verib  içində  torpaq  istəyi  yaratdıq.

Sünbülün  duruşundan  mən də  duruşumu  götürmüşəm.

Deyirəm  bəlkə  bilmədən  düşmənin  qabağına  silahla  yox, duz- çörəklə  çıxıb torpaqlarımızı  itirmişik?

Vətən  adında  qopqocaman  Anam  var  mənim.

Qəbir  evim  bərli- bəzəkli  gözləyir  məni.

İtirilməyəcək  Vətən, namus, qeyrət, ləyaqət! Sizdən nigəranam...

Dünyanın  dəyişməz  sərhədləri  dəyişir  bugün.

Sərvəti, varı  olan  dünyada  mənim  bircə  ləyaqətim  var.

Ev- eşik  qurmadım  ki, dünya  mənim  evimdi.

Ruhumuzu  yandıran  Araz  Qarabağla  birlikdə  bizdən  uzaqlaşdı.

Dünya  yetimliyimi  görüb  sıxdı  məni.

Gözünün  yaşıyla  içini  yandırma, qolunun  gücüylə  sil göz yaşını!

Baxışım  Arazı  keçib  Təbrizlə  qucaqlaşır.

Səsim   güllənənə-güllənənə, doğrana- doğrana  keçir Arazı.

Cavanlığım  səngərdə  yaralı  qaldı.

Sərhəd  dirəkləri  gündə  iki  dəfə  kölgələri  ilə sərhədi  po

Müharibə- gəlin  cehizini  qız  evində  qoyan  qorxu.

Adsız  şəhid  qardaşım, bir  adsız  daşdan  adını  soruşdum, hünərini nişan verdi.

Kəndim, şəhid  kimi  gəldim  görüşünə.

Vətəni  düşməndən  qoruyan  mən, qocalıqdan  qoruya  bilmədim.

Bu  gün  kənd  həsrətim  anasını  itirmiş  körpə  quzu  tək  mər- mər mələdi.

Zaman- zaman  ayağının  altındakı  torpaqdan  güc  alan  övladlar, məgər  indi  ayağınızın  altındakı  torpaq  deyilmi?!

Torpağı  müqəddəs  sayıb  ağlına  güvənsən  torpağın  heç  vaxt  düşmən  tapdağında  olmaz.

Dəli  könlüm  kəndimizdədir  dünəndən.

Sanki  dünya  saralıb. külək  saralmış  yarpaqları  tökür.

Unutduğum  dağları  sonra  xatırladım - görkəmi  itmişdi.

 Vətəndə  isindim,  Vətəndə  yandım.

Vətənim  məhəbbətim  boyda, məhəbbətim  Vətən  boydadır  mənim.

Qaradaşı  sındırdım, içindən  Vətən  çıxdı.

Müharibədə  şəhid  olan  atanın  övladının  saçı  ata  əlinin  sığalına  həsrət  qaldı.

Göyün  torpağa  hər  zaman  yağış  borcu  var.

Övladlarıma  atalıq, Vətənə  övladlıq, sevgilimə  yoldaşlıq, qonşuya  qonşuluq  borcum  var  hələ.Borca  görə  hamı  sağlığımı  istəyir. Mən  sağlıqlar  içində  yaşayıram.

Dünya, mənə  imkan  ver  bütövləşim. Onda  məni  yaxşı  tanıyarsan.

Vətən, harda  torpağın  qıtdır  de, orda  torpağına  qarışım.

Soydaşım, niyə  biz  ocaq- ocaq, tonqal- tonqal  səpələndik  dünyaya?!

"Cəngi" çaldın. Dedin  ki, bəlkə  oğullar  ayağa  qalxdı.

Üstünə  düşmən  gələndə  əyilmədi, sinmədi  qara  daşlar.

Torpağa  qanımızı  tökdük  ki, igidlər  göyərsin.

Vətənin  sərhədində  dayanıb  səhəri  diri gözlü  açdım.

Vətəni  darda  qoyub  qaçanda   ayağımızın  altındakı  torpaq  niyə  qaçmadı  görəsən?!

Uca  dağ  başında  yazı: "Başım  dumanlıdır. Başımdan  duman  əskik  olmur".

Dedilər  "Araz  topuğundandır". Topuğumdan  olan  Arazdan  bir  dəfə  Güneyə  keçə  bilmədim.

Dağa  çıxdım. Dağ  məni  mənə  qaytardı.

Dayanmışam  dağ  çayının  qırağında. O  mənim  dilimdə  mənə  nəğmə  oxuyur.

Dünyanı  məhvərindən  çıxaranlar, zərbəniz  yurdlara  dəyir.

Dağım, daşım  mənim  dilimdə  danışır.

Sözdə  Vətənim  olan, işdə  Vətənim  olmayan  torpaqlarım  hey!

Oğulları  torpağa  dönməsə , Vətən  Vətən  olmur.

Yağan  yağış  yaşıl- yaşıl  danışırdı  ağaclarla.

Torpağın  azadlığı  mənim  azadlığımdır.

Sinəm  göynəyir  əsir  yurd  üçün.

Bu  dağın  dumanına  qərib  ağlar.

İraq  torpağı  insan  cəsədlərindən  yenidən  yaranmaqda  torpaq.

Arxasız  qoyub  gəldiyim  dağlar, siz  bizə  arxa  çevrərdinizmi?

Dünyayla  barışmazlığım  qələmə  yoldaş  etdi  məni.

Kişi qıtlığı: Bu  kənddə  qadınlar  girər  tabutların  altına.

İşğalda  qoyduğumuz  torpaqlar  bizdən  soyuyub, bizə  qucaq  açmayacaq.

Üşüyürəm, torpaq  yorğanımı  üstümə  çəkin.

O, qərbdə, şərqdə  qərib  yox, Vətəndə  qərib  idi.

Yır-yığış  edib  ağrı  dünyasından  gəlirəm.

Aramızda  sərhəd  olan  çayın  adı  şair  Məmmədə  düşdü.

Öz  dərdim  başımdan  aşır  dünüyanın  dərdini  çəkəsi  deyiləm.

Dünya  məni  yaman  qorxudur. Deyəsən  dərdi  sağalmazdı.

İkiyə  bölünmüş  Vətəni  bütöv  yaşadıram  içimdə.

Gül- çiçək  açanda  bu  tayınınkı  o  taya, o  tayınkı  bu  taya  keçir.

Haqqa  daş  atıb, nahaqqın  başına  sığal  çəkən  dünya.

Azərbaycan  vətəndaşı, əbədiyyət  vətəndaşı  Məmməd  Araz.

Dünya  bildiyini  edir, gəl  biz  də  bildiyimizi  edək. Baş  götürüb  bu  dünyadan  gedək.             

Dünya  sirrini  vermədi . Mən  dünüyanın  nəyiyəm  ki?

"Segah"ım  Qarabağ  harayında  itdi.

Bulaq  suyu: "Mən  daşdan  süzülüb, daşdan  çıxıb  gəlirəm".

Yaddaşımızın  sınmış  bel  sutunu  Xüdafərin.

Qarabağsızlığımız  dözümlüləşdi, tablaşdı.

İtən  canım  Qarabağım.

Qıydan  düşən  "Heyratı"m.

Atəşkəs  yuxu  gətirdi  ürəyimizin  təpərinə, qolumuzun  gücünə.

Altında  zəfəri  yatan  torpağın, üstündə  unutqanlığı  gəzir.

Dünüyanın  əbədiyyət  qoxusu  yavaş- yavaş  çəkilir.

Ney  səsində  səpələndim  Azərbaycana.

Qoruna  bilməyib  doğmalarına  yadlaşan  torpaq.

Torpaq  acılar,  içində  insan  gizləyib  örtülər.

Belə  gəlib, belə   gedən  dünyanın  içində  biz  də  onun  kimi  belə  gəlib, belə  gedirik.

Dünya  dəyirman,  üyütdüyü -  insan.

Dünya  bildiyini  eləməmiş  dur, biz  də  bir  tərəfə  gedək.

Vətən, daşınam  dim- dik  keşiyində  dayanmışam.

Bu  dünyada  rahat  evim  olmadı, barı  o  dünyada  olsun   ki,rahatlanım.

Ömür  dünyamın  sonuyla  üz- üzəyəm. Sakit  baxışla  bir- birimizə  baxıb  sağollaşıb, halallaşırıq.

Qayasında  Vətənim yazılan  torpaq.

Odlu, yazılı, qüruru   bərəkətli  torpağım.

Dünya, mən  səndə  əbədiliyimi  qoyub  gedirəm.

Məzarı  qürbətdə, heykəli Vətəndə  olan  şair. xoş  gördük.

Baxışlarımızda  savaş  qorxusu  yaşar.

Hər  güllə  səsi, top  səsi  müharibə  iştirakcısının  ömürünə  atılar.

İndi  canının  hayında  olan  adamlar  yox, ölkələr  var.

Çalınan  zəfər  əsgərin  ucalığıdır.

Burda  şeirimə  misra, qafiyə  seçdim  hər  gülü, hər  çiçəyi.

Üzü  kəndimə  tərəf  basdırın  məni. Hərdən  itirilmiş  kəndimə  baxım.

Əsirlikdə  qalan  ağaçların  baharı, yazı  olmaz. Elə  payız  ömürlərini  yaşayarlar.

Hər  şey  üçün  lazım  gəlsə  demək  olar. İtirilmiş  torpaqları  geri  qaytarmaqdan  başqa.

O, ölüm  ayağında  idi. Amma  ölmürdü. Doğulduğu  torpaq  düşmən  tapdağndaydı.

Kəndin  girəcəyindəki  qəbristanlıqdakı  baş  daşları  gecə- gündüz  ayaq  üstündə kəndi   qoruyurlar.

Qərbin  mənə  verdiyi  azadlıq  özümün  qanım  bahasına  əldə  etdiyim  azadlıqdan  heç  vaxt  şirin  ola  bilməz.

Həmişə  torpaqlarımızı  işğal  ediblər. Biz  də  işğal  olunmuş  torpaqlarımızı  işğal  yolu  ilə  geri  qaytarsaq  dünya     dağılmaz  ki?!

İyirmi  il  bundan  qabaq  dünya  bizi  eşitmirdi. Onda  bizim  körpəlik  dövrümüz  idi.

İsa  Muğanna  "İdeal" romanı  ilə  Azərbaycanı  köklü- köməçli  özünə  qaytarıb dedi: " Sən  böyük  və fərqli  millətsən".

Tarixi  unutmayın, müharibələrdə  qələbələr  sərkərdə  və  əskərlərin  çoxluğu  ilə  yox, ağlın  gücüylə  qazanılır.

Ana  torpaq, sən  çox  zənginsən. Amma  zənginliyindən  hamı  eyni  dərəcədə   istifadə  edə  bilmir.

Dedim, səndən  torpaq  ətiri  gəlr. Dedin,  mən  torpaq  oğluyam, torpaqdan  doğulmuşam.

Torpağı  böyük  edən  onun  övladlarıdı.

Atım  kişnədi, qurdum  uladı. Ulu  yurdum, gözün  aydın!

20  ilinin  20  qışında  bir  dəfə  qış  yuxusuna  getmədi  işğalda  olan  torpağım,gözü  yolda, qulağı  səsdə  oldu.

Mənim  tarixim  varsa,  keçmişim, fəlsəfəm  varsa,  gələcəyim var.

Uyuyub  yata  bilmir  bu  torpaq. Yarası  göynəyir.

Qanım  torpağa  qarışsın, canım  torpaqda  çürüsün.

Ruhum  göyün  oldu, cismim  torpağın.

Yurd  yerinin  dərdini  içimin  dərdi  kimi  içimdə  çəkirəm.

Yaxşı  barım  vardı - Vətən  dərdi.

İçimdəki  torpaq  naləsi  çürütdü, üzdü  məni.

Ocaq  yerində  qalan  külümü  yenidən  od  eləyəcəm.

23 ildir  20 yanvardan  qan  qoxusu  gəlir.

O  taydan  həsrətini  mənə  göndərən  qız.

Bağışla  məni,  ana  torpaq, sənin  yolunda  ölə  bilmədim.

Ruhum  gecələr  itirdiyimiz  torpaqlarda  dolaşır.

Küskünləşmədim,  mübariz  oldum.

Yer  üzünə  insan  kimi  gəlmişəmsə, insan kimi də  yaşamalıyam.

Hər  yöndəmsiz  daşa  vətəndaş  deyib,  Vətəni  ucuzlaşdırmayın.

Vətən  daşı  təkcə  divara  hörülmək, küçəyə  döşənmək  üçün  deyil. O, həmdə cilalanıb  qorunmaq  üçündür.

Azərbaycan  vətəndaşı  olub  Vətəndə  vətənsiz  yaşamaq  ölümdən  betərdi.

Vətəndaşı  olmaq  vətənin  var-dövlətinə  sahib  olmaq  yox, onun  qara  daşına  sahib  çıxmaqdır.

Vətən  haqqında  deyilmiş  yanlış  bir  söz  belə  Vətənə  xəyanətdir.

Vətəni  müqəddəs  bilməyib,  Vətəndə  yaşamaq  ona  hörmətsizlikdi.

Vətəndən  qıraqda  Vətən  yoxdur.

Torpaqdan  mehirban  bir  də  torpaqdır.  na mərdi  də, qoynuna  alır.

Ulu  Vətən  dedik. Amma  ululuğundan  yetərincə  yazmadıq.

Vətən  məni  tanıtmamalıdır, mən  Vətəni  tanıtmalıyam.

Xəzərin  dəli  dalğaları  zərblə  özünü  sahilə  şırpırdı. Məqsədi  insanlara  gizli xəzinəsindən  söhbət  açmaq  idi.

20  ildir  Azərbaycan  xalqının  başı  üzərində  gözü  yaşlı  buludlar  dolanır. Ayaqları  altından  torpaqlar  qaçır.

Torpaq  sənin, mənim  olduğuna  görə  belə  şirindi-yiyəli olduğuna görə.

Torpaq   üzünə  qayıdırsa , sən  yaxşı  əkinçi  deyilsən.

Torpağa  verdiyindən  çox  götürmək  istəyirsən. Səndə  torpaq  sevgisi  yox, ondan  daha  çox  faydalanmaq  sevgisi  var.

Torpağa  əyilsən  heç  kimsəyə  əyilmzsən.

Vətən  müqəddəsdir,müqəddəslik  azadlıqdan, qardaşlıqdan, sevgidən  yaranır. Bunlarsız  müqəddəslik  yoxdur,bunlarsız Vətən də yoxdur.

Vətən  ömürümüzün  sonunda  qoynunda  yatacağımız  əbədi  Anamız.

Vətənin Vətəndən  qıraqda  qalan  yerləri- Təbriz, Ərdəbil, Borçalı, İrəvan, Göyçə...

Yurd  yeri - güvənc  yerim.

Bu  gecə  əsirlikdə  qalan  evimizdə  yaşadım. Məni  bağışla  desəm  bağışlayarmı  görəsən?

Dünyayla  ədavətim  yox, amma  o mənə  qara  gün  verdi.

Bu  yuvaya  yovuşmadım, buzladım.

Torpaq  uğurunda  ölməkdən  qorxdum, torpaq  ayağımın  altından  qaçdı.

And  içirəm,  ayaqyalın, başaçıq getdiyim  tozlu  Vətən  yollarına!

Torpağın  altında  kürək-kürəyə  yatanları  xatırla.

Şeirimizin  bəndi  köçkün. qafiyəsi  qaçqın.

Yağan  yağış  torpağa  hopur  sevgisiylə.

Dünyanın  sabahından  bu  günü  narahat.

Vətənə  ana  dedik. Anamız  yaralı, yarasını  sarıyanımız  yox.

Torpağın  qiymətini  son  nəfəsində  "torpaq" deyəndən  soruş.

Hər  zaman  yükümüzü  çəkən  torpağın  bir  dəfə  yükünü  çəkə  bilmədik.

İzimizi  saxlayan  yerin  izini  saxlaya  bilmədik.

Qəbrimin  üstünə  çox  torpaq  atmayın,  qulağımın  eşidəcəyi  çox  sözlər  var  hələ.

Vətən  ağbirçək  bir  qadın  kimi  gəldi  mənə. Anam  bilib  bağrıma  basdım.

Milliyimizin  azlığından  Qarabağı  ala  bilmirik.

Arzularım  məndən  qabaq  kəndə  getdi, mən  də  onun  dalınca.

Vətəm  mənə, mən  Vətənə  qarışdım.

Özgə  torpağından  Vətən  olmaz.

Bu  gün  uşaq  kimi  gövrəkdir  Vətən.

Vətəndaşı  perik  düşüb  daşı  Vətən-  olan  Torpağın.

Bu  yurdda  torpaqsızlığa  boyun  əyən  oğul  doğulmayıb  hələ.

Dünyaya  yaşamağa  gəldim, onu  seyr  etməyə  yox.

Daşı  da  gül  bitirən  Vətənim, harda   unutdu səni?!

Bu  dünyanın  dar  yoluna  sığışmadım  mən.

Etibar  elədiyim  dünya  yaman  etibarsız  çıxdı.

Dünyanın  evində  olduğuma  görə  ona  heç  nə  deyə  bilmirəm.

Tənha  ağacın  yaxasından  tutan  külək  onu  sağa,  sola  əyir, amma  kökü  torpaqdadır  deyə  yıxa  bilmir.

Ahdan, qarğışdan  qorxmayan  dünya  yaşamaəına  davam  edir.

Yurd  yerinə  tərəf  yüyürürəm. külək  arxamca  çata  bilmir.          

Dünyadan  bezdim, torpağa qarışdım.

Dünyaya  gəldim  heç özüm  belə  olmadım.

O, torpağın  altında  yatır, ruhu  narahat- narahat  torpağın  üstündə  gəzir.

Döyüş  atlarından  düşüb  qarğı  "atlar"a  mindik  və  torpaqları  itirdik.

Zaman- zaman  ləkələrimizi, iftira, böhtanlarımızı  qanla  yuduq. İndi  niyə  torpaqlarımızı  qanla  ala  bilmirik?

Qarbağ  savaşında  nə  başımızı  işlədirik, nə  də  əlimizi.

Mey  içməyə  səbəb  tapanlar, torpağı  qaytarmağa  səbəb  tapa  bilmirlər.

İçməyi  hünər  bilənlərin  Qarabağı  almağa  hünərləri  yoxdur.

Mey  qədiri  bilənlər  Vətən  qədiri  bilməzlər.

Bizdən  sonra  gələnlər  də  ana  deyəcəklər  Vətənə?

Alın  Qarabağı, torpaq  altda  yatanlar  sevinsin  barı.

Yerə, göyə     iddialı  olanlar  sonda  torpağın  olublar.

Dünyanın  dizi  üstünə  baş  qoydum. can  dedi. Amma  sonra  etlbarsız  çıxdı.

İşğalda  olan  torpağım- ölən  torpağım.

Bizi  doğan  yurda  biz  övlad  ola  bilmədik

Vətənin  dərdini  bilməyən, ailəsinin də  dərdini  bilməz.

Ümidi  yüklədiniz  belimə,  "daşı"  dediniz. Bir  ömür də  ümid  adlı  yük  daşıyarlar?!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam