Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

UKRAYNA ORDUSU BU ƏRAZİLƏRİ AZAD ETDİ -Rusiyanın yüzlərlə hərbçisi, xeyli texnikası məhv edildi - VİDEOLAR

Ukrayna silahlı qüvvələri Kiyev yaxınlığındakı Lukyanovka kəndini azad edərək 40 rusiyalı əsgəri öldürüb. Bu barədə Kiyevin ərazi müdafiəsinin rəhbəri Petr Kuzık telemarafonun efirində bildirib.

Yenixeber.org: “Texnikaları yandırılıb, tankları vurulub. Bəzi texnikalar qənimət kimi götürülüb. Təəssüf ki, yalnız qırx rusiyalı hərbçi öldürülüb. Təsdiqlənən budur, qalanları qaça bilib, bəziləri meşələrdə gizlənib. Ordumuz indi onları axtarır və tapdıqları yerdə məhv etməyə çalışır”, - Kuzık bildirib.

Bu arada  Rusiya-Ukrayna müharibəsində rus ordusunun Ukraynadakı ümumi itkilərinin sayı açıqlanıb.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi paylaşım edib.

Bildirilib ki, indiyədək 16 100 hərbçi zərərsizləşdirilib.

Məlumatda qeyd olunur ki, indiyə qədər rus ordusunun 561 tankı, 1625 zirehli döyüş maşını, 291 artileriya sistemi, 90 MLRS-i, 49 Zenit Döyüş Sistemi, 115 təyyarəsi, 125 helikopteri, 1089 hərbi avtomobili, 5 gəmisi, 72 yanacaq çəni, 53 PUA-sı, 18 xüsusi avadanlığı məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - məlumatda vurğulanıb.

Ruslar isə yenə mülki obyektləri bombalayır. Snigirevkada (Nikolayev bölgəsi) rusiyalı hərbçilər məktəbi dağıdıblar. Bunu məktəbin direktoru Natalya Pastuxova bildirib.

“Gecə atəşi zamanı məktəbimiz praktiki olaraq məhv edilib. Həyətdəki dam və divar deşilib, şüşələr və qapılar sındırılıb. Onu yalnız möcüzə canlandıra bilər”, – o yazıb.

Xatırladaq ki, Snigirevkada hələ də işıq yoxdur. Sakinlərin çoxu bir həftəyə yaxındır ki, yaxınları ilə əlaqə saxlaya bilmir.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Axtırka, Buça, İrpen və Nikolayevə “qəhrəman şəhər” titulunu verib.

Bu barədə o, öz çıxışında elan edib.

“Bir neçə mühüm fərman imzaladım: Milli Qvardiyanın yeddi hərbçisinə (onlardan, təəssüf ki, beşinə ölümündən sonra) “Ukrayna Qəhrəmanı” adının verilməsi, Milli Qvardiyanın 240 və Silahlı Qüvvələrin 119 hərbi qulluqçusunun, 14 yerli icma rəhbərlərinin, 31 tibb işçisinin dövlət mükafatları ilə təltif edilməsi və daha dörd şəhərə: Buça, İrpen, Axtırka, Nikolayevə “Ukraynanın Qəhrəman şəhəri” fəxri adının verilməsi haqqında”, - deyə o bildirib.

Zelenskinin sözlərinə görə, müharibə günlərində ukraynalı müdafiəçilər düşməni bütün istiqamətlərdə dəf ediblər.

***

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutka ərzində Rusiya hərbçilərinin itkiləri ilə bağlı məlumat yayıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının martın 25-nə olan əməliyyat icmalında məlumat verilib.

“Ötən sutka ərzində düşmənin 9 hücumu dəf edilib, 12 tankı, 20-yə yaxın zirehli və avtomobil texnikası, 9 artilleriya sistemi məhv edilib. Düşmən 200-dən çox hərbi qulluqçusunu itirib. Hava hücumundan müdafiə bölmələri Rusiyanın 2 təyyarəsini və 2 PUA-sını vurub. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması ötən gün ərzində düşmənin 6 hava hədəfini vurub: 1 təyyarə, 1 PUA və 4 qanadlı raket”, - məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Malinovka kəndini Rusiya hərbçilərindən azad edib. Bu barədə Malinov icmasının rəhbəri Vladimir Şiş xəbər verib.

O, qeyd edib ki, Rusiya hərbçiləri bu günə qədər Malinovkada olsa da, Ukrayna Silahlı Qüvvələri kəndi azad edib.

"İcmanı təşkil edən beş böyük kənddən üçü tamamilə düşmən qoşunları tərəfindən işğal edilmişdi - Lyubimovka, Novozlatopol və bu günə qədər Malinovka. Hazırda qoşunlarımız təmizlik işləri aparır, ona görə ki, Malinovka azad edilib", - Şiş deyib.

Qeyd edilir ki, icmada da vəziyyət gərgindir, çünki Rusiya hərbçiləri hər yerdə postlar qurub, kəndlərə heç kəsi buraxmırlar. Nəticədə - ərzaq, su, dərman və çörək təchizatı ilə bağlı humanitar problemləri yaranır.

Eyni zamanda dünən Ukrayna ordusunun ölkənin şərqində Rusiyanın 130 hərbçisini zərərsizləşdirdiyi, və bir neçə hərbi texnikasını sıradan çıxarıdığı bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ölkənin şərqində Rusiya qoşunlarının hücumunu dəf ediblər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Vostok” əməliyyat-taktiki qrupunun mətbuat xidməti xəbər verir.

Qeyd olunur ki, son sutka ərzində Rusiya ordusu 130 hərbçini itirib. Qurum düşmənin xeyli sayda texnikasının məhv edildiyini də vurğulayıb.

Ukraynanın Xarkov vilayətindəki Malıe Roqani yaşayış məntəqəsinin yaxınlığında Rusiya Silahlı Qüvvələrinin Mi-28 döyüş helikopteri hədəfləri səhv salaraq rusiyalıların mövqelərini vurub.

Milli.Az bildirir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Onun sözlərinə görə, helikopterdən raketlərlə yaylım atəşi açılması nəticəsində onlarla rusiyalı hərbçi həlak olub, xeyli texnika sıradan çıxıb.

Gecə isə Kiyev yaxınlığında güclü partlayış olub. Görüntülər sosial şəbəkələrdə yayılıb. İlkin məlumata görə, hadisə neft anbarında baş verib.

Ehtimallara əsasən, yanacaq çəninin partlaması nəticəsində Ukraynanın ən böyük neft anbarlarından birində yanğın başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam