Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ərdoğan:"Boreli həmsöhbət kimi qəbul etmirəm"

Ərdoğan:  "Boreli həmsöhbət kimi qəbul etmirəm"   
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel Türkiyənin Rusiya ilə qarşılıqlı əlaqəsini tənzimləyə və buna təsir edə bilməz.
Yenixeber.org: Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Onun bu məsələlərlə bağlı qərar qəbul etmək üçün nə ixtisası, nə də bacarığı var. Boreli həmsöhbət kimi qəbul etmirəm", -- Türkiyə lideri bildirib.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borelin Avropa Parlamentinə məktubunda qeyd olunub ki, Aİ Türkiyəni Rusiya ilə ticarət siyasətini dəyişməyə və Qərbin Rusiya əleyhinə sanksiyalarına qoşulmağa çağırır.

Türkiyənin Avropa İttifaqına üzvlüyə namizəd ölkə olduğunu xatırladan Jozef Borelə qeyd edib ki, bütün üzv ölkələrin Aİ-nin qərarlarını dəstəkləməsini gözləyirlər: “Avropa İttifaqı Rusiyanın Ukraynaya hücumu və Qərbin sanksiyaları fonunda Ankaranın Rusiya ilə sıx tərəfdaşlıq əlaqələrini dəstəkləməsindən narahatdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam