Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

ASCO Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq edib

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASC) küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.

Yenixeber.org: Bunu ASCO-nun mətbuat katibi Mehman Mehdiyev deyib.

Xəbərdarlıqda qeyd olunub ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün. Bildirilib ki, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.

"Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırmalıdırlar", -deyə M. Mehdiyev əlavə edib.

Qeyd edək ki, dekabrın 19-dan gecə saatlarından dekabrın 21-ə dək Xəzər Dəniz Akvatoriyasında şimal-qərb-şimal küləyinin 18-23 m\s, arabir 25-30 m\s acıq dənizdə 33 m\s qədər güclənəcəyi proqnoz edilir. Dalğanın hündürlüyünün 2-4 metr, Xəzərin orta hissəsində 4-6 metr olacagı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam