Yenixeber.org: Millət vəkili Sahib Alıyev sosial şəbəkələrdə paylaşdığı statusda belə yazıb. Xankəndindəki ağır xəstələrə gəldikdə isə, deputat Səhiyyə Naziliyimizə və “TƏBİB”ə onların tezliklə Bakıya gətirilərək ən yaxşı xəstəxanalarımızda müalicə edilmələrinə hazır olduğumuz barədə açıqlama yaymalarını təklif edib. Onun sözlərinə görə, bu Azərbaycanın Qarabağ bölgəsində yaşayan dinc ermənilərə bir çox incə mətləbləri anlamağa kömək edəcək.
“Qoy Qarabağdakı dinc haylar görsünlər ki, Azərbaycanda onlara düşmən gözü ilə baxılmır. Amma bu ölkədə qalıb yaşamaq istəyirlərsə, digər vətəndaşlarımız necə, onlar da elə qanunlarımıza uyğun hərəkət etməlidirlər, əks təqdirdə Ermənistana üz tutmaqdan başqa yolları yoxdur. Ermənistanda onlara necə yanaşıldığı isə kimsəyə sirr deyil və o, da sirr deyil ki, Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingenti onların Ermənistana köçüb getməmələri üçün əlindən nə gəlir edəcək”, - deputat bildirib
Millət vəkili bu yanaşmanın ermənilərə canıyananlıqdan yox, Qarabağda qalmaq üçün Rusiyanın müvəqqəti hərbi kontingentinə lazım olduğundan irəli gəldiyini vurğulayıb. Yəni volkovları haylar yox, nə qədər uzun müddətdə mümkündürsə, bir o qədər Qarabağda qalmaq maraqlandırır. Vardanyan da Xankəndinə məhz bu məqsədlə göndərilib. Çünki rus şovinistləri olan Vardanyan da, digər erməni qulbeçələri də məhz Kremlin cızdığı çərçivədən kənara çıxa bilməzlər.
- Vardanyan Simonyan, Bağdasaryan, Moskvanın maraqlarına cavab verməyən davranış sərgiləyəndə öz xalqını “uzunqulaq” adlandıran Miqranyan və Rusiya televiziyalarında hər gün Ukraynaya od püskürən digərləri kimi əsl rus şovinistləridirlər. Onların hay təəssübkeşliyi Kremlin cızdığı çərçivədən kənara çıxa bilməz və çıxmır. Yəni dələduz Vardanyan Qarabağa oradakı soydaşlarına canı yandığı üçün gəlməyib, Rusiyanın regionda marağını təmin etmək üçün oradadır”, - Sahib Alıyev qeyd edib.
Deputat Xankəndindəki xəstələrlə bağlı Səhiyyə Nazirliyinə çağırış etdi
Xankəndində başında de-fakto Volkov-Vardanyan cütlüyünün durduğu separatçı rejim orada xəstəxanalarda ağır vəziyyətdə olanların Laçın yolunun bağlanması səbəbindən İrəvana aparıla bilməmələri ilə bağlı səs-küy qaldıraraq bunu soyqırımı kimi təqdim edirlər. Əlbəttə cəfəngiyatdır. Soydaşlarının timsalında Vardanyan, 366-cı alayın başında duranlarla eyni məqsədi güdən general Volkov əsl soyqırımın nə olduğunu Xocalıdan və bizə qarşı törədilən digər hərbi cinayətlərdən yaxşı bilirlər.