Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

İsveçin Baş naziri Ərdoğana zəmanət verdi:Terrorçuları verəcək

İsveçin Baş naziri Ərdoğana zəmanət verdi:    Terrorçuları verəcək
İsveçin yeni Baş naziri Ulf Kristersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
Yenixeber.org: Məktubda İsveçin NATO-ya üzv olmaq üçün atdığı addımlar, o cümlədən Stokholmun terrorda şübhəli bilinən şəxslərin ekstradisiyası ilə bağlı Ankaranın müraciətlərinə dərhal baxacağına zəmanət verəcəyi yer alıb. Qeyd olunub ki, üçtərəfli sazişin bütün əsas elementləri üzrə konkret tədbirlər görülüb. Məktubda deyilir ki, İsveç terrorda şübhəli bilinən şəxslərin ekstradisiya tələblərini dərhal və hərtərəfli həll etməyi öhdəsinə götürür. Baş nazir əlavə edib ki, İsveç təhlükəsizlik xidmətləri PKK terror qruplaşmasına qarşı fəaliyyətini gücləndirib.

Xatırladaq ki, bu il iyunun 28-də NATO-nun Madriddə keçirilən Zirvə toplantısında Türkiyə, Finlandiya və İsveç arasında Üçtərəfli Memorandum imzalanıb. Memorandum çərçivəsində yaradılmış Daimi Birgə Mexanizmin ilk iclası avqustun 26-da Finlandiyanın Vantaa şəhərində keçirilib. Oktyabrın 5-6-da isə Ankarada Türkiyə Ədliyyə Nazirliyinin rəsmiləri İsveçdən olan həmkarları ilə görüşüblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam