Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Genetik ölüm... (91)

                 

Allah öz yaratdığındakı nəfsə və tamahkarlığa qalib gələ bilmir

 

 

“Xeberinfo.com”: Tanınmış politoloq Rövşən Novruzoğlu Azərbaycan genetikası ilə bağlı apardığı elmi, fəlsəfi, dəyərli tədqiqat işini başa çatdırıb. Müəllif "Azərbaycanın genetik xəritəsi"ni tamamladı. "Merilend Elm tarixi: bio-genetik və dövlət" iri həcmli tədqiqat əsərinin müəllifi olan Patrik Meyerin (ABŞ) fikrincə "...genetik xəritəsi olmayan millət ölümə məhkumdur. Məhz bu baxımdan XX əsrdə dünyanın 110 etnik qrup xalqı və yaxud milləti tarixdən bir dəfəlik silinib..."

Demək, bu tədqiqat əsəri millətimizin və dövlətimizin yaşaması üçün vacib strateji əsərlərdəndir.

                            ***

Araşdırma materiallarına görə genetik ölümün də öz qanunauyğunluqlarını təhlil edərkən istər-istəməz düşünürük: hansı ölüm şərəflidir? Qanunauyğunluqlar pozulanda insan ölümdən qorxur. O, ölmək istəmir. İstər onu gözləyən ölüm onun üçün şərəfli olsun, istər şərəfsiz. (Şəhidlik bu qanunauyğunluqlardan həmişə kənar təhlil olunub. Çünki fikrimcə şəhidlik insanın özünəməxsus yaratdığı konstitusion ölümdür). Nədəndi insan həmişə Allahı görmək, ona yaxınlaşmaq istəyir. Lakin ölmək istəmir. Məntiqə görə insan onu yaradana ancaq ölərkən qovuşur. Bu məsələ hələlik bəşər övladı üçün qaranlıq olaraq qalır. İnsanı öldürmək üçün ədalət mühakiməsinə vermək mümkündür. Edilən cinayətə və törədilən rəzil işlərə görə insana ölüm hökmü çıxarmaq mümkündür. Amma ölümə ədalət hökmü çıxarmaq mümkün deyil, yəni onu ədalət mühakiməsinə vermək, onu mühakimə etmək mümkün deyil. Hər hansı bir canlı dünyaya gələn dəqiqədən və yaxud saniyədən dərhal sonra ölümə məhkum olur. Lakin bəşəriyyətin yazılmayan humanist qanunları çərçivəsində həyatımızda ölüm faktoru gizlənir və tədricən, zaman-zaman ölüm faktoru üstündəki kölgəni götürür. Nəticədə insan dərk edir ki, onun üçün yaradanın "ölüm" adlı bir hədiyyəsi var. Və istədin, istəmədin tale o hədiyyəni sənin qapına sancıb, gedir. Mənə elə gəlir ki, insanın daha yaxşı yaşamaq arzusu, firavan həyat qurmaq istəyi, rahat nəfəs almaq üçün çalışması... O, elə zənn edir ki, artıq hər şey var və o ölümə qalib gələ bilər. Məsələn dünyanı hünərilə silkələyən, Moskva kimi qədim tarixə malik, dünyanın sivilizasiya mərkəzlərindən bir ərazini, yaşayış məskənini yandıran Napoleon Bonapart həyatının son çağlarında vəsiyyətini yazır: "...Mən bilmirdim ki, öləcəm. Çünki elə zənn edirdim ki, ölüm mənim kimi adamdan qorxub, çəkinər... yaxına gəlməz... Amma o, məni daha eybəcər hala saldı, sürgünlərə çəkib öldürdü."

Amma məntiqə görə insanın ölümə qalib gəlməsi onda Allahın unudulması ilə bitər. Lakin Allahın böyüklüyü bundadır ki, ölüm qaçılmaz və məğlubedilməzdir. O, dünyanın simmetriya qanunlarından biridir.

Araşdırma materialları sırasında Fransa Kralı Böyük Karlın (768-814) özünəməxsus fəlsəfəsi var. Məlumata görə onun hakimiyyəti dövründə regionda hakimiyyətin əsas dayaqlarını (xüsusən İtaliyada) alman tayfalarından olan lanqobirdlər təşkil edirdi. Lanqobirdlərin kökü isə Naxçıvana gedib çıxırdı. Tarix göstərir ki, Böyük Karlın tövsiyyəsilə Naxçıvana daha ətraflı bilik əldə etmək üçün, lanqobirdlərlə bağlı digər genetik materiallar toplamaq üçün xüsusi ekspedisiya qrupu təşkil olunur. Böyük Karl lanqobirdlərə məxsus genetik kökü araşdırmaq, öyrənmək istəyirdi. Çünki lanqobirdlər faktiki olaraq Fransaya "İnsana münaısibət konsepsiyası"nı gətirmişdi.

Artıq Fransada ümumən xəstələnmiş, şikəst və əlil olmuş insana hansı münasibət və davranış qaydaları

tətbiq etmək lazımdır ki, o yenidən .öz ləyaqətini və vicdanını bərpa etsin. Fransada ilk böyük xəstəxananı təsis edən Böyük Karl hökmlərinin  birində qeyd edirdi ki, xəstəxanaya düşən insan mütləq salamat çıxmalıdır. Xəstə ölərsə, qeyri-qanuni olaraq onun əzaları kəsilib, doğranılarsa... o xəstəxana dərhal bağlanılırdı və yerli-dibli ləğv olunurdu. Həkimləri isə qovulurdu. Böyük Karl ölkənin sağalmaz xəstəliklərinə tutulan və müalicəsi mümkün olmayan xəstələr üçün “Xüsusi palatalar” yaratmışdı. O, vəsiyyətində yazırdı: “...Mənim hakimiyyət qələbələrimdən biri budur ki, mən hökmranlığımın bütün mərhələlərində imkan vermədim ki, insan özünü öldürsün, özünə qəsd edib, həyatından və Fransadan, mənim qurduğum hakimiyyətdən küssün. Mən bütün bunlara görə rahat ölürəm. Bir də bunu da məndən sonra gələnlərə xatırladım ki, mənim düşmənlərim heç də Fransanın düşməni deyil... Mən elə bilirəm ki, Allah məni etdiyim bir para günahlarımda bağışlayacaq...

Mən Fransada bir ənənəni də yaşatmağa çalışdım. İmkan vermədim ki, Fransa xəstəxanalarında insan əzalarına hörmətsizlik olunsun, onun əzaları doğranılsın, kəsilib atılsın... İnsan ölərkən, o, cəsarətli olmalı, utanmamalı... Allahın verdiyi əzalarla onun görüşünə getməlidir...”

Eyni siyasətin ölkənin başqa bir hökmdarı, I Franzesko da davam etdirmişdi, baxmayara ki, Böyük Karlın hakimiyyət illərilə I Franesko arasında xeyli fərq olacaq. I Françesko yazırdı: “Mən döyüşlərdə məğlubiyyətə uğradım. Əsir alındım. Amma bütün bu çətinliklərə bxmayaraq öz əzalarımı qorumağı bacardım...” I Fransesko anasına belə bir hesabat verirdi: “...Mən hər şeyi itirə bilərəm. Bu müharibədir. Amma itirmədiyim bir şey olacaq. Şərəfimdən və ləyaqətimdən başqa hər şeyi qurban verməyə hazıram...”

Hakimiyyət və dövlətə başçılıq edənlərin əxlaq xüsusiyyətləri, zəngin mənəvi dəyərləri çox vaxt onların həyat tərzinə çevrilir, siyasi görüşlərinə, qanunların hazırlanmasına və işlənməsinə təsir edir. Öz ölkəsinin və millətinin formalaşan əxlaq qanunlarına riayət etməyən bşqa qan qrupu və genetik dəyişmələrlə dünyaya gələn hökmdarlar üçün həmişə çətin olub.

Belə olanda idarəetmə prinsipləri pozulur, hakimiyyət və cəmiyyət arasında uçurum yaranır. Münaqişələr səngimək bilmir. Məsələn, yenə Fransa həyat tərzinə baxaq. Fransa tarixində XV Lyudovikə (1714-1774) qədər ümumən hakimiyyətin əxlaq kodeksinə ziyan vuran ikinci hökmdar olmayıb. Tarixçilər və araşdırıcılar iddia edirlər ki, XV Lyudovikin əxlaqsız hakimiyyət işlərinə səbəb onun qeyri-qanunu doğulması və yaxud özgə kişidən olmasıdır. Onun əsl atası general Lenorman de Turnem adlı adam olub. Generala gəlincə, onun da atası Cənubi Amerika cəngəlliklərindəki Puşş icmasından olub... Nəticədə genetik dəyişmələr... yəqin bir damcı haram qan görün Fransa kimi tarixi bir məkanda hansı fəsadlara gətirib çıxartdı...

XV Lyudovikin hakimiyyəti illərində isə Bastiliya qalası alındı. Kral və onun ailəsi üsyançılar tərəfindən əsir götürüldü. Krallıq ləğv olundu. Fransa respublika elan olundu. İnsanlar XV Lyudoviki əxlaqsızlıqda – qeyri-insani davranışda, günahsız insanların qətllərində, insan azadlıqlarını və hüquq prinsiplərini pozmasında... gözəl və zərif qızların döşlərini kəsərək suvenir kimi saxlamasında... ittiham etdilər və ona ölüm hökmünü çıxartdılar. Onu və onun nəslini məhv edib, külə döndərdilər.

Tarix həmişə maraqlı səhifələrilə insanları mat qoyub. Məsələn Bonapart Napoleondakı cəsurluq və mərdlik ona igid lanqobird tayfasından keçib. Atası lanqobard tayfasından olub. Qeyd etdiyimiz kimi lanqobard tayfasının da əsasını, yəni genetik bünövrəsi e.ə. II əsrdə yaşayan Sabirilər tərəfindən qoyulub. Yəni onun da kökü bugünkü azərbaycanlılardandır. O, yazırdı: “...Heç kəs mənim vətəndaşlıq kodeksimin üstündən qələm çəkə bilməz. O kodekslə mən yaşadım. Mən düşündüm və mən də ölürəm...” Bonapart Napoleon belə ölümü şərəf işi hesab edirdi. O, hakimiyyəti illərində bütün Fransanın mənəviyyatını, pozulmuş əxlaqını, itirilmiş mənəvi dəyərlərini, adət-ənənəsini... geri qaytarmaq və onu təmizləmək üçün məşhur “Fransa Kodeksi”ni yazdı. I B.Napoleon yazırdı: ““...Mənim həqiqi sözümdür: “Qırx müxtəlif ağır döyüşlərdən qələbə ilə çıxdım. Lakin Vaterloo məğlubiyyəti hər şeyin üstündən xətt çəkdi. Lakin yazdığım Vətəndaş Kodeksi həmişə yaşayacaq...” Amma tale ona ölmək üçün- əzab və mənəvi sarsıntılar içərisində ölmək üçün xərçəng kimi ağır və sağalmaz bir bəlaya düçar etdi. Sonda Bonapart Napoleon Parisdəki əlillər evinə gətirildi və orada da öldü. Ağrılara və məğlubiyyətə dözə bilməyən Napoleon zarımaqdan, ağrılardan yaxa qurtarmaq üçün yaxınlarından və xidmətçilərdən onu öldürmələrini xahiş etdi. Lakin heç kəs buna imza atmadı. O, zarıya-zarıya (çox zaman ağır və insanı dəhşətə salan zarıltıları əlillər evini özülündən silkələyir, Fransanın bütün qütblərindən eşidilirdi.

-İ.Edmund filosof) can verdi. Fikrimcə o, bu ağrılarla, bu görüntülərlə bütün Fransaya sanki dərs verirdi.

Qarşıda böyük bir sual var: bütün bunlar nə idi? Elə isə məntiqə qayıdaq: Moskva kimi bir müqəddəs şəhəri (1812) yandırmaq olardımı?

(Moskva müqəddəs şəhərdi. A.Hitler və onun generalları da (1941-1945) o şəhəri yandıra bilmədi, orada heç bir qələbə qazana bilmədi). Moskvanın əsl tarixi haqqında biz bilmirik. Araşdırma materiallarına görə Moskvanın həqiqi tarixi müəyyən səbəblər üzündən gizlədilib və yaxud qadağan olunub. Məlumata görə Moskva ərazisində dünyanın üç ən məşhur və müqəddəs dini sayılan Xristianlığın, İudizmin və İslamın ən güclü və müqəddəs sayılan din xadimlərinin üç nəhəng qəbiristanlığı var. Belə olan ərazidə hansı qələbədən söhbət gedə bilər?

Araşdırma materiallarına görə ləyaqət və şərəflə ölənlərin dəfnləri də gözəl və yadda qalan olur. Lakin həmişə belə olmur. Məsələn Böyük Britaniya tarixində bu gün də tədqiqatların və hüquq müdafiəçilərinin diqqətindən yayınmayan belə bir kitab var: “Amansız məhkəmələr kitabı”. Bu kitab Böyük Britaniya hökmdarı olmuş qeyri-qanuni doğulan (tarixdə belə verilir – P.B) I Vilhelm (1066-1087) tərəfindən yzılmış qanunlar kitabı idi. İngilislər insanı alçaldan, təhqir edən bu qanunlara qarşı etirazlar, üsyanlar etsələr də hər şey amansızlıqla yatırılırdı. I Vilhelm ölkəni öz tanışları, dostları arasında kiçik qraflıqlara bölür, hər yerdə hündür daş hasarlar çəkir, insanları divarlar arasında saxlayırdı. Onun bütün hökmlərinin qanlı nəticələri yazdığı kitabda əks olunurdu. Tədqiqatçılar qeyd edirlər ki, I Vilhelm “...ölümdən və əzabla öldürdüyü insanlardan həzz alırdı...” Onun bu tezisini araşdırarkən, maraqlı məqamlara rast gəlmək olar. Məsələn I Vilhelm (Qeyri-qanuni doğulan hökmdar) ətrafına elə adamları yığırdı ki, o adamlar xeyli günahsız adam öldürmüş olsunlar, insan öldürmək onlar üçün adi bir iş olsun... ataları, analarının kimliyi, kökü-soyadı bilinməsin, qarışıq olsun... əclaf və vicdansız bir adam olsun... Nəticədə o, anası ilə, bacısı ilə, qızı ilə “ailə quranları”, yaşayanları ətrafını yığırdı. Maraqlı və düşündürücü məsələ idi ki, Böyük Britaniyada hakimiyyətə sahib olanlar ardıcıl olaraq qeyri-qanuni doğulanlar idi. Məsələn III Riçard Yorkskinin və onun ailə üzvlərinin (1483-1485) müxtəlif adamlardan törəməsi Böyük Britaniya tarixinin ən şərəfsiz səhifələrindən birini təşkil edir. Bunu ingilislər də etiraf edir. Hələ 1485-ci ildə hakimiyyətə gələn (Tyudor) VII Henrix öz milli tarixlərinə düşən ləkələri təmizləməyə cəhd etdi. Amma alınmadı. Çünki əxlaqsızlıq və qeyri-qanuni doğulanlara olan inam Böyük Britaniya krallığının tarixi ənənələrini pozmaqda davam edirdi. Genetik dəyişmələr daxildə parçalanmalara gətirib çıxarırdı. Hökmdarın, daha doğrusu Kralın öz hamilə qadınını döyərək öldürməsi... dünya tarixi üçün, Beynəlxalq Hüquq üçün ən gözəl tədqiqat obyekti ola bilər. Amma ingilislər bu tarixi yaxın zamanlaradək gizlədirdilər. Kral VIII Henrix arvadı Annanı qız doğduğu üçün təhqir edir, döyür, alçaldırdı. Nəhayət VIII Henrix arvadı Annanı hamiləikən döyür və nəticədə uşaq ölü doğulur... Bundan sonra kralın öz arvadı-Annaya atdığı böhtan nəticəsində hakimiyyət onu ölümə məhkum edir və o, edam olunur.

Tarixin unudulmuş səhifələrini yenidən vərəqləyək. Məsələn, gəlin görək dünyanın daha hansı ərazilərində öz hamilə arvadını döyərək öldürən hökmdarlar var. Birmənalı şəkildə qəbul edək ki, Azərbaycanda belə hökmdar olmayıb və belə bir ənənə də heç vaxt formalaşmayıb. Əsl azərbaycanlıya məxsus onun genetika tarixində fərdi qaydada götürsək, belə bir yanaşma olmayıb.

Və yaxud Böyük Britaniya hakimiyyəti bəşəriyyət üçün ən güclü tədqiqat və elmi araşdırmalar mənbəyi ola biləcək. III Riçardın hakimiyyət illərinə nəzər salaq. III Riçard (1483-1485) Hersoq Riçard Yorkskinin dördüncü oğludur. Lakin ölən kralın (Eduard) qardaşı, general Qlosterskiy də hakimiyyət iddiasında olur. O, qardaşı oğluna qarşı müxtəlif bir xətt götürür. Tarixi mənbələrə görə general həm əzazil, həm rəhmsiz, həm qəddar və qaniçən... birisi idi. O, həm də anadan qozbel doğulmuşdu. Qorxulu, kürən bir sifəti var idi. Bir əli o biri əlindən uzun idi. Tarixə görə London parlamenti hansı səbəbdənsə III Riçarddan əvvəl hakimiyyətdə olan V Eduardın sonra general Qlostrenini hakimiyyət başçısı kimi qəbul etdi... General nəticədə III Riçarda qarşı hücuma başladı. III Riçard qorxu içərisində ailəsilə və kiçik oğlu ilə monastrda gizlənməli oldu. General yeni bir hiyləyə əl atdı. Öz tərəfdarları vasitəsilə elan etdi ki, Kral Eduardın övladları... o cümlədən III Riçard qeyri-qanunu doğulanlardır və yaxud onların Kral Eduarda heç bir dəxli yoxdur... Böyük Britaniya bunu necə qəbul etdi, məsələsi bu günədək açıq qalır. Nəticədə eybəcər əxlaqa malik olan generalın bu yalan iddiasını parlament qəbul etdi və Hersoq Qlosterskiy hakimiyyətə gəldi, kral tacına sahib oldu. Nə qədər qəribə də olsa özünü həqiqi III Riçard adı altında tanıtmağa çalışdı. Sonda yalançı III Riçard həqiqi III Riçardı və onun iki uşağını, öz arvadını öldürərək, sıradan çıxartdı... Tale isə ona, hakimiyyət hərisi olan bu qozbel generala şərəfsiz və ləyaqətsiz bir ölüm verdi. İngilis dramaturqu V.Şekspir əsərlərində Böyük Britaniya üçün damğa olan bu əxlaqsız generalla bağlı hadisələri xatırladır.

Araşdırma materiallarına görə hökmdar psixologiyası ilə, hakimiyyət psixologiyası arasında fərqlər hökmdarı həmişə şərəf və ləyaqətlə ölmək arzusundan məhrum edir.

Araşdırma materiallarına görə dünyanın əksər ölkələrində yazılan qanunların əksəriyyəti bəşəriyyətin ürəyi olan, Allahın böyük həvəs və iftixarla yaratdığı qadın ləyaqəti və onun qurduğu ailəyə məhəbbət, hörmət və  ehtiram çərçivəsində yazılıb. Çünki hər şey... dövlət quruculuğunun özü belə, ailədən başlayıb. Tarixdən oxuduğumuz imperiyaların bünövrəsində hökmdarlar və onun ləyaqətli xanımların təşəbbüsü və tövsiyyəsi var.

Araşdırnalar göstərir ki, Böyük Britaniyada baş verən ictimai-siyasi  hadisələrin  təkrarı dünyanın ən ucqar yaşayış məntəqələrin, əsasən Afrikanın və Cənubi Amerikanın cəngəlliklərində kiçik icmalar şəklində yaşayan etniklərin, qrupların, kiçik xalqların həyatında tez-tez baş verir. Alimlərin, etnoqrafların, həkimlərin, digər tədqiqatçıların bu istiqamətdə heç bir genetik araşdırmaları yoxdur.

Böyük Britaniya kraliçası olmuş I Mariyanın (1553-1558) ölkənin təkcə qədim deyil, hətta müasir tarixində, fəlsəfəsində, genetikasında araşdırılmaqdadır. Məlum olur ki, I Mariya özünü VIII Henrixin qızı kimi təsdiq etmək istəsə də, Krallıq onun qeyri-qanuni övlad olçduğunu açıqlayır. Hüquq elminin və fəlsəfəsinin əleyhinə olan, bu elmlərin fəaliyyətlərinə əngəl yaradan I Mariya xüsusi orta yaşlı kişilərə və ailə qurmağa hazırlaşan qızlara qarşı daha amansız olub. Hakimiyyətinin beş ilk müddətində I Mariya ətrafına pozğun, əxlaqsız, qarımış qızları, dul qadınları yığaraq ölkəni eybəcər şəkildə idarə edib. Tədqiqatçılar qeyd edirlər ki, Böyük Britaniyada uşaqların və qadınların... başlarının diri-diri kəsilməsi, xəstələrin öldürülməsi (o, bununla ölkənin xəstə genlərdən təmizlənməsi kimi bir məsələni qoymuşdu), xoşuna gələn kişilərin axtalatdıraraq, onlardan əyləncə kimi istifadə etməsi... və.s. adiləşir və həyat tərzinə çevrilirdi. O, hakimiyyəti illərində minlərlə protestantlığa xidmət edən adamları məhv etmiş, öldürüb, sıradan çıxartmışdı. İnsanları diri-diri tonqallarda yandırmaq onun adi hökmlərindən biri idi. Bütün bu addımlarına görə I Mariya dünya tarixində “Qanlı Mariya” kimi qaldı. Tarixçi E.Styuart yazır ki, I Mariyanın ölümündən sonra Böyük Britaniya sanki dincəldi... Bəs I Mariya necə öldü?

Araşdırma materiallarına görə I Mariya hakimiyyəti dövründə minlərlə protestant din xadimini məhv etdiyindən, diri-diri onları oda ataraq yandırdığından... ölkənin deyil, dünyanın din tarixində lənətlənmiş hökmdar kimi qaldı. Protestant din xadimləri Allaha ilk dualarında I Mariyanı lənətləyərək... öz adi dualarına, digər dini ayinlərin icrasına keçirlər. I Mariyanın ölümü haqda belə məlumat var ki, ayağa qalxan kütlə onun saçını qırxaraq... əvvəlcə dar ağacına çəkmiş, sonra onu meşədə heyvanlara yem etmişlər. Əslən Londondan olan, I Mariya zülmündən ölkəni tərk edən tarixçi İohani yazır ki, meşədə heyvanlar da onun cəsədindən qorxub, qaçır, yaxın gəlmirdilər. Qərara alındı ki, onu yandırsınlar... Böyük Britaniya hakimiyyətinə gəlincə I Mariya haqqında az danışmağı... ümumiyyətlə danışmamağı məsləhət bildirilirdi. Çünki ölkənin tarixində ən şərəfsiz və ləyaqətsiz ölüm onun ölümü olduğu üçün tarix dərslərində onun haqda az danışılır.

Tədqiqata görə Böyük Britaniya Krallığında dövrünə və zamanına görə insan hüquqlarının qorunması, insana insan kimi yanaşılması  istiqamətində müxtəlif qanunlar işlənilib. Lakin bu qanunlar həyata keçməyib, işləməyib. Səbəblərdən biri bu olub ki, qanunları ratifikasiya edən deputatlar tarixindən nigaran xalqıngün-güzəranını, istəklərini anlamayan, krala tərif deyən, şəxsi mənafeləri üçün çalışan və bu yolda varlanan, özlərinə yəni bir həyat tərzi quran adamlar olub. Onlar hətta dədə-baba soy köklərindən imtina edir, ad-failiyalarını dəyişərək, daha dəb-dəbəli səslənən soyadlarla, qondarma soyadlarla əvəz edirdilər. Məsələn Böyük Britaniyanın tarixində I Karlın hakimiyyəti də qansız ötüşməyib. Hakimiyyətdə şərəfsiz və ləyaqətsiz ölümlər ingilisləri həmişə düşündürüb. Necə edək ki, xalqı və milləti, hakimiyyəti boğaza yığan belə eybəcər ölümlərdən təmizləyək. Hakimiyyət xalqın bu genetik aınmasından yaxa qurtarmaq üçün öz nicat yolunu Şərqdə, müsəlman ölkələrində axtarır. Öz qan hüceyrələrini təmizləmək üçün, zəfələnmiş qan hüceyrələrini yeniləşdirmək üçün (yəni genetik kodlarını dəyişmək üçün) Şərq ölkələrinə, xüsusi islam dini hakim olan ölkələr üçün ekspedisiyalar təşkil edir. Amma bütün bunlara qədər baş verən hadisələrə biri də nəzər salaq. Məsələn I Karlın hakimiyyətə gəlməsilə (1625-1649) ölkənin tarixində zülmün və işgəncənin yeni bir forması yarandı. Danışıqlardan, çıxış və müraciətlərdən, tarixdən və hüquqdan maksimum “insan hüquqları” anlayışı çıxarılaraq, sadəcə “ingilis hüququ” qondarma bir termin və yaxud anlayışla əvəz olundu. Əvvəllərdən fərqli olaraq baş kəsmək bir az da qanuniləşdi. I Karlın fərmanı ilə “Baş kəsmək” kimi bir ənənənin davamı üçün meydana hökmən ölkənin bütün yaşayış məntəqələrindən seçilən nümayəndələr gəlməli idi. Onlar hökmdarın “Baş kəsmək” məclisində iştirak etməli, ölümü gözlərilə görməli və ərazilərinə qayıtdıqlarından sonra bunun necə baş verməsini danışmalı idi, yığıncaqlar təşkil etməli idi. Bütün bu hadisələr ingilisləri düşündürməyə bilmirdi. Nəticədə 1642-ci ilin avqustyb 28 Böyük Britaniya tarixində yadda qalan Vətəndaş müharibəsi baş verdi. I Karl 1647-ci ildə Vayt adalarına qaçaraq, gizlənməyə cəhd etdi. Lakin Böyük Britaniya məhkəməsi qanunlarına baxmadan... I Karlı törətdiyi qanlı cinayətlərə görə ölümə məhkum etdi. Onun başı ilə bədəni ayrılaraq... müxtəlif istiqamətlərə aparıldı. Ondan nə qaldı? XVII əsrin görkəmli ingilis rəssamı A.Van Deyndən çəkilmiş rəsm əsərindən başqa bir şey qalmadı. Böyük Britaniya ölkənin ləyaqətsiz və şərəfsiz ölümlərdən xilas etmək üçün yeni qanunlar işlənilməsi istiqamətində düünürdü. Nəticə etibarı ilə Böyük Kromvel hakimiyyəti illərində (1649-1958) qanunlara yenidən baxılsa da, təzə bir qanun meydana çıxdı. Hakimiyyətə gələn Lord Oliver Krolevel qisas almağı qanuniləşdirdi. Artıq ölkədə insanların qanuni şəkildə biri-birindən qisas almaq şansı artdı. Sonradan bu qanun onun özünə tətbiq edildi. Hakimiyyətə gələn II Karl atasının qisasını Oliver Kromveldən alaraq, onu və onun otuz nəfər yaxın adamını, ailə üzvlərini ölümə məhkum etdi. II Karl O.Kromveli Edam etdi. Onu dəfn etdilər. Lakin II Karlın göstərişilə onun ikiyə bölünmüş cəsədini qəbrdən çıxararaq, şəhərin giriş qapısından asdılar...

Araşdırma materiallarına görə Böyük Britaniyanın hakimiyyət kreslosunda baş verən ölüm hadisələrini tədqiq etmək üçün bir neçə dəfə xüsusi həkim komissiyası yaradıldı. Hakimiyyətdə biri-birini əvəz edən sülalələrin genetik, mənəvi-psixoloji, adət-ənənəsini, bağlı olduqları dini təyin etmək, araşdırmaq üçün ölkənin 10 nəfərdən ibarət həkim qrupu təyin edildi. Bu addım Vindzor sülaləsinə məxsus VII Eduardın hakimiyyəti dövründə (1901-1910) baş verdi. Bu araşdırmalar 1952-ci ilədək, yəni II Yelizavetanın hakimiyyətinədək davam etdi. Lakin təqribən əlli ilə qədər davam edən genetik araşdırmalar (hakimiyyətdə aparılan genetik araşdırmalar) öz nəticələrini xalqdan gizlətdi. Hər şeyi Krallığın Məxfi İdarəsi əlinə aldı. Krallığı düşündürən məsələ başqa idi. Hakimiyyətdə “genetik panorama” hamını çaşdırmışdı. Həyat və cəmiyyət tələb edirdi ki, işləməyən və nəticədə getdikcə gücdən düşən qanunlar dəyişdirilməli, deputatlar qovulmalı idi. Məlumata görə 1951-ci ildə ölkənin Baş naziri Uinston Çerçil Böyük Britaniyanı tarix boyu ölkəni düşündürən ənənəvi bəlalardan xilas etmək üçün dünyanın üç ölkəsi istiqamətində “Londonun genetik xəritəsi”nin hazırlanmasına rəvac verdi: Bu ölkələr Türkiyə, İran və Azərbaycan idi. Türkiyənin Konstantinopol, Azərbaycanın Muğan, İranın isə İsfahan yaşayış məntəqələrində məskunlaşan nəsillərlə Böyük Britaniya sakinlərinin qohumluq əlaəqələrinin artırılması, möhkəmləndirilməsi vacib sayılırdı. Belə bir qənaətə isə Böyük Britaniyanın səhiyyə sistemi hələ IX və XI əsrlərdə gəlmişdi. Ölkənin xüsusi xidmət orqanlarında aparılan tədqiqat materiallarından aydın olurdu ki, genetik məsələ əsas məsələ kimi ən birinci strateji iş idi... U.Çerçil Konstantinopolın işğalı üçün xüsusi plan hazırladı. (Ona qədər ingilislər 1918-ci il mart soyqırımı nəticəsində erməni separatçılarından min nəfərdən artıq azərbaycanlı girov alaraq Londona ötürmüşdülər). Tarix göstərir ki ingilislər əvvəlcə Dardanel boğazını tutmalı və oradan Konstantinopola zərbələr endirilməli idi. U.Çerçil deyirdi ki, ingilislərə xəzinə yox, insan resursları lazım idi. Bu avantüranın nəticəsi ağır oldu. U.Çerçil məğlub olub. Təqribən əlli min ingilis bu döyüşlərdə öldürüldü. U.Çerçil türklərdə olan cəsarət və hünəri bir daha gördükdən sonra heyrətə gəldi: “Mən – dedi, Türliyəyə iki şey üçün gəlmişdim: - cəsarət və hünər üçün”.

Türkiyəyə qan üçün girməyə cəhd edən U.Çerçil strategiyası alt-üst oldu. U.Çerçilin bu günün özündə belə tarix üçün maraqlı, ictimai-siyasi mühit üçün ilk növbədə çətin dərk edilən tezisləri var. “London tezisləri” kimi tanınan bu tezislərdə ingilis xalqına tövsiyyə olunurdu ki, öz qızlarını müsəlmanlara ərə verib, genetik dəyişmələr aparsınlar, yeni, xəstəliklərə davamlı immunitetli nəsillər yetirsinlər. Əlbəttə, bu diplomat arzusu idi. Çünki o, ingilislərin taleyini çox yaxşı bilirdi. Böyük Britaniyada ləyaqət və şərəflə ölmək istəyən çox idi... Lakin şərəflə ölmək mümkünsüz idi. Çünki ölkəni tamah və nəfs, hiyləgərlik və riyakarlıq, yalan və böhtan kampaniyaları təşkil edərək, ağıllı, zəkalı və tədbirli insanlar haqqında ictimai rəyi formalaşdırın.

Araşdırma materiallarına görə ingilis diplomatının zaman keçdikcə “London tezisləri”nə çox ehtiyacı duyulur. Tarixdə elə ərazilər, yaşayış məntəqələri olub ki, onlar yeni nəsillərin yetişməsində və formalaşmasında inkubasiya rolunu oynayıb... İngilis xüsusi xidmət orqanlarının tam nəzarətinə keçən “genetika xəritəsi”ndə artıq dünyanın bir sıra yaşayış məntəqələri işarələr altına alınmış və kodlaşdırılmışdı. London öz nicat yolunu Avropada deyil, Şərqdə-müsəlman ölkələrində axtarırdı. İngilislərin  qan hüceyrələrindəki immuniteti artırmaq, tarix boyu onları darıxdıran eybəcər əxlaqi-mənəvi dəyərlərin sıradan çıxması, genetikadan təmizlənməsi, yenisilə əvəz olunması... dövlətin daxili və xarici siyasətində, təhlükəsizlik sistemində əsas xətlərdən biri idi. Ölkənin hakimiyyət strukturlarında, idarəçilik ənənələrində insanların, xüsusən birinci şəxslərin ləyaqət və şərəflə ölməsi, dünyadan vicdanla köçməsi problem olaraq qalırdı. Biz buna misal olaraq xeyli fakt və hadisələri araşdırdıq.Tarix üçün hələlik qaranlıq qalan hakimiyyət üçün qurulan və həyata keçirilən elə eybəcər və əxlaqsız hadisələr... təhlil etdik ki, bu gün də onların bir qisminin analoqu yoxdur. (Bu zaman Kral ailəsinə məxsus əl çantasında mifoloji əşyalar da xüsusi xidmət generallarının məsləhətilə dəyişdirildi). Bu mifoloji alimlərin millətin genetikasına nə qədər təsirli olub-olmaması başqa bir mövzunun söhbəti olduğundan ona toxunmuruq).

Şübhə etməyək ki, güclü nəfs və tamahkarlıq davamlı və ağıllı, zəkalı gen daşıyıcılarının sağlam mühitinə ağır və sağalmaz, bəzən onu yarıyolda qoyaraq məhv edən, zərbələr vurur. Hələki, dünyada nəfs və tamahkarlıq istiqamətində elə bir qanunvericilik sənədi yoxdur. Hələki, Quran nəfs və tamahkarlığa qarşı ən böyük məcəllə olaraq qalır. Allah öz yaratdığındakı nəfsə və tamahkarlığa qalib gələ bilmir. Bu nədən başlanır? Hansı genlər insanı bu eybəcər yolda müşayət edir?

 

Ardı var.

 

 

Rövşən Novruzoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam