Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Yupiterin indiyə qədər mövcud olan ən aydın şəkilləri çəkilib -FOTO

NASA alimləri Yupiterin “Ceyms Uebb” teleskopu ilə çəkilmiş iki yeni ən aydın şəklini yayımlayıblar.

Yenixeber.org: Bununla əlaqədar məqalə ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin rəsmi saytında dərc olunub.

Elm adamlarının sözlərinə görə, fotoların bu qədər yaxşı alınacağını gözləməyiblər.

“Yupiteri halqaları, kiçik peykləri və hətta qalaktikaları ilə birlikdə bir şəkildə təfərrüatları ilə görə bilməyimiz həqiqətən heyrətamizdir”- deyə Berkli Kaliforniya Universitetinin astronomu İmke de Pater görüntüləri şərh edib.

Qeyd edək ki, De Pater Paris Rəsədxanasının professoru Tyerri Fuşerlə birlikdə Yupiterin müşahidələrinə rəhbərlik edir.

Onların sözlərinə görə, fotoda əks olunan planetin şimal və cənub qütbləri ətrafında görünən inanılmaz auroralar planetin maqnit sahəsindəki dalğalanmalardan qaynaqlanır. Şəkillərdə bundan başqa planetin ətrafındakı halqa, həmçinin “Amalteya” və “Adrasteya” peykləri görünür.

Yupiterin indiyə qədər mövcud olan ən aydın şəkilləri çəkilib - FOTO


Təsvirdə məşhur “böyük qırmızı ləkə”ni (şəkildə demək olar ki, ağ rəngdədir) görmək mümkündür. Qeyd edək ki, saatda 400 kilometrdən sürətlə qasırğaların tüğyan etdiyi həmin ərazinin ölçüsü Yerin diametrini 1,3 dəfə üstələyir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam