Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Tovuz döyüşləri şəhidinin ildönümü ilə bağlı tədbir keçirilib

 

Biləsuvar rayonunda Tovuz döyüşləri şəhidi, baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun ildönümü keçirilib.

Yenixeber.org: Tədbirdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları və gənclər iştirak ediblər.

Ziyarətçilər şəhidin ailəsinə baş çəkib, onun dəfn olunduğu Aşağı Cürəli qəbiristanlığını ziyarət edib və ruhuna dualar oxuyublar.

Şəhidin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edənlər şəhid baş leytenant Rəşad Mahmudovun Tovuz döyüşlərində göstərdiyi şücaətindən söz açaraq onun qəhrəmanlıq nümunəsinin bütün gənclər üçün böyük fəxr və örnək olduğunu bildirib. Vurğulanıb ki, onun kimi Vətən oğullarının hünəri zəfərin qazanılmasının əsas təməlidir.

Qeyd edək ki, Rəşad Mahmudov qəhrəmanlığına görə ölümündən sonra Prezident İlham Əliyev tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam