Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Azərbaycanlı proqramçılar beynəlxalq poçt xidmətində təhlükəli boşluq tapıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin əməkdaşları qlobal elektron poçt xidmətinin audit yoxlamaları zamanı onun məlumat bazasına müdaxilə etməyə imkan verən yüksək riskli boşluq aşkar edib.

Yenixeber.org: Bu barədə qurumdan bildirilib.

Məlumata görə, həmin boşluq rəsmi olaraq təsdiqlənib, ona ABŞ-ın Milli Standartlar və Texnologiya İnstitutu (nist.gov) CVE-2022-35115 identifikasiya kodu verib.

Boşluq barədə qlobal elektron poçt xidmətinin təminatçısı - Çexiyanın paytaxtı Praqada yerləşən proqram təminatı şirkəti "IceWarp Inc." məlumatlandırılıb, adıçəkilən şirkət isə dərhal müsbət reaksiya verərək müvafiq boşluğu aradan qaldıran yenilənmələri tətbiq edib.

1998-ci ildən fəaliyyət göstərən və ABŞ, Almaniya, Rusiya, Çexiya və Hindistanda ofisləri olan şirkətin məhsullarından dünyada 50 000-dən çox müəssisə istifadə edir. Onun məhsulları "Exchange Server", "Office 365" və yaxud "G Suite"ə alternativ hesab olunur.

Azərbaycanlı proqramçılar beynəlxalq poçt xidmətində təhlükəli boşluq tapıb

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam