Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Osmanlı Teymur Saday oğlunun bu gün cənnətdəki ilk ad günü kənd qəbiristanlığında məzarı yanında anılıb. Mərasim mövcud pandemiya qaydalarına uyğun olaraq keçirilib.
Yenixeber.org: Anım mərasimində rayon icra hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəhbərliyi, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər. Qeyd etmək istərdik ki, yaşasaydı Teymurun 26 yaşı tamam olacaqdı.
Çıxış edənlər şəhidin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin də qanının yerdə qalmadığı bildirilib. Ziyarətçilər şəhidin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə gül dəstələri qoyaraq, ruhuna dualar oxuyub.
Daha sonra rayon rəhbəri Cülyan kəndindən olan I Qarabağ müharibəsi şəhidi Bağırov Çingiz Kərəm oğlunun da məzarını ziyarət edib. Tədbir iştirakçıları tərəfindən şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunulub.
Daha sonra tədbir çərçivəsində hər iki şəhidin adını daşıyan bulaq kompleksinin açılış mərasimi keçirilib. Çıxış edənlər bulağın inşa edilməsin də əziyyəti olan hər kəsə öz təşəkkürlərini bildiriblər. Tədbirdə Cülyan kənd tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilib.
Şəhid Teymurun valideynləri övladı ilə fəxr etdiklərini söyləyib, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd ediblər ki, bu gün dövlət başçısının şəhid ailələrinin sosial qayğılarına göstərdiyi diqqət cəmiyyətin hər üzvü üçün örnək olmalıdır.