Kiyev İran PUA-ları ilə vuruldu
Rusiya ordusu bu gün səhər saatlarında Ukraynaya pilotsuz uçuş aparatları ilə hücum edib.
Yenixeber.org: Ukrayna mediası xəbər verir ki, paytaxtda güclü partlayış səsləri eşidilib.
Kiyev şəhər hərbi administrasiyasından bildirilib ki, səhər saatlarında paytaxta İran istehsalı olan 9 ədəd “Şahed” dronları ilə hücum olub.
Məlumata görə, bütün PUA-lar vurulub.