Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

IWS:Azərbaycanda “Facebook”un nüfuz dərəcəsi artıb

 

“Facebook”un Azərbaycan üzrə istifadəçilərin əhaliyə nisbətdə nüfuzetmə səviyyəsi 51,1% təşkil edib.

Yenixeber.org:  Bu barədə “Internet World Stats”ın (IWS) 2022-ci ilin avqustun 31-nə olan hesabatında bildirilir.

IWS-in məlumatına görə, bu ilin əvvəlindən qeyd olunan göstərici 0,3 faiz bəndi artıb.

10,288 milyondan çox əhalisi olan ölkədə, bu sosial şəbəkənin istifadəçilərinin sayı 5 256,8 min təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 0,5% çoxdur.
Hesabatda Azərbaycanda internet istifadəçilərin sayının 8 745,3 min nəfər olduğu qeyd olunur ki, bu da qlobal şəbəkənin ölkə üzrə nüfuz dərəcəsinin 85% təşkil etdiyi deməkdir.

“Facebook” sosial şəbəkəsinin Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə istifadəçi sayı belədir: Gürcüstan (3 628,5 min.), Ermənistan (2 196,6 min.), Qazaxıstan (13 954,6 min.), Qırğızıstan (3 590,9 min.), Tacikistan (1,587,3 min), Türkmənistan (321,8 min) və Özbəkistan (7 003,4 min).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam