Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Azərbaycan səfirliyi Marneulidəki hadisə ilə bağlı başsağlığı verdi

Azərbaycan səfirliyi Marneulidəki hadisə ilə bağlı başsağlığı verdi
Azərbaycanın Gürcüstandakı səfirliyi iyunun 26-da Marneuli rayonunda baş vermiş bədbəxt hadisə ilə bağlı başsağlığı verib.
Yenixeber.org: Bu barədə səfirliyin feysbuk səhifəsində qeyd olunub.Səfirlik beşmərtəbəli binada baş verən uçqun nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən kədərləndiyini bildirir, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayır.
Qeyd edək ki, iyunun 26-da Marneuli şəhəri Nərman Nərimanov küçəsindəki çoxmərtəbəli binalarından birinin 5-ci mərtəbəsində balkon uçub, nəticədə 3 nəfər xəsarət alıb, 2 nəfər isə həlak olub. Həmin binanın sakinləri təxliyə edilib.
Marneuli meriyasından bildirilir ki, faciə baş verən yaşayış binasından əhalinin bir hissəsi müvəqqəti olaraq mehmanxanalara köçürülüb. Onların xərcləri Marneuli meriyası tərəfindən təmin ediləcək. Yaralılara tibb müəssisələrində müvafiq yardım göstərilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam