Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

ÜST:Dünyada meymunçiçəyinə yoluxma artır

 

Dünyada meymunçiçəyinə yoluxma halları artır. İlin əvvəlindən dünyada meymunçiçəyi xəstəliyinə 3 413 laborator yoluxma halı qeydə alınıb, bir ölüm faktı məlumdur.

Yenixeber.org: Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülletenində deyilir.

“2022-ci il yanvarın 1-dən iyunun 22-dək ÜST-ə 50 ölkədə, 5 region ərazisində laborator təsdiqlənmiş 3 413 yoluxma halı və 1 ölüm barədə məlumat daxil olub”, - sənəddə vurğulanır.

Təşkilat qeyd edib ki, əvvəlki bülletenin dərc edildiyi gündən - iyunun 17-dən indiyədək 1 310 yeni yoluxma qeydə alınıb. Bundan əlavə, daha səkkiz ölkə yoluxma halları barədə məlumat verib.

Laboratoriya tərəfindən təsdiqlənmiş halların əksəriyyəti (86 %) Avropada müəyyən edilib. Siyahıda sonrakı yerləri Amerika (11 %), Afrika (2 %), Şərqi Aralıq dənizi (1 %-dən az) və Asiya-Sakit okean (1 %-dən az) regionu tutur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam