Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Uşaqları və özümüzü “donuz qripi”ndən necə qoruyaq? -Statistika və mütəxəssislər nə deyir...

 

Məlum olduğu kim,i qonşu Gürcüstanda bir neçə gün ərzində H1N1 virusu, “donuz qripi”ndən ölənlərin sayı artıq 8 nəfərə çatıb. Rəsmi məlumatlara görə, hazırda uşaqlar da daxil olmaqla, 130 nəfər adı çəkilən qrip virusundan xəstəxanada müalicə alır və onların da əksəriyyətində “donuz qripi” virusu aşkarlanıb. Gürcüstan rəsmiləri ölkədə qripə yoluxma hallarının çoxaldığını etiraf etsə də, ölkədə epidemiya üçün heç bir əsasın olmadığını qeyd edib.

Yenixeber.org: Təəbii ki, Azərbaycanla sərhəd olan Gürcüstanda öldürücü virusun yayılması ölkəmizdə də narahatlıqla qarşılanıb. Bu səbəbdən Səhiyyə Nazirliyi də mətbuata açıqlama verərək bildirib ki, adı çəkilən virusa yoluxmanın qarşısını almaq üçün lazımi tədbirlər həyata keçirilir. Belə ki, Respublika Sanitariya-Karantin Müfəttişliyi tərəfindən sərhəd-keçid məntəqələrində - vağzallarda, “Azərbaycan Hava Yolları”nda (AZAL) ölkəyə daxil olan fiziki şəxslər üzərində tibbi müayinə aparılır, o cümlədən məsafədən insan bədəninin hərarətini ölçən “Termovizor” aparatı vasitəsilə nəzarət edilir.

Həmçinin Dövlət Gömrük Komitəsi də açıqlama yayaraq bildirib ki, əhalinin sağlamlığının qorunması, insanlar üçün qlobal təhlükə törədən qrip, xüsusilə “donuz qripi” kimi tanınan A (H1N1) virusu və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə də sərhəd gömrük-buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq iş aparılır. 
Buna baxmayaraq, məlum məsələdir ki, yaxın sərhəd olan Gürcüstanda bu virusun mövcud olması ölkəmiz üçün də qaçılmaz ola bilər.

Bəs bu virsudan necə qorunaq? Ümumiyyətlə “donuz qripi” nədir və onun əlamətləri hansılardır?

Xatırladaq ki, bu virus ilk dəfə 2009-cu ildə Meksikada aşkarlanıb. Belə ki, həmin ilin aprel ayında Meksikanın La-Qloriya kəndində beş yaşlı Edqar Ernandes adlı uşaq ağır qripə yoluxub. Ailəsi bunun adi qrip olduğunu güman etsə də az keçmədən Edqar dünyasını dəyişib. Təşvişə düşən həkimlər araşdırma apararaq, bunun adi virus olmadığını müəyyən ediblər. Az keçmədən virus dünyanın bir neçə ölkəsinə yayılıb ki, onlar arasında qardaş Türkiyə də vardı. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub və onların 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada, Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.

Virus aşkar edilən andan Dünya Səhiyə Təşkilatı tərəfindən SOS təbili çalınıb. Buna baxmayaraq əksəriyyət düşünür ki, bu virus əslində müxtəlif “siyasi qüvvələr” tərəfindən yaradılıb, dünyada insanların azaldılmasına xidmət edir və sairə.

Həkim Vaqif Qarayev mövzu ilə bağlı musavat.com-a danışıb. Həkim qeyd edib ki, virusun mövcudluğu heç də uydurma deyil, əksinə çox təhlükəlidir:
“Bu məlumatlar rəsmidir və onlara inanmaq lazımdır. Ümumiyyətlə, mövsümlə bağlı olaraq yuxarı tənəffüs yollarını zədələyən virusların sayı daha da artır. Bu hər il dünyanın hər yerində baş verir. Lakin Azərbaycanda bəzən adi zökəmi, boğaz ağrısını, öskürəyi də qrip adlandırırlar. Lakin qeyd etdiklərim qrip deyil, qrip xüsusi viruslar tərəfindən törədilən ayrıca xəstəlikdir və ağırlaşmaları ilə çox təhlükəlidir, vaxtilə yüz minlərlə insanın həyatına son qoyub.

Bildiyiniz kimi, son zamanlarda qrip törədən bəzi viruslar aşkar edilməkdədir. Onlardan “quş qripi”, “donuz qripi”ni qeyd etmək olar. Dünya Səhiyyə Təşkilatının məlumatına görə bu qriplər öldürücüdür, xüsusən də epidemiya olduqda.

Xatırladım ki, 2012-13-cü illərdə Ukraynada çox ciddi epidemiya yayılmaqda idi. Həmin zaman Ukryana mətbuatı yazırdı ki, bu virus “donuz qripi”dir və bu virusdan ölənlərin sayı çoxdur. Lakin rəsmilər bildirdi ki, “donuz qripi”ndən ölənlərin sayı adi qripdən ölənlərin sayından çox deyil. Bəlkə də rəsmilər öz gücsüzlüyünü etriaf etmək istəməmişdi, lakin DST da bəyan etmişdi ki, bu virusla bağlı ajiotaş yaratmaq düzgün deyil. Hətta DST-nin iki üzvünü qoruyucu maska alverində ittiham etdilər ki, əhali bilsin. Yəni, bu işdə bəzi fırıldaq oyunlar da baş verib, bunu gizlətmək olmaz”.

V.Qarayev “donuz qripi”nin əlamətlərindən də söz açıb:
“Qripin bu növünün fərqi odur ki, hərarət həddindən artıq çox olur və günlərlə davam edir. Digər əlamətlər qripdən fərqli olmur, yəni boğaz, əzələ, sümük ağrıları, zəiflik, süstlük olur. Qeyd etdiyim ki, “donuz qripi”nin ağırlaşması təhlükəlidir, öldürücüdür”.

Vaqif Qarayev qeyd etdi ki, adı çəkilən virusdan qorunmağın sadə üsulları var:
“Sevindirici haldır ki, ölkəmizdə bu virusun labarator şəraitdə mövcudluğu aşkar edilməyib. Buna baxmayaraq əgər mövsümlə bağlı hansısa qripin yayılması məlumatı varsa, xəstə sayı çoxdursa, bu hallarda şablon standart üsullarından istifadə etmək lazımdır. Belə ki, insanların sıx olduğu yerlərdən mümkün qədər imtina etmək, ictimai nəqliyyatdan az istifadə etmək, qoruyucu maskalardan istifadə etmək lazımdır. Qeyd edim ki, viruslara yoluxma daha çox gigiyenik qaydalara əməl etmədikdə baş verir. İnsanın ən çirkli üzvü əlləridir, bunun üçün əlləri vaxtaşırı yumaq lazımdır. Həmçinin xəstə olduqda çalışmaq lazımdır ki, evdən bayıra çıxılmasın, bu həm xəstənin həm də digərlərinin sağlamlığı üçün vacibdir. Xəstə uşaqlar isə ümumiyyətlə baxça və məktəbə getməməlidir. Çünki uşaqlarda virusla bağlı ağırlaşmalar daha çox və uzunmüddətli olur. Bu baxımdan valideynlər diqqətli olmalıdır.

Beləliklə xəstəliyə yoluxmamaq üçün gigiyenik qaydalara əməl etməliyik. Bunun başqa çarəsi yoxdur. Çünki bildiyiniz kimi “donuz qripi”nin peyvəndi mövcud deyil”.

Ekspertər də qeyd edir ki, “donuz qripi”nə yoluxan şəxs dərhal xəstəxanaya yerləşdirilməlidir. Çoxlu miqdarda maye qəbul ¬etməli, xəstəyə və evdə olan digər şəxslərə maska taxılmalıdır. Xəstə şəxslə təmas zamanı gigiyenik qaydalara mütləq riayət edilməlidir. Ev şəraitində xəstəyə qulluq etmək üçün onu ayrıca otağa salmaq və ona qulluq zamanı birdəfəlik maskalardan istifadə etmək lazımdır. Maska 4 saatdan bir yenisi ilə əvəz edilməlidir. Xəstənin olduğu otağı təmiz saxlamaq, nəm əski ilə təmizləmək vacibdir. “Donuz qrip”i zamanı insan zəifləyir, immun sistemi sıfıra düşür, ağciyərlərin iltihabı, pnevmaniya ağırlaşmaları olur. Ürəkləri zəif olan insanlarda ürəyin fəaliyyəti dayanır. Xəstənin virusa yoluxmasını yalnız laboratoriyada müəyyən etmək olur.(müsavat)

Xalidə Gəray


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam