Dayaq
Sənədli povest (ardı)
"Xeberinfo.com": O, məni Azərbaycan Milli Aerokosmik Agentliyinin Baş direktorunun qəbul otağına aparıb Akademiklə tanış etdi. Akademik məni 1997-ci ilin yanvar ayında Tofiq İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutuna (TEKTİ) baş mühasib vəzifəsinə təyi edib, əlavəsi 50 % olmaqla aylıq əmək haqqım ücün 157 min manata (31.4 dollar) əmr veridi. Bu institut AMAKA-da ən böyük tədqiqat mərkəzi idi. Hələ gənc yaşlarımda “Elm və Həyat” dərgisinə maraq göstərir, rayondakı kiosklardan onu əldə edib mütaliə edirdim. Sanki, istədiyim bir yerə düşmüşdüm.
Ancaq bu cüzi əmək haqqı ilə dolanmaq mümkünsüz idi. T. Nizamov rəhbərlik etdiyi laboratoriyasında ixtiralarla məşğul olur, müasir tələbləri ödəyə bilən məhsuldar aparat yaradırdı. Burada onun fəaliyyət göstərən kicik müəssisəsi də var idi. Maliyyə cəhətdən çətinliyimi görüb məni mühasib vəzifəsinə təyin etdi. Onun mənə göstərdiyi qayğı demək olar ki, bu vəziyyətimdə əvəzsiz idi. Öz özümə sual verir və düşünürdüm ki, doğrudanmı Tofiq Rəfibəyov və Mehdi Məmmədovdan sora Tanrı mənim üçün yeni bir DAYAQ yetirib?
Baş direktor (O,nazir hüqunda idi) məni vəzifəyə təyin edəndə tapşırığını vemişdi ki, instituta rəhbərlik edən Novruz adında şəxs icraçı direkrordur, orada həqiqi direktor Akademik özüdür. Uzun müddət istehsalatda işlədiyimdən Akademikin-Baş direktorun nə demək idtədiyi mənə aydın idi. Novruz deyilən isə qırmızı kostyum geyinib qızılı dişlərini göstərə- göstərə, başını əsdirə-əsdirə cox elm adamlarına fors atırdı. Firsət əlimə keçdikcə yavaş-yavaş onun fəaliyyət dairəsini daraldırdım.
Bir gün Agentlikdən sifariş gəldi ki, filan sənədləri hazırla gətir Agentliyə təhvil ver. Novruz gədə sənədi imzalamaqdan imtina etdi. Mən də neyləyə bilərdim ki. Sənədi əyləşdiyim stolun yeşiyinə qoydum. On gündən sonra Agentliyin rəhbərliyi sənədi nə səbəbə gətirmədiyimi soruşanda dedim ki, İcraçı direktor sənədi imzalamaqdan imtina edib. Dedilər ki, sənədi təcili gətir. Sənədi Agentliyə təqdim edib geri instituta qayıtdım. Günortadan sonra Novruza Agentlikdə hansı formada mismar çalmışdılarsa mühasibatlığa qıpqırmızı bir vəziyyətdə daxil olub “Mühasibatlığını da götürüb buradan rədd ol”-, dedi. Elə mühasibatlıqda işləyənlərin qarşısında “ Özün elə rədd ol, elmi şöbənlə bərabər”,- deyə məndən cavabını aldı. Bundan sonra bu gədəni Akademik vəzifəsindən azad edib, baş idarəyə apardı, oradan da başından bir yolluq rədd elədi.
Baş direktor İnstituta texnika elmləri doktoru Rafael Əbülfəz oğlu Tağıyevi direktor təyin etdı. Əvvəlcə onun mənfi cəhəti haqqında demək istəyirəm. Körpəlikdən rus dilli olduğundan Azərbaycan dilində yazıb oxumaqdan məhrum idi. Bundan başqa fakta yox, ona kənardan deyilən yalanlara daha çox inansa da mənimlə mehriban dolanırdı...
Baş direktor Akademik Ali Attesaya Komissiyasna Sədr vəzifəsinə təyin ediləndən sonra bilirdim ki, “AZƏRQUŞSƏNAYE”nin başına gətirilən müsibət AMAKA-da da (Azərbaycan Milli Aerokosmik Agentliyi) təkrar olunacaq. Kosmik elm sahəsində yeganə elmi kadr, Beynəlxalq Astronavtika Fedarasiyasında (BAF) tanınan ingilis dilli Rüstəm Baloğlan oğlu Rüstəmov idi. Onu AMAKA-ya baş direktor təyin etmək əvəzinə həmin elmdən tam xəbərsiz olub, ancaq kommersiya işlərindən daha cox baş aça bilən Əflatun Həsənov adında birisini Azərbaycan MEA 23.04.2003-cü il tarixdə Baş direktor vəzifəsinə təyin etdi. Beləsini təyin etmişdilər ki, AMAKA-nın axırına çıxsınlar. Agentliyin ətrafını alverçi yuvalarına çevirmişdilər. Artıq ərazidə göydələn yaşayış binası ucaldılırdı. Agentliyin dağıdılmaması üçün var gücümlə çalışırdım. Məsuliyyəti tək başına öz üzərimə götürüb 23.11.2004-cü il və 12.12.2005-ci il tarixlərdə Respublika Prezidentinə müraciət ünvanladım. Prezidentin və R.Rüstəmovun iri fotolarını yan-yana birləşdirib ondan kömək istədim. Nəticəsi o oldu ki, yeni təyin olunmuş Baş direktor AMAKA-da mənim iştirakımla direktorların toplantısını keçirdi. İşlədiyim TEKTİ-nin (Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu) direktoru Rafael Tağıyev toplantıdan yayınmışdı. Bilirdim ki, bu toplantı mənim Prezitendə müraciətimlə əlaqıdardır. Əflatun Həsənov yığıncaqda yazdıqlarımı təqdir etdi, narazılığı o oldu ki, Rüstəm kimdir ki, Prezidentin fotosunu ilə onunkunu birləşdirmişəm. Yazdığımın bir nəticəsi də bu oldu ki, Agentliyin ətrafındakı alverçi yuvalarını və ərazidə baş qaldıran 14 mərtəbəli yaışayış binasını hökumət söküb dağıtdı. Bundan sonra əleyhidarlarım da məni vəzifəmdən azad etdirmək üçün ağıla sığmaz iftiralar yaxmağa başladılar. Həmin ərəfədə ilk qələmə aldığım “Həmzələrin satacaqlar Ana torpaq səni-səni” müxəmməsim mətbuatda dərc olundu. Agetlikdə də həmzələr az deyidi.
Agentlikdə işləməyin mənasız olduğunu yəqin edən R.B.Rüstəmov 01.03.2004-cü il tarixdən AMAKA-nı tərg etmişdi. R. Rüstəmov Azərbaycanda fəaliyyət göstərən elm müəssisələrinin heç birisinə möhtac deyildi. BAF-la işləməyi əla bilirdi. Artıq AMAKA-dan elmi kadrların köcü başlanmışdı. Həmin illərdə yuxarı dairələrdə əyləşənlər neft sahəsində işləyənlərin üzdən iraq kəramətli insanlarına böyük diqqət yetirirdilər.
MSN 08.01.2007-ci il tarixdə nöyüt (neft) elmləri doktoru Alçın Şirin-Zadəni Agentliyə baş direktor vəsifəsinə təyin etdi. Yeni baş direktor Lənkaran ləvənginin dadına baxandan sonra TEKTİ- direktoru Rafael Tağıyevi vəzifəsindən azad edib yerinə səviyyədə ondan aşağı olanın birisini təyin etdi. 2007-ci il fevral ayının 2-də məni Agentliyə çağırıb fevralın biri tarxdən vəzifəmdən azad olmağıma ərizə yazdırdılar. Səbəbi də bu olmuşdu ki, baş direktor mənə inanmır. TEKTİ-də inanılan və Alçının özünə oxşar mühasibi isə təsərrüfat xərcində yekəbaş alim direktora kəf gəlmışdi.
68 yaşımda 87 manat təqaüdlə bayıra atılmışdım. Düzünü deyim ki, onsuz da 70 yaşım tamam olanda vəzifəmdən özüm gedəcəydim. Mənim barəmdə müəssisələrdə zorakılıq tətbiq olunmasına dözmürdüm. Mənə qarşı nə qədər fiziki və mənəvi zorakılıq tətbiq olunar, nə qədər söyülər, nə qədər təhqir olunardım, nə qədər müxtəlif bəhanələrlə vəzifəmdən azad edilərdim. Axı mən neyləmişdim. Başlarından böyük qələt dartanlar dövlətin səlahiyyətli şəxsləri, o cümlədən direktorların özləridir. Mühasiblər isə təsərrüfatlarda baş verən əməliyyatların şəklini çəkəndir. Alçının kütbeyinliyi onda idi ki, A.Mirzəcanzadədən sonra plagiatlıq yolu ilə AMAKA-da alim olan səviyyəsiz müavin və direktorların özlərinin cinayətlərini və günahlarını gizlədib baş qarışdırmaqla mənim barəmdə ona diqtə etdikləri “kəşf” lərinə inanmışdı. ”Su axar, çuxurunu tapar” demişlər.
Əlbəttə mənim onunla işləmədiyim halda inanıb inanmamasına əsaslı dəlil, sübut yox idi. Qazandığımız müstəqillikdə vəzifəli şəxslər “Bagdatda kor xəlifə, burda mənəm” rolunu oynayırdılar. Mən yersiz incidildiyimdən qətiyyən anlamadığı bir sahədə vəzifə tutan mənliksizın cavabını verməliydim. “Doktor” adında 84 misradan ibarət qoşma yazıb ünvanına göndərdim. Həmin qoşmadan 12 misra “ Tanrısız yerdə otur, böyüksüz yerdə yox” başlıqlı publisistik yazımla birlikdə 2009-cu ilin iyun ayında mətbuatda dərc olunmuşdu. Həmin qoşmadan bir dördlük:
Saxta diplomlara möhür basdınız,
Elmi titulları pula satdınız,
Sabahkı günə də qarant aldınız,
Ölkəyə saldınız talanlar, doktor.
aprel 2007-ci il.
Elə birinci gündən onun kim olduğu Lənkaran səfərindən sonra məlum olmuşdu.
Surəti Nazirlər Kabinetinə olmaqla Baş direktora rəsmi olaraq cavab göndərdim. Məktubda ondan soruşurdum, Alçin Şirin-Zadə aşağıdakı üç suala cavab verə bilərmi:
<! 1.AMAKA-nı bu kökə salanlarla fərqinizi nədə görürsünüz?
< 2.BAF-la danışıq aparmağa cəsarətiniz varmı?
< 3.Kəmfürsətlikdə hansı millətə oxşayırsınız?
Məktub “Müxalifət” qəzetində ixtisarla da olsa 2007-ci ilin may ayında dərc olunmuşdu.
Sərbəstliyimdən istifadə edərək müxalif mətbuatlarında geniş həcmli 9 iyul 2005-cil tarixdə “Haqqını xaricdə tapan alim”, 14 iyun 2007-cil tarixdə “AMAKA faciəsi və ya unutsaq unudularıq”, 19 iyun 2009-cu il tarixdə “Milli Aeorokosmik Agentlikdə alimlərin faciəsi”, 2-8 aprel 2010-cu il tarixdə “İdarə edənlər kimlərdir və necə idarə edirlər? adlı publisistik yazılarımla diqqəti cəlb edir, yuxarı dairələri titrəməyə məcbur edirdim.
Son iki baş direktorun (Əflatun Həsənov, Alcın Şirin-Zadə) fəaliyyəti ilə Beynəlxalq aləmdə öz nüfuzunu itirən AMAKA MAKA-ya, daha doğrusu bir elmi fəliyyət göstərməkdən cox ictimai təminat müəssisəsinə çevrilərək MSN –nin tabeliyinə kecdi.
Xoşagəlməz cəhət nədə idi. A. Şirin-Zadədən əvvəl keçmiş Baş direktor, akademik, onun birinci müavini Rüstəm Rüstəmov uzun müddət Avropada yaşayaraq ingilis dilini mənimsəyib AMAKA-da vəzifə başında əyləşmişdilər. R.Rüstəmov isə müvəqqəti olaraq baş direktor vəzifəsində işləyərkən AMAKA-nı BAF-a üzv etdirmiş və kosmik elm sahəsində federasiya ilə əlaqəli işləyirdi. BAF-la işləmək isə asan məsələ deyildi. Hər şeydən əvvəl ingilis dilini bilmək və elmin bu sahəsində kifayət qədər təcrübə tələb olunurdu. Kosmik elm sahəsindən xəbərsiz, ingilis dilini bilməyən nöyüt alimi A. Şirin-Zadə isə xaricə səfərlərində BAF-dan yayınırdı.
Anlaşmadan ad almısan, doğru hara, “alçnıy” hara,
Dərk etməkdən uzaqdasan, nöyüt hara, kosmos hara,
Kosmik elmə ömür verən Rüstəm hara, Alçın hara,
Yetmiş yaşda zurna sevən, gorda çalar, gecdir daha,
Aftafayla ləyən verən, dəsmal tutan elmə yara,
Məqaləbaz sürük, itil, xam xəyalsan neftçi alim.
Əyləndiyin Afrikadır, dərs alırsan bilməzlərdən,
Bəyəndiyin Hindistandır, can tapırsan Nərgizlərdən,
BAF bu elmin dayağıdır, yan keçirsən Avropadan,
Dərkin, bilgin bayağıdır, çox kasıbsan anlamaqdan,
Cəhdin falçı sayağıldır, oyuncaqsan gedişatdan,
Yığ şələni AMAKA-dan sürük burdan qazçı alim.
Yekənizə kələk gəldi, tülkü sifət çayçı gədə,
Xərcinizə ortaq çıxdı pulvəsait qapdı gədə,
Böyüyünüz əhsən dedi bu bilgisiz cəsarətə,
Şərikiniz pul buraxdı səmərəsiz səyahətə,
İşiinizə dayaq durdu- xeyriyyətsiz bəd niyyətə,
Ögeysiniz kosmik elmə mənsəb güdən yolçu alim.
Elmin, səyin haramlaşıb, utanmadan danışırsan,
Kosmik bilgin nöyütləşıb. Hansı adnan yaşayırsan,
Beynin, dərkin kirəcləşib, əqidədən yarımçıqsan,
Müavinin cinkartlaşıb, pay-bölüşdən yadındasan,
Neftin, qazın cəncəlləşib, dollarlardan kasıblarsan,
Baş ağrısı qalar sizə sarlarından falçı alim.
noyabr 2014-cü il.
Xaricə elmi səfərlərə getməzdən əvvəl elmi və iqtisadi çəhətdən inkişaf etmiş ölkələrin insanlarının arasında uzun müddət yaşamaq, onların ictimai, siyasi, elmi fəaliyyətlərindən, bir-birilərinə qarşı münasibətlərindən xəbərdar olmaq, onların dilində yazıb oxumağı öyrənmək məcburidir. Hazırda dünya üzrə kosmik elmin mərkəzi Beynəlxalq Astronavtika Federasiyasıdır. İngilis, fransız dilini bilməyib tərcüməçi ilə səfərə çıxmaq ancaq şəxsi maraqlara xidmət edir.
Kababtirovkadan qayıdandan sonra isə ona-buna yalvarır ki, ona bir məqalə yazsınlar. İş görmək əvəzinə başdan sovdu yazılan məqalələr dövlətə heç bir xeyir vermir. Nöyüt sahəsinin elmləri doktoru Alçın başını qaldırıb baxa bilmir ki, AMAA-da (Azərbaycan Milli Aviyasiy Akademiyas) şöhrətli alimlər var ki, məqaləbazlıq mərəzindən uzaq olub elə ixtiralar edirlər ki, ixtiralar xalq təsərrüfatına milyon manatlarla xeyir verir, verilmiş ideyalar həyata keçir. Bu elmlər doktoru az və ya cox dərəcədə anladığı neft sahəsində-“Neft Daşları” NQÇİ-nin rəisi vəzifəsində işləməyi bacarmaybsa, anlamadığı kosmik elm sahəsində necə işləyə bilər? Bəs A. Şirizadənin faliyyətinə necə qiymət vermək olar? Kosmik elmdən tam xəbərsiz, anlamadığı bir elm sahəsinə dürtülüb şəxsi maraqları naminə MAKA-nı ictimai təminat şöbəsinə çevirən, səviyyəsizliyini və məsuliyyətini dərk etməyən mənsəbpərəst. “Əfsanəvi insan” kitabında özünü Beynəlxalq Şərq Neft Akademiyasının akademiki (sə.117) adlandıran A. Şirin-Zadə kosmik elm sahəsinə soxulmaqla şöhrətini tam itirdiyini anlayırmı? Aqillər belə deyiblər “Qanmırsan ki, qanmırsan. Qanasan ki, qanmırsan qanarsan”. Şübhə etmirəm ki, əgər Azad Mirzəcanzadə bu gün yaşasaydı onu bu ləyaqətinə görə “tərifləyər” və verdiyi elmi titulu da geri alardı. Elm sahəsini ancaq dərinliyinə, genişliyinə, sonsuzluğuna görə astral aləmlə-kainatla müqayisə etmək mümkündür. Yer kürəsində cəmi 70 il ömür sürən alim elmdən gözlə görünməyən kicik bir hissəcik qədər nəsə götürə bilibsə bu insan üçün ən faydalı haldır. Bunun üçün sabit bir işdə davamlı olaraq elmi tədqiqat işini aparmaq lazımdır. Alçın kimi irəli-geri hoppanmaq lazım deyil. A. Şirin-Zadə Azad Xəlil oğlu Mirzəcanzadəyə həsr etdiyi monoqrafik xarakter daşıyan bu elmi əsəri ilə xeirhaqq iş görsə də, həmin elm sahəsindən uzaqlaşıb beyninin-dərketməsinin kirəcləşən vaxtı dərk etməsi mümkün olmayan kosmik elmə girişməsi isə əvvəlki neft sahəsindəki elmə xəyanət deməkdir. Bununla yanaşı hal-hazırkı əməlləriylə sübut edir ki, elm sahəsində əqidəsi sabit, sağlam insan deyil.
A.Şirin-Zadənin Kosmik elmi dərk etmədiyi bir yana qalsın, yeznəsini kosmik elm sasində elmi adamı kimi görməyə dəfələrlə cəhd edib. Elmi rəhbər də Tofiq Sülemanov olub. AMAKA da isə kosmik elmlə məşğul olan, ingilisdilli A.Mehdiyevi R.Rstəmovu, S.İbrahimovanı, K. Hüseynovu, rusdilli R.Tağıyevi, F.Hacıyevi görmüşəm. Şəxsən tanımadığım, ancaq eşitdiyim P.Hüseynov və Portus da kosmik elmlə məşğul olublar. T.Süleymanovun kosmik elmdən anladığı 30-40 il bundan əvvəl Akademik Tofiq İsmayılovun dövründən işlənmiş elmi ifadələri-təcrübələri təkrarlamaq və dərk edə bildiyi “Çöldəki ölçmələrin emalı və sistemləşdirilməsi”dir. İnformatika anlayışlı Tofiq Süleymanovdan Tofiq İsmayılov olmayacaq. AMAKA sistemində heç bir əziyyət çəkmədən elmlər doktoru olmaq təcrübəsi var. A.Şirin-Zadə həmin təcrübədən istifadə edə bilsə qohumu elm adamı yox, Xəlifə ola bilər. A.Şirin-Zadə və onun tərcüməçi qohumu anlamalıdır ki, tərcüməçi yaxşı linqvistliklə bərabər həm də dərrakəli etnoqraf olmalıdır.
T.Süleymanovun alim yox, kim olduğunu bilmək istəyənlər respublikada kosmik elm sahəsində BAF-da tanınan yeganə alim, 26 il AMAKA-da işləyən R.Rüstəmov vəzifəsindən çıxandan sonra, Tofiq Süleymanov səlahiyyətindən istifadə edib R.Rüstəmovun arxasınca yazdırdığı “AMAKA-nın Direktorlar Şurasının 29.07.2005-ci il tarixli keçirilmiş iclasının 4 saylı protokolu”na baxmaları kifayətdir. Bax bu günlərdə -2014-cü ilin noyabr ayında bir elmi toplantıda T.Süleymanov yazdıqlarından utanmadan R.Rüstəmovu qucaqlayıb ona yrınmasına görə bu adam deyilənə nə ad vermək olar? İnsanda neçə sifət olarmış. Daha doğrusu həmin protokolu tərtib etdirən və edənlərin hərəkətləri, çıxışları və mövqeyi İ.V.Stalindən sonra eyniylə A.İ. Mikoyanın əməllərini xatırladır. Haqlı deyilib: ”Alim olmaq asandır, adam olmaq çətin”, Alçın Şirin-Zadə və Tofiq Süleymanovla birlikdə MAKA-nı tam olaraq ictimai təminat –pensiya idarəsinə çevirməsi respublika hökumətinə, onun elminə ağıla gəlməz xəyanətdir.
“Ağıl yaşda yox, başda olar” demişlər. A.Şirin-Zadə və T.Süleymanov gənc deyillər. Gözləri yaxşı görür ki, onların elm yox, təqaüdçü təşkilatı olan MAKA-sının düz on iildir BAF-la əlaqəsi üzülüb. Bu iki nəfər hələ də başa düşmək istəmirlər ki, BAF-la əlaqəli işləmədən müasir dövrdə kosmik elmdən müdafiə etmək, bu elm haqqında nəsə yazmaq, mövzuya elmi rəhbər olmaq falçılıqdan başqa bir şeyə dəyməz. Bu yaramaz əməlləri eşitməmək üçün iki qulaqdan və görməmək üçün iki gözdən gərək məhrum olasan ki, qəti tədbir də görməyəsən.
Milyon manatlarla MAKA-nı maliyyələşdirən şəxs görəsən vəsaiti cibindən, yoxsa dövlət büdcəsindən ödəyir? İnanılası deyi ki, bu sahəyə sərf olunan vəsait şəxsi büdcədən ödənilsin. Müstəqil dövlətimizdə bir qaydadır ki, kim güclüdürsə çömçəsini büdcə qazanına salıb istədiyi məbləğdə pul vəsaiti götürə bilər.
Bəs neyləmək lazımdır? Nöyüt alimliylylə, ikiüzlülüklə, yüksək mənsəb sahiblərinə yarınmaqla, plagiatlıqla, informatik anlayışlarla, keçmişin kölgəsində avazlanmaqla, əhəmiyyətli bir iş görməyib, büdcə vəsaitini havadar və əshabələrlə birikləşib pay-bölüş etməklə respublikada kosmik elmə rəhbərlik etmək mümkünsüzdür. Hal-hazırda respublikada kosmik elml inkişaf etdirməyə çalışan kiçik qruplar fəaliyyət göstərirlər. Ancaq bu qrupları birləşdirib vahid kosmik mərkəz yaratmağı bacaran, BAF-da tanınan yerli kadrımız olsa da yüksək mənsəb sahiblərinin dargözlüyü səbəbindən kosmik elmin inkişafdan respublika nəinki geridə qalıb, bu elm sahəsi yerli- dibli yoxdur.
Dayaq hesab etdiyim Telman İnayət oğlu artıq AMAA-da (Azərbaycan Milli Aviasiya Akademiyası) Elmi-Tədqiqat Nəqliyyat və Aerokosmik Problemləri İnstitutu Konstruktor Bürosunun rəisi vəzifəsində işləyirdi. Həm taxıl toxumlarının səpindən qabaq işlənilməsində, həm də genbank tədqiqatlarında çox ciddi elmi axtarışların aparılmasına, ozonlaşdırmanın optimal dozalarının və bu dozaları əldə etməyə imkan verən qurğuların və texnologiyaların hazırlanması üzrə tələb olunan layihənin tətbiqinin müəllifi, tenika elmləri doktoru Milli Aviyasiya Akademiyasının akademiki, Dövlət mekafatı laureatı, hazırkı istehsalata tətbiqində özünü doğruldan bir sıra ixtiralarına görə mühəndislik rəşadəti qızıl medalının sahibi olmuş Telman İnayət oğlu Nizamov artıq respublikada körkəmli şəxsiyyətdir.
Onunla işlədikcə, təmasda olduca heç kəsdə görmədiyim saysız müsbət keyfiyyətlər müşahidə edirdim. Görürdüm ki, dilindən bir kəlmə də olsun yesiz söz buraxmamaqla yanaşı danışanda bildiyini faktlara, elmi ədəbiyyata əsaslanıb sakitliklə sübuta yetirir. O, “BAİL-1” qurgusunu böyük zəhmətlə hasilə gətirib istehsal sahələrinə verəndə bildüm ki, satış qiyməti yarıbayarıdır. Dedim ki, bu qurğunu niyə yarı qiymətinə verirsiniz? “Bu qurğunu hələlik alanlara tanıtmağa çalışıram ki, Azərbaycanda belə məhsuldar qurğu ixtira olunub”-, deyə cavab verdi. Həqiqətən neft sahəsindəki İstelakcılar sonradan həmin qurğunun sifarişciləri oldular.
Telman müəllimi elm insanı kimi əksər elm insanlarından fərqləndirən üstün cəhət o idi ki, mətbuatda elmi statyalarla çıxış etmək mərəzindən uzaq olub, düşünərək istehsalatda tətbiqi mümkün olub xalqa, dövlətə xeyir verə bilən ideyanı, ixtiraları ortaya çıxara bilibdir. Təşəbbüskarlıq, düşünmək, daim elmi axtarışda olmaq ən üstün cəhətləridir.
Tabeliyində olan elmi kadrların daim əmək haqlarının artırırılması qayğısına qalır, rəhbərlikdən onların mükafatlandırılmasına müvəffəq olurdu. Tabeliyində olan elmi kadrlarla bərabər daim axtarışda idi. Kiçik müəssisəsində vergi və sosial sığorta qanunlarına əməl edilməsini daim nəzarətində saxlayırdı.
Dözüm onda ən yüksək səviyyədə idi. Agentlikdə işlədiyi müddətdə hər növ haqsız təzyiqlərə sinə gərmiş, ona atılan badalaqları dəf edə bilmişdi. Elə bir insan yoxdur ki, hər tərəfli həyatı xoş keçsin. Bu mənada onu deyə bilərəm ki, fiziki yox, mənəvi cəhətdən ona özündən asılı olmayan səbəblər üzündən zərbələr dəysə də özünü itirməmiş, bir kişi kimi şərəf, şöhrətlə ömür sürməyi və insanlar arasında hörmət qazanmağı bacarıb, övladlarının xoşbəxt yaşamalarına tam şərait yarada bilibdir.
Birlikdə işlədikcə onda mərdlik, səxavətlik alicənablıq, əliaçıqlıq, geniş ürəklik kimi keyfiyyətlərini, əqidəsinin sağlam və sabit olduğunu da görürdüm. Bu kimi keyfiyyətlər isə insanın kökündə, genində olur. Başqalarından soruşub, öyrənə bildim ki, Telman kişi elə sınaqdan çıxmış bir kişinin oğludur.
Elə bilirdim o, məni unutmuşdu. Sonra gördüm ki, bir müəssisədə işləməsək də Telman İnayət oğlu nəinki məni yaddan çıxarmamış, hətda Bayram payları ilə yanaşı nəvələrimə də sovqat göndərməyi unutmamışdı.
Araşdırmalarımda insana xas olan bütün müsbət cəhətləri özündə birləşdirən Telman İnayət oğlu haqqında belə nəticəyə gəlirəm ki, Tanrı onu xalqımıza elm-istehsalat və ləyaqət rəmzi kimi bəxş edibdir.
Var səxavət-əldən tutur, sərraf gəlib kişi gedir,
Var dəyanət- dayaq durur, comərd çəlib oğul gedir,
Var ədalət- haqqı deyir, düz yol seçib uzaq gedir,
Var ləyaqət- heysiyyətdir, şərəf, mənlik rəmzi gedir,
Elmi şöhrət, qızıl medal sahibidir Telman kişi.
oktyabr 2014-cü il.
Azərbaycan dilinin izahlı lüğətində meyar-ölçü, əsas cəhət, əyar – qiymətli metalın saflıq dərəcəsi kimi izah olunur. Bəs əsas cəhətinin meyarla və saflıq dərəcəsinin əyarla müəyyən edilməsi mümkün olmayan nəsə varmı? Bəli var. Bu insanlıqdır. O da Telman İnayət oğlunun genindədir, qanındadır ki, kifayət qədər özünü əməlisalehliyində təsdiqini alıbdır.
Həyatımda keçən günləri xatırlayıb hadsələri bir-bir yazdıqca sevinirəm ki, Kənd təsərrüfatı elmləri namizədi, gəncəli Tofiq Mikayıl oğlu Rəfibəyov və İqtsad elmləri namizədi, Göyçaylı Mehdi Məmməd oğlu Məmmədovdan (hər ikisi dünyalarını dəyişib) sonra uğuruma çıxıb mənə üçüncü DAYAQ texnika elmləri doktoru akademik Ağdaşlı Telman İnayət oğlu Nizamov olub.
Bir də xatırlayıram ki, çətin anımda uğuruma çıxan fizika-riyaziyyat elmləri doktoru Yardımlı Bəhmən Yunus oğlu Sultanlı olub ki, məni Tofiq İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda vəzifəyə sahib olmağıma zəmanət verib, keçirdiyi yubiley ilinə elm insanları ilə yanaşı məni də dəvət edib.
Unutmuram ki, Yardımlı Bəbir Abi oğlu Tağıyev “Mənim təqaüdüm səninkindən 150 manat çoxdur”-, deyib yeri düşəndə məni naharlara, bəzən də çay içməyə də dəvət edib.
Son iki nəfər haqqında demək istədiyim odur ki, həmin elm insanlarının məndən heç bir asılacaqları olmayıb. Elmi titulum olmasa da tanış olandan sonra söhbətlərimiz və xarakterlərimiz, möcud həyata baxışlarımız, münasibətlərimiz uyğun gəldiyindən həyatda yoldaş olmuşuq.
Əlavə olaraq bunu demək istəyirəm ki, Bəhmən Sultanlı barədə “Haqq-ədalət sorağında” adlı kitabımda ədəbi, siyasi, elmi cəhətdən belə demək mümkünsə öz dərkim daxilində samballı dastan yazsam da Bəbir Abi oğlu Tağıyev haqqında son sözümü deyə bilməmişəm.
Bəbir Tağıyevin “Azərbaycan elmi və ədəbiyyatı inkişafdadır” və “Haqq-ədalət sorağında” adlı kitablarımda onun elmi yaradıcılığını, elm insanı kimi şəxsi keyfiyyətlərini araşdırmışam. Ancaq onun xaricdəki elmi fəaliyyəti haqqında məndən asılı olmayan səbəblərə görə araşdırma apara bilməmişəm. “Çayiçmə” məsələsini ona görə qeyd edirəm ki, Müstəqil olduğumuz bir dönəmdə soyğunculuğun, özbaşınalığın, fırıldaqçılığın, insanların addımbaşı aldadılmalarının, işsizliyin qarşısının alınmaması, imkansız insanların qapısından icəri girib necə yaşaması haqqında düşünüb soruşan yox, necə deyərlər millətin bir millət kimi milli keyfiyyətlərindən uzaqlaşıb çırlaşması sürətini daha üstün görürəm.
Bu son kitabım Bəbir Abi oğlunun adına bağlanmalı idi. Maliyyə çətinliyi ilə qarşılaşsam da kitabın nəşrindən ümidimi üzmək istəmədim. Həyatda qoyulmuş qaydalara, qanunlara davamlı olaraq riayət və işində məsuliyyətinı dərk etməyi insan ləyaqətinin özəyi kimi anlayıram.
Nəhayət faciəmiz nədədir? Yaşadığımız mühitdə hələ də mənsəbpərəstliyin və elmdə, idarəetmədə başqasının üstün cəhətlərini qəsdən görməzliyin, təkəbbürlüyün girovundayıq. Xoşbəxtliyimiz ondadır ki, milli xisləti, xiqəti unutmayıb xalqı arxasınca aparmağı bacaran, insanlara dayaq olub, yuxarı dairələrdə sözü keçən alimlərimizin himayəsindəyik.
Konkret olaraq bəs insan necə olmalıdır? 2013-cü ilin ortaları idi. Yaşadığım qəsəbənin şimal şərqində keçib Zığ qəsəbəsinə gedən yola çıxmağa çalışırdım ki, 45-50 yqşlarında ağ bəniz bir kişi məni adımla səslədi. Mən onu güclə tanıya bildim. Onunla 1983-1985-ci illərdə birlikdə işləmişdik. O vaxtdan artıq 28 il keçmiş, bu kişini indi yaşa dolduğundan onu tanımaq mənə çətin görünmüşdü. Hal-əhval tutub birlikdə işlədiyi şefini xəbər aldım.
-Ölüb,-dedi.
-Niyə, o,ki, fiziki çəhətdən sağlam idi.
-O. səhhətinə görə ölmədi. Özündən diribaş adamlar onun pulunu kredit adına alıb faiz verəcəklərini öhdələrinə götürsələr də, bir-iki dəfə faizin məbləğlərini ödəyib sonra öhdəliklərindən imtina etdikləri üçün şefin pul vəsaiti buxarlandırıldığı səbəbindən də onun ürəyi döyünməkdən qalmışdı.
Nə vaxta kimi dövlətdən söküb, təsərrüfat rəbərinləindən məcburi qaydada vəsait qopardılıb səlahiyyətli dövlət məmurlarına uçot-hesabatda görünməyən dolya daşınacaqdı? Nə səbəbə müstəqil işləməyi bacaran təsərrüfat rəbərləri dövlət müəssisəsələrindən söküb şef deyilənə hər ay başı tələb olunan məbləğdə dolya verməkdən imtina edəndə həbs olunub ailəsi, Anası, balaları ağlar qalmalıydı?
Olmazdımı şef deyilən ittifaq vaxtı təsərrüfatdan mənimsədiyi vəsait hesabına Müstəqil dönəmdə bir özəl müəssisə təşkil edib minimum 50 nəfərə iş yeri açaydı ki, özündən diribaş olanlar da onun vəsaitini kredit adıyla əlindən alıb buxarlandırmayaydılar?
Əgər SSRİ kimi imperiya yaşasaydı hökumətin uçotunda oturmayıb gizlində fəaliyyət göstərən şef adlı NKVD-si hələ çox insanları həbs etdirib saysız Ana-övladları ağlar qoyacaqıydı...
Körpəlikdən Anadan və Atadan məhrum olub, 1930-cu ildən 1960-cı ilin sonuna kimi baş mühasib vəzifəsində işləyib, sonda təqaüd almayan Atam Sarı Həsən oğlunun və altı yaşında körpələr evinə düşən, ömrünü SSRİ impaiyasının quruculuğuna qurban verən Mehdi Məmməd oğlunun valideyni, tərbiyə, təhsil və çörək verib böyüdəni, məsul vəzifəyə təyin edəni bu imperiya olmuşdu ki, kommunizm quruculuğunu da bu kimi əqidəsi sağlam insanlarla qura bilərdi, səlahiyyətli vəzifələrdə əyləşən quldur, əxlaqsız dəstələriylə yox.
İstehsalat və elm müəssisələrində mənim haqqımdə söz tapa bilməyib ünvanıma “Naharın zəhirmara dönsün”, “O, rəqəmləri cəmləyə bilmir”, “Mühasibatlığını da götür buradan rədd ol”, “Onun yerişinə bir baxın, alkaşın biridir”, “Mən sənə inanmıram” deyib, mütiləri ətrafına yığaraq dövlət əmlakını mənimsəyən təsərrüfat rəhbərlərinin düşünmə qabiliyyətlərini itirərək manqurt olduqlarını öz dilləriylə təsdiqlıyirlər. Heç bir şübhə yeri yoxdur ki, bu kimilər keçmiş ittifaqın akademikii Aqanbekyanla bir döşdən süd əmənlərdir. Birinci sübut: Mən Gəncədə iqtisad fakultəsində təhsil alarkən ermənistanlı olan iki nəfər həmişə erməni dilində danışmağı çox sevirdilər. İkinci sübut: Ali təhsil alan vaxtda yazımın əvvələrində adını qeyd etdiyim Şəmkirli Ramiz bir gün biz dörd nəfərin qaldığı otağa gəlib məndən belə bir xahiş etdi ki, riyaziyyatdan verilmiş tapşırığın həllində ona kömək edim. Dedim ki, nə səbəbə otaq yoldaşına müraciət etmirsən? O: “Səndə xainlik xarakteri yoxdur. Acaq erməni dilində danışıb, o tərəfdən gələnlər xain olurlar. O, verilən tapşırığı qəsdən səhv edər ki, mən biabır olum”-, deyə cavab verdi. Hörmətli oxucular, başqa sübutlar da lazımdırmı??? Bu kimi iki ayaqlı varlıqların sənəti başqasına şər atmaq, yuxarıdakı mənsəb sahiblərinə yarınmaq, insan ağlına sığmaz hər növ vələdüzinnalıqlara xidmət etməkdir.
Müharibəsiz bir şəraitdə insan üçün əsasən iki növ təhlükə var:
1.Narkotik vasitələrə və spirtli işkilərə aludəlik,
2.Tamah, özündən üstün keyfiyyətlərə malik şəxsin yaradıçılığnı qəsdən görməzlik-xainlik və qəddarlıq. Sonu görünməyən tamah qəddarlığa gətirib çıxarır. Bax bu ən təhlükəli cəhətdir ki,”Bağdadda kor xəlifə, burda mənəm” deyərək sonda ölümlə qarşılaşırlar. Necə ki, başqasının müvəffəqiyyətlərindən gözü tökülən xain qarşılaşmışdır. Ən böyük faciələrimizdən biri də tamahla qəddarlığın birləşməsindədir. Bunun da ictimai kökləri var. Yəni, istər keçmiş, istərsə də yeni ictimai-iqtisadi quruluşlar sağlam və düzgün elmi, iqtisadi, siyasi əsaslar üzərində qurulmamış və qurulmayıbdır.
Həyata qədəm basmış İnsan inkişaf edib müəyyən mənsəb sahibi olduqdan sonra imkanı daxilində yaşamaqda dara düşən insanlara kömək əlini uzadıb DAYAQ durması onun mənliyini aşkar edir, ona xalq arasında əvəzsiz şöhrət gətirir. Necə ki, mənə DAYAQ durublar.
dekabr 2014-cü il.