Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

DİN:"Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"

 

"Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaya cəhd olarsa qarşısı alınacaq".

Yenixeber.org: Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov deyib.

"Əgər məqsədəmüvafiq hesab olunmursa, deməli aksiyanın keçirilməsinə razılıq verilməyib", - o vurğulayıb.

Bir neçə il əvvəl belə aksiyanın keçirilməsinə icazə verildiyi halda, indi icazə verilməməsinə gəlincə, DİN rəsmisi söyləyib: "Bəli, o vaxt icazə verildi, lakin aksiyanın təşkilatçıları öz üzərilərinə düşən şərtlərə əməl etmədilər. Onlar qəsdən ictimai asayişin pozulmasına, insanların, nəqliyyatın hərəkətinə mane olmağa cəhd etdilər və qarşısı da alındı. Bunu nəzərə alaraq bu dəfə həmin ərazidə aksiya keçirilməsinə razılıq verilmədi".

Z.Hüseynovun sözlərinə görə, hətta qanunsuz aksiya zamanı iştirakçılar polisin tələbinə tabe olursa, ona qarşı hər hansı bir müqavimətə cəhd göstərmirsə belə olan halda polis inzibati cəza tətbiq etmir, yalnız iştirakçılar ərazidən kənarlaşdırılırlar: "Əgər aksiya zamanı iştirakçılardan hansısa polisin tələbinə tabe olmayıb ona qarşı müqavimətə cəhd göstərərsə belə şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir.

Yeri gəlmişkən, əgər noyabrın 11-də həmin şəxslər razılaşdırılmamış aksiyanın keçirilməsinə cəhd edərlərsə, qarşısı alınacaq və bu zaman baş verə biləcək hər hansı qanunazidd əməlin məsuliyyəti də təşkilatçıların üzərinə düşəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam