Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Rayonlardan Bakıya sərnişin daşıyan taksilərdə qiymət artıb

Sabah Azərbaycanda yeni tədris ili başlayır. Bu səbəbdən də paytaxtda təhsil alan tələbələr və şagirdlər regionlardan paytaxta qayıdırlar. Paytaxta taksi ilə qayıdan bəzi vətəndaşlar gedişhaqqının qalxmasından gileylənirlər.

Yenixeber.org: Məsələ ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, taksilərdə qiymətlərə nəzarət olunmur.

"Taksilərdə qiymətlərin süni şəkildə qaldırılması ilk dəfə deyil. Belə ki, hazırda rayonlardan paytaxta qayıdanların sayında artım var. Bu da tezliklə yeni tədris ilinin başlayacağı ilə bağlıdır. Bundan istifadə edən bəzi taksi sürücüləri qiymətləri qaldırırlar. Onlara heç bir qurum nəzarət etmir", - o deyib.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına əsasən də taksilərdə vahid tarif tətbiq olunmur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam