Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Respublika stadionunun direktoru azarkeşlərə müraciət edib

 

"Futbol matçı hər kəs üçün 90 dəqiqə deyil. O, həm oyunçular, həm görüşün yüksək səviyyədə keçirilməsini təmin edən müvafiq strukturlar, həm də futbolsevərlər üçün daha böyük zamanı, bir neçə günü, bəzən saatları özündə ehtiva edir".

Yenixeber.org: Bunu Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev "Qarabağ"ın Polşanın "Lex" komandasını 5:1 hesabı ilə məğlub etdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

O, matçın təşkilatçılıq səviyyəsi ilə bağlı müsbət rəy və fikirlər aldığını bildirib: "Şübhəsiz ki, fəaliyyətimizin əsas meyarı kompleks rahatlıq, təhlükəsizlik amillərinə yönəlib. Bu prosesdə vacib funksiyalardan birini yerinə yetirən subyekt kimi fəaliyyətimizin daim təkmilləşdirilməsinə çalışırıq, mövcud imkan və resusrlarımızın daha səmərəli istifadəsinə xüsusi önəm veririk".

Quliyev "Qarabağ"ın qələbəsi münasibəti ilə bütün ölkə ictimaiyyətini, futbol azarkeşlərini təbrik edib: "Qələbə hissləri yaşamaq çox yaxşıdır. Bu ruhu, motivasiyanı qoruyub saxlamaq paralel olaraq, dərhal nəzərə çarpmayan bir sıra işlərin davamlı görülməsini tələb edir".

Direktor oyun vaxtı ciddi xoşagəlməz hadisələrlə rastlaşmadıqlarını sözlərinə əlavə edib. Bununla yanaşı, o, bəzi məqamlarla əlaqədar azarkeşlərə müraciət edib: "Fürsətdən istifadə edərək, azarkeşlərin nəzərinə bir məsələni çatdırmaq istəyirəm: “Qarabağ”ı seviriksə, komandanın oynadığı stadionu, məkanı da sevməliyik. Biz cənub giriş qapılarını oyun günü istifadəçilərin üzünə açmaqla, təbii olaraq, azarkeşlərin rahat giriş-çıxışlarını düşünürük. Amma razılaşaq ki, bütün məsələlər təşkilatçılardan asılı deyil. Təmizliyə riayət olunması, bəzən süni yaranan lokal sıxlaşmalara aparan hallara yol verilməməsi daha geniş kütləni əhatə edən aktual məsələlərdəndir. Beynəlxalq oyunlarda tamaşaçılar arasında əcnəbilər də olur. Nəzərə almaq lazımdır ki, artıq oyunlarını sabit və inkişafda olan xətt üzrə aparan “Qarabağ” hələ bu stadiona neçə-neçə ölkədən qonaqlar, futbol fanatları gətirəcək. Biz onların hər birinin yaddaşında bu stadion, bu şəhər, bu ölkə ilə bağlı yeni xoş izlər qoymalı və müsbət təəssüratlar yaratmalıyıq".

Ş.Quliyev II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə görüşə az müddətin qalmasına baxmayaraq, ot örtüyü ilə bağlı problemin yaşanmayacağını diqqətə çatdırıb: "İndiyədək ot örtüyünə müvafiq standartlara uyğun göstərdiyimiz xidmətləri hazırda da davam etdirir və etdirəcəyik".

O, son olaraq mərkəzi arenadakı tablonun qarşılaşma ərzində yalnız hesabı göstərməsinə, oyunu yayımlamamasına da münasibət bildirib: "Tablo ilə bağlı məsələlər bütövlükdə daim texniki tərəqqi ilə bağlıdır. İstismar prosesində nələrsə ortaya çıxa bilər. Bunları müəyyən mənada təbii hal kimi də qəbul etmək lazımdır. Əlbəttə, biz də daha müasir tabloların alınması və tətbiqi, daha optimal variantların seçilməsi haqqında düşünürük".

Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ilk matçını iyulun 19-da evdə, cavab görüşünü isə iyulun 27-də səfərdə keçirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam