Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

İTV kabel telekanallarında Dünya Çempionatının yayımının dayandırılmasına aydınlıq gətirib

İTV kabel telekanallarında Dünya Çempionatının yayımının dayandırılmasına aydınlıq gətirib

“Bəzi sosial şəbəkələrdə Qətərdə Futbol üzrə Dünya Çempionatının oyunları keçirilən zaman Azərbaycanda kabel telekanallarının çempionatla bağlı yayımının dayandırıldığı bildirilir və qeyd olunur ki, oyunlar başlayan zaman həmin telekanallar əvəzinə, İctimai TV yayımlanmağa başlayır”.

Yenixeber.org: Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin açıqlamasında qeyd olunub.

Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Avropa Yayım Birliyi (EBU) ilə imzaladığı müqaviləyə görə, bu il 20 noyabr tarixindən Qətərdə başlayan Futbol üzrə Dünya Çempionatının (2022 FIFA World Cup) bütün oyunlarının Azərbaycan ərazisində müstəsna yayım hüququ yalnız İctimai TV və İctimai Radioya məxsusdur: “Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Audiovizual Şurası, bütün yerli telekanallar, Kabel televiziyaları və IPTV-lər rəsmən məlumatlandırılıb. Futbol üzrə Dünya Çempionatının oyunları keçirilən zaman TRT və Matç TV-nin Azərbaycanda yayımının dayandırılması çox güman ki, həmin telekanalların bu oyunları ölkəmizdə yayım hüququnun olmaması ilə bağlıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam