Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Gənclik” metrostansiyası "Qarabağ"ın oyununa görə gücləndirilmiş iş rejiminə keçəcək

 

Sabah UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” Futbol Klubunun beynəlxalq oyunu ilə əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək.

Yenixeber.org: Bu barədə "Bakı Metropoliteni" QSC-dən xəbər verilir.

Məlumata görə, sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə metropolitenin Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən kütləvi tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq, stansiyaya növbətçilik cədvəli üzrə əlavə işçi qüvvəsi ayrılacaq.

Saat 20:45-də başlanacaq oyuna yollanacaq azarkeşlərin rahat və təhlükəsiz hərəkətini tənzimləməklə yanaşı, “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərə alınacaq.

Ümumən isə qatarlar bu gündən tətbiq edilmiş yeni payız-yaz qrafikinə uyğun hərəkət edəcək. Azarkeş marağı nəzərə alınaraq, görüş başa çatdıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması təmin ediləcək. Ehtiyac yaranarsa, xəttə ehtiyat qatarlar buraxılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam