Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

ABŞ Dövlət Departamenti:"Ermənistanla Azərbaycana gərginliyin azaldılmasına çağırış edirik"

 

“Biz ardıcıl olaraq Ermənistanla Azərbaycan arasında uzunmüddətli, əhatəli nizamlanma yolunun tapılmasının vacibliyini vurğulayaraq gərginliyin azaldılmasına çağırış edirik”.

Yenixeber.org: Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün rəsmi Vaşinqtonun atdığı addımlarla bağlı sualı cavablandırarkən bildirib.

O, bu məqsədlə ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyanın görüşünü təşkil etdiklərinin xatırladıb: “Biz bunu Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində etdik”.

N.Prays söyləyib ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri həm rəsmi Vaşinqtonun, həm də hər iki tərəfin gərginliyi azaltmaq üçün əllərindən gələn hər şeyi etdiyinə əmin olmaq məqsədilə iki ölkənin rəsmiləri ilə fəal şəkildə əlaqə saxlayır: “Biz əlimizdən gələni edirik, ən əsası isə bu iki ölkə gərginliyin azaldılması üçün mümkün olan hər şeyi edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam