Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Kirpi”lərin, qum torbalarının və ordunun qoruduğu yumor şəhəri –FOTOSESSİYA

Xüsusi müxbirimizin Odessadan reportajı

Yenixeber.org: 2022-ci ilin fevralın 11-də Financial Times qəzeti yazırdı: “Rusiyanın Ukraynaya hücum edəcəyi tədqirdə Odessa əsas hədəflərdən biri olacaq”. Rusiya ordusu qəzetin haqlı olduğunu fevralın 24-də təsdiqlədi. Şəhər bütün günü raket hücumuna məruz qaldı. Həmin gün axşam saatlarında raketlərdən birinin şəhərin yaxınlığındakı hərbi hissəyə düşməsi nəticəsində 22 nəfər həlak oldu. 

Ukraynanın əsas liman şəhərlərindən olan Odessaya əvvəlcə sudan, daha sonra qurudan hücumlar başlandı. Hava hücumundan müdafiə sistemləri əsasən ilhaq edilmiş Krımdan atılan artilleriya və top atışlarının qarşısını alır. İkinci yol isə Odessadan 2 saatlıq məsafədə yerləşən Nikolayev şəhəridir ki, o da dəfələrlə Rusiya ordusunun bütün növ silahları ilə atəşə məruz qalıb. Müharibənin başlanmasından bir aydan artıq müddət keçməsinə baxmayaraq, Odessa sudan, havadan və qurudan ciddi şəkildə mühafizə olunur. Dəniz sahili və dənizin müəyyən hissəsinin minalandığı deyilir. 

Şəhərin daxilində həyat adi qaydada davam edir, amma axşam saat 8-dən sonra komendant saatı tətbiq olunur. Bu vaxtadək şəhərdə bütün obyektlər adi iş rejimində çalışır. Amma şəhərdaxili vəziyyət ciddi nəzarət altındadır. Ən strateji küçələr, dəniz kənarı, çimərliklər, inzibati binalar postlarla mühafizə olunur. Hər yerdə əsgərlər, polislər insanları və nəqliyyatı yoxlayır. Jurnalistlərin də fəaliyyətinə nəzarət olunur. “Təhlükəsizlik tədbirləri” əsas gətirilərək, müəyyən obyekt və postların foto və videoya çəkilməməsinə nəzarət edilir. Bəzən bu cür görüntüləri əldə etməyə müvəffəq olan media mənsublarının avadanlıqlarından həmin kadrlar silinir.

Odessada küçə boyu ağır texnikanın hərəkətinə mane olacaq “kirpi”, tikanlı məftillər və bu kimi vasitələrə də rast gəlinir. Şəhər hər an döyüşə hazır vəziyyətə gətirilib. Vaxtilə insan qaynayan küçələri postlar, “kirpi”lər və qumla dolu kisələr doldurub. İnsanlar da bunların arası ilə hərəkət edir. 

Odessanın simvolu sayılan Dyuk De Rişelyenin dənizə baxan abidəsi büsbütün qum torbaları ilə əhatə olunub. Nəzər alsaq ki, bu, Odessada ilk dəfə – 1828-ci ildə ucaldılan abidədir, o zaman həssas münasibəti anlamaq çətin deyil. 

Əməkdaşımızın bir müddət öncə Odessadan lentə aldığı fotolar şəhərdəki vəziyyəti əyani təsvir edir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam