Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Yeni pandemiya təhlükəsi:"Təbii müdafiəmiz yoxdur"

Yeni pandemiya təhlükəsi:    "Təbii müdafiəmiz yoxdur"  
Şotlandiya və şərq sahillərində adalarda ölü quşların olması səbəbi ilə Cornwall Wildlife Trust təşkilatı xalqa “Quş qripi” pandemiyasının yaranabiləcəyi barədə xəbərdarlıq edib. Təşkilat ölü su quşlarından uzaq durmağa, eləcə də insanları heç bir halda heyvanlara toxunmamağa çağırıb.
Yenixeber.org:  Nottingem Universitetinin yoluxucu xəstəliklərin epidemiologiyası üzrə fəxri professoru Kit Nil bildirib ki, mövsümü quş qripi çox yayılsa və onlar qarşılıqlı əlaqədə olarlarsa, bu böyük bir genetik dəyişikliyə səbəb ola bilər. Lakin ən əsas təhlükə quş qripidir, çünki ona qarşı təbii qoruma yoxdur.

Qeyd edək ki, quş qripi “qrip ailəsi” nə aid olan bir virusdan meydana gəlir. 2021-ci ilin sentyabr ayından günümüzədək dünyada 22 milyondan çox quşda virus aşkar edilib.

Virusa yoluxmuş quşlar tüpürcək və nəcis yolu ilə bu virusu ətrafa yayırlar. Xəstə və yaxud da ölü olan qəfəs heyvanları ilə yaxından təmas da insanların quş qripinə yoluxmasına gətirib çıxardır.

Qeyd edək ki, xəstəlik çirkli əllər vasitəsi ilə insanın gözlərindən, burnundan, ağzından və yaxud da havadakı virusların tənəffüs yolu ilə insan vücuduna daxil olması ilə meydana gələ bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam