Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

UKRAYNA ORDUSU XARKOVDA HÜCUMA KEÇİB... -Belarus könüllülər briqadası da döyüşlərə qoşulub + VİDEOLAR

Ukraynanın Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın bölmələri ərazi özünümüdafiə bölmələri ilə birlikdə Rusiya ordusunun mövqelərinə əks hücuma keçib. 

Yenixeber.org: Nəticədə ruslar mövqelərini tərk edərək meşəyə qaçıblar. Bu haqda Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov özünün Telegram-kanalında bildirib.

“Bizim hərbçilərimiz Derqaçey istiqamətində düşmənə növbəti zərbə endirib. Gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının hissələri Milli Qvardiya və ərazi özünümüdafiə bölmələri ilə birlikdə düşmənin reaktiv yaylım atəşi və artilleriya mövqelərinə əks hücuma keçib. Həmin mövqelərdən Xarkov şəhəri sistemli şəkildə atəşə tutulurdu. Onlar uğursuz müdafiə cəhdindəmn sonra hərbi texnikanı, sursatı və ağır silahları ataraq meşələrə qaçıblar”,-vilayət rəhbəri məlumat verib.

Bu arada Belarus könüllülərindən ibarət briqada artıq ukraynalıların tərəfindən döyüşlərə qoşulub. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Briqada komandiri bildirib ki, Belarusdan 60-a yaxın döyüşçü gəlib.

Xatırladaq ki, Ukraynada Beynəlxalq Müdafiə Legionu yaradılıb. Legiona xarici dövlətlərin vətəndaşları qoşula bilər.

 

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın 2 həftə ərzində verdiyi itkiləri də açıqlayıb.

Bildirilir ki, fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayandan 12 000-dən çox rusiyalı hərbçi öldürülüb.

Bundan başqa Rusiyanın verdiyi itkilərə aiddir: 317 tank, 1070 Piyadaların Döyüş Maşını, 120 artilleriya qurğusu, 56 reaktiv atəş sistemi, 28 hava hücumundan müdafiə sistemləri, 49 hərbi təyyarə, 81 hərbi helikopter, 482 hərbi avtomobil, 3 sürət kateri, 60 yanacaq çəni olan avtomobil, 7 əməliyyat-taktik səviyyəli pilotsuz uçuş aparatı itirib.

***

Bu gün Rusiya-Ukrayna müharibəsinin 14-cü günüdür. Ukraynanın şimal-qərb istiqamətində Polesye və Volınsk əməliyyat dairələrində, eləcə də Ukraynanın dövlət sərhədində yerləşən Nejin, İvanisa, Trostyanes yaşayış məntəqələrində, Çerniqov şəhərində döyüşlər davam edir.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi feysbuk səhifəsində məlumat yayıb.

Bildirilib ki, müdafiə qüvvələri paytaxt Kiyev şəhərindən Rusiya qoşunlarını geri oturdur. Qeyd olunub ki, cənub istiqamətində müdafiə qruplarının Ukrayna milli sərhədini, dəniz sahillərini, hava limanlarını, vacib infrastrukturlarını müdafiəsi davam edir.

“Qoşunlar başqa istiqamətlərdə sabitliyin qorunması və ərazilərin müdafiəsi üzrə əməliyyat tədbirləri keçirirlər”, - nazirlikdən bildirilib.

Rəsmi informasiyaya əsasən, Ukrayna ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya qoşunlarının mövqelərinə raket-bomba zərbərləri endirir, döyüş dəstələrinin və ölkənin vacib infrastrukturlarının hava hücumundan müdafiəsini reallaşdırırlar.

Məlumata görə, şəxsi heyətdən çoxsaylı itki verən qarşı tərəf təlim tədbirləri adı altında yığım edərək onları işğal etdiyi Krım ərazisində, Krasnodar vilayətində, Donetsk və Luqanskın ayrı-ayrı rayonlarında yerləşdirir.

 

 

Qeyd olunub ki, Rusiya tərəfi Ukraynada döyüşmək üçün könüllülərin yığılması istiqamətində fəallığı artırıb: “Ukrayna ilə döyüşmək üçün Moldovanın tanınmayan Dnestryanı bölgəsindən 800-dək əsgər toplanıb, ancaq onların mənəvi-psixoloji vəziyyəti çox aşağı səviyyədədir.

Bildirilib ki, Çerniqov vilayətində Rusiya hərbçiləri tərəfindən müvəqqəti olaraq ələ keçirilən ərazilərdə qarşı tərəf beynəlxalq humanitar hüququ pozaraq silah və hərbi texnikanın yaşayış binaları və yerlərində gizlədir. Xersonda Rusiya hərbçiləri mülki paltar geyinərək Nikolayev şəhəri istiqamətində hərəkət edirlər.

 

 

Ukraynanın Ərazi Müdafiə Silahlı Qüvvələri ölkənin Çerniqov vilayətində Rusiyanın hərbi texnika karvanını dağıdıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bir müddət əvvəl isə Xarkov vilayətində Rusiyanın hərbi texnika karvanının dağıdıldığına dair məlumat yayılmışdı. Bildirilib ki, Ukrayna hərbçiləri Xarkov ətrafında əks-hücuma keçib.

Vilayət dövlət administrasiyasının başçısı Oleq Sinequbov Rusiya hərbçilərinin Belqorod istiqamətində geri çəkildiklərini söyləyib və yerli sakinləri diqqətli olmağa çağırıb.

 

 

Bu arada Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Məlumata görə, Rusiya qoşunlarının şəxsi heyəti arasında çox sayda canlı qüvvə və hərbi texnika itkisinə görə böyük vahimə yaşanır.

Bildirilib ki, indiyədək 12 000-dən çox hərbçi zərərsizləşdirilib, 251 nəfər əsir götürülüb.

Bundan başqa, hücum edən tərəfin 49 təyyarə, 81 helikopter, 317 tank, 1 070 zirehli döyüş maşını, 120 artilleriya qurğusu, 28 hava hücumundan müdafiə sistemi, 56 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 7 PUA, 3 qayıq, 482 avtomobil texnikası məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - məlumatda vurğulanıb.

ABŞ kəşfiyyatının hesabatında da Rusiyanın böyük itkilərə məruz qalıb. Məlumatda bildirilir ki, Rusiya qoşunları mövcud hərbi texnikasının 10 faizini Ukraynada itirib.

Məlumata görə, Rusiya Ukraynada hərbi əməliyyatlar keçirdiyi iki həftə ərzində fəaliyyətdə olan hərbi texnbikasını 8 faizdən 10 faizədək itirib. Hazırda bu texnika ya məhv edilib, ya da yarasız hala gətirilib. Bildirilib ki, itirilən texnikaya tank, təyyarə, artilleriya və başqa hərbi əmlak daxildir. Məlumata görə, bu, ötən həftki itkidən iki dəfə çoxdur. Kəşfiyyatın məlumatına görə, Rusiya ötən həftə hərbi texnikasının 3-5 faizini itirmişdi.

Bildirilib ki, ABŞ Müdafiə Nazirliyinin hesabatına əsasən, Rusiya Ukrayna hərbi gücünü təxminən 100 faizindən istifadə edir.

Qeyd edək ki, Rusiya da şəhərləri bombalamaqda davam edir. Rusiya qoşunları Ukraynanın Sumı vilayətində yaşayış binalarına aviazərbələr endirib. Bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti “Telegram” səhifəsində məlumat yayıb.

“Martın 9-da düşmən aviasiyası Lebedin şəhərinin Şevçenko küçəsində yaşayış binalarına zərbə endirib. Xilasedicilərin və yerli sakinlərin operativ tədbirləri nəticəsində ikisi uşaq olmaqla 5 nəfər evlərin dağıntıları altından çıxarılıb. Həmçinin aviazərbə nəticəsində 2 yaşayış binası dağılıb”, - deyə məlumatda bildirilir.

 İşğalçı ölkədən olan terrorçular artıq Ukraynada 61 xəstəxananı sıradan çıxarıblar.

Bu barədə ölkənin səhiyyə naziri Viktor Lyaşko telemarafon zamanı xəbər verib. Onun sözlərinə görə, onların bir hissəsinin pəncərələri zədələnib, mərtəbələri atəşə məruz qoyulub. Nazir qeyd edib ki, xüsusilə, İzyumdə xəstəxana məhv edilib.

O, həm də danışıb ki, Volnovaxda xəstəxananın qəbul şöbəsi dağıdılıb, şöbə bu il açılmışdı.

 

 

Ukraynanın enerji naziri German Qaluşçenko isə deyib ki, "Zaporojye Atom Elektrik Stansiyasında (AES) 500-ə yaxın rus əsgəri və 50 ağır texnika var.

“Zavodun işçiləri fiziki və psixoloji cəhətdən tükəniblər”, - Qaluşçenko bildirib.

Nazirin sözlərinə görə, AES-də silahdan istifadə nəticəsində baş verəcək qəza Avropa miqyasında fəlakətə gətirib çıxaracaq: “Bunun məsuliyyəti tamamilə Rusiyanın üzərinə düşəcək. Bu baş verərsə, avropalılar evlərinin rahatlığını radiasiya sığınacaqları ilə əvəzləməli olacaqlar”.

Qaluşçenko beynəlxalq tərəfdaşları atom elektrik stansiyaları ətrafında hərbi əməliyyatları qadağan etmək, Rusiya qoşunlarını ələ keçirilən nüvə obyektlərindən çıxarmaq və Ukrayna səmasını bağlamaq üçün bütün tədbirləri görməyə çağırıb.

Qeyd edək ki, martın 8-də Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bildirib ki, Çernobıl Atom Elektrik Stansiyası artıq BMT-nin nüvə nəzarət orqanına məlumat ötürmür. Agentlik Ukrayna obyektində Rusiya mühafizəsi altında işləyən işçilərlə bağlı narahatlığını ifadə edib.

Xatırladaq ki, Zaporojye Atom Elektrik Stansiyası martın 4-dən Rusiya ordusunun nəzarətindədir. Fevralın 24-də isə Rusiya qüvvələri Çernobıl zonasını ələ keçirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam