Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

NATO Baş katibi:“Ukrayna bizə arxalana bilər, hərbi və maliyyə dəstəyi davam edəcək”

NATO Baş katibi: “Ukrayna bizə arxalana bilər, hərbi və maliyyə dəstəyi davam edəcək”
Ehtiyac olduğu müddətdə Ukrayna bizə arxalana bilər.

Yenixeber.org: Bunu NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya Ukraynaya müharibə elan etməklə Avropada sülhü pozub:
“Biz İkinci Dünya müharibəsindən sonra ən böyük təhlükəsizlik böhranı ilə üzləşdik”.

Baş katib Ukrayna Prezidentinin liderliyi və cəsarətini yüksək qiymətləndirib.

“Mən şadam ki, bu gün Prezident Zelenski bu sammitə qoşuldu.

Bizim, NATO-nun mesajı aydındır: Ukrayna ehtiyac olduğu müddətdə bizə arxalana bilər.

Biz Ukraynaya əsas hərbi və maliyyə dəstəyi verməyə davam edəcəyik.

Bu gün NATO müttəfiqləri Ukrayna üçün hərtərəfli dəstək planı barədə razılığa gələrək bu ölkəyə dəstəklərini gücləndirəcəklər. Bura təhlükəsiz kommunikasiya, yanacaq, tibbi ləvazimat, bədən zirehi, kimyəvi bioloji silahlar və minalarla mübarizə üçün ləvazimatlar və yüzlərlə daşına bilə antidron sistemləri daxildir.

Uzunmüddətli strategiya ilə bağlı biz Ukraynanın sovet silahları sistemindən müasir NATO sisteminə keçməsi üçün yardım edəcəyik. Bu, bizim Ukraynanın müstəqil, suveren gələcəyinə öhdəliyimizin nümunəsidir və bu öhdəlik sarsılmazdır. Müstəqil və suveren Ukrayna Avroatlantik regionunda sabitlik üçün həyati əhəmiyyət daşıyır”, - Stoltenberq qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam