Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

İranda aksiyalar davam edir:rejim qüvvələrinin qaçırdığı 22 yaşlı tələbənin meyiti tapılıb

 

İranın Dehqolan, Diziçe, Zahedan, Tehran, Məşhəd və bir sıra şəhərlərində etiraz aksiyaları davam edir.

Yenixeber.org: “Əhvaz” mediasının yazdığına görə, Xuzistan əyalətində 9 gün öncə rejim qüvvələrinin qaçırdığı 22 yaşlı tələbə Dünya Fərhadinin meyiti Karun çayının kənarında tapılıb.

Etirazlarda “Diktatora ölüm!”, “Xameneyiyə ölüm!”, “Xameneyi qatildir, hökuməti batildir (etibarsız)!”, “Uşaq qatili hökumətə ölüm!”, “Qatil Xameneyiyə ölüm!” və digər şüarlar səsləndirilib. İranda əmanətçilər rejimə etiraz olaraq öz pullarını banklardan çıxarır. Amma hökumət bankları nağdlaşdırma əməliyyatlarına limit tətbiq edib. Tehranda gecə-gündüz divarlara “Xameneyiyə ölüm!”, “Qələbə bizimlədir!” kimi şüarlar səsləndirilir.

Moniriye bölgəsinin sakinləri gecə rejimə qarşı “Diktatora ölüm”, “Xameneyiyə ölüm”, “Xameneyi qatildir” kimi şüarlar səsləndirib. Narmək bölgəsində etirazçılar mollanın evini yandırıb. Tehranın Xacə Nəsir Universitetinin tələbələri həbsdə olan tələbələr azad olunana qədər tətil keçirəcəyini bildiriblər.

Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində İran rejiminin təhlükəsizlik qüvvələri qadın fəal Vahidə Xanpuru Təbrizdə atasının evində həbs ediblər.

Xorasan-Rəzavi əyalətində Məşhəd Azad Universitetinin tələbəsi professorla siyasi müzakirədən sonra sinfi tərk edib və hökumət qüvvələrinin hücumundan sonra o, elan lövhəsinin şüşəsini sındıraraq intihar edib.

İsfahan əyalətinin Diziçe bölgəsində etirazçılar “İrancell” və “Raytel” mobil operatorlarının baza stansiyalarını yandırıblar.

Kürdüstan əyalətinin Dehqolan şəhərində aksiyalar zamanı hakimiyyət əleyhinə şüarlar səsləndirilıb.

Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində etirazçılar “Xameneyi həya et, ölkəmizdən əl çək” şüarı səsləndiriblər.

Qadınlar rejimin etirazçıları edam etməsinə qarşı etiraz məqsədilə aksiya keçiriblər. Aksiya iştirakçıları əllərini qan rənginə boyayaraq şüarlar səsləndiriblər: “Zalım hökumətə ölüm olsun! Bəsici və SEPAH, bizim İŞİDimiz sizsiniz!”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam