Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NASA Yupiterin “böyük qırmızı ləkə”sinin həqiqi rəngini aşkara çıxarıb

NASA Yupiterin “böyük qırmızı ləkə”sinin həqiqi rəngini aşkara çıxarıb

 

Yenixeber.org: NASA-nın “Juno” kosmik gəmisi Yupiterin əsas əlaməti olan “böyük qırmızı ləkə”nin heyrətamiz şəklini orbitdən çəkib.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadla xəbər verir ki, “böyük qırmızı ləkə” Yupiterin ekvatorundan cənubda yerləşən siklona bənzər bir fırtınadır. Eni 16 350 min kilometr olub, Yerdən 1,3 dəfə genişdir.

Qeyd edək ki, 350 ildir şiddətlə əsən qazlı “böyük qırmızı ləkə” 1830-cu ildən bu günə kimi insanlar tərəfindən izlənilir. Son zamanlar fırtınanın azalması müşahidə edilir.

Sci-news.com saytının məlumatına görə, yeni şəkil “böyük qırmızı ləkə”nin və ətrafdakı bölgələrin insan gözünün ayırd edə biləcəyi həqiqi rəngini ortaya çıxarıb. “Juno”nun aldığı təsvirdən “ böyük qırmızı ləkə”nin daxilində və ətrafında mövcud olan atmosfer zonaları aydın görünür.

Şəkil “Juno” kosmik gəmisinin Yupiter ətrafında yeddinci dəfə dövr etdiyi zaman çəkilib. Təsvir alınan vaxt kosmik gəmi Yupiterdən təxminən 9 min kilometr məsafədə olub.

“Juno”nun Yupiterə növbəti yaxınlaşması sentyabrın 1–də baş tutacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam