Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Rusiya MN Ukraynanı Zaporojye AES-i atəşə tutmaqda ittiham edib

Rusiya silahlı qüvvələrinin Xarkov istiqamətində hücumu nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 200-dən çox hərbi qulluqçusu məhv edilib.

Yenixeber.org:  Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ötən sutka ərzində Rusiya hava kosmik Qüvvələri "DXR"də, Malinovka yaxınlığında Ukraynaya məxsus MiQ-29 təyyarəsini vurub.

"Ötən sutka ərzində Rusiya Hava Kosmik Qüvvələri Nikolayev vilayətində Ukrayna Silahlı Qüvvələrinin 63-cü Mexanikləşdirilmiş Briqadasının batalyonlarından birinin şəxsi heyətinin 40%-dən çoxunu məhv edib. Bundan əlavə, Dnepropetrovsk vilayətinin Marqanets rayonunda Amerikanın Ukraynaya verdiyi M777 haubitsası aşkar edilərək məhv edilib.
Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən ötən sutka ərzində Ukraynaya məxsus yeddi PUA, “Toçka-U” raketii və ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəşi sisteminun 18 mərmisi vurulub. Xerson vilayətinin Lozovoye ərazisində İnqulets çayını zorla keçirməyə cəhd edərkən 130-dan çox döyüşçü öldürülüb", deyə Rusiya MN-nin yadığı məlumatda qeyd olunub.

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Zaporojye AES-i üç dəfə atəşə tutmaqda da ittiham edib. Bildirilib ki, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin 4 mərmisi Amerika nüvə yanacağı olan elementlərin saxlandığı Zaporojye Atom Elektrik Stansiyasının 1 saylı xüsusi korpusunun damına düşüb. Hazırda Zaporojye AES-də radiasiya vəziyyəti normal olaraq qalır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam