Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

PFL-də icraçı direktor postu və yeni departament yaradıldı -Bu şəxslərə vəzifə verildi

Yenixeber.org: Zaur Hacı-Məhərrəmov 2009-cu ildən AFFA-da fəaliyyət göstərir. Bu müddət ərzində AFFA-da müxtəlif postlarda çalışan Z.Hacı-Məhərrəmov ölkədə keçirilən böyük beynəlxalq yarışlarda da fəaliyyət göstərib. PFL-in yeni icraçı direktoru eyni zamanda beynəlxalq oyunlara UEFA nümayəndəsi kimi təyinat alır.


Qeyd edək ki, bunadək PFL-də Aslan Şahgəldiyev vitse-prezident, Elgiz Abbasov isə texniki idman direktoru kimi təsdiqlənib.

Peşəkar Futbol Liqasında (PFL) Texniki-İdman şöbəsi ləğv olunub. "Report"un məlumatına görə, bu barədə qurum rəhbərliyi qərar qəbul edib.

Yeni yaradılan Texniki İdman Departamentinə Elgiz Abbasov direktor təyin olunub.

Qeyd edək ki, 2008-ci ildən futbol sahəsində çalışan E.Abbasov 2014-cü ildən PFL-də baş mütəxəssis, saytın redaktoru, baş redaktoru, Texniki-İdman Şöbəsinin rəisi vəzifələrində çalışıb və AFFA nümayəndəsi kimi Misli Premyer Liqasının, I Divizionun və Azərbaycan Kubokunun oyunlarına təyinat alır.

Qeyd edək ki, yeni yaradılmış departament PFL bayrağı altında keçirilən bütün oyunlara nəzarət etməklə yanaşı, AFFA-nın müxtəlif komitələri ilə işbirliyinə, Avropa Liqaları və digər beynəlxalq futbol təşkilatları ilə işin təşkilinə, əsas yayımçı şirkət və dövlət qurumları ilə əlaqələrə və meydana çıx biləcək digər işlərin təşkilinə cavabdehlik daşıyacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam