Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

UKRAYNADAKI SƏFİRLİYİMİZDƏ “GÖZƏLÇƏ DİPLOMATİYASI” –Onlar kimdir və nə iş görürlər?

resizer

Xeyli müddətdir ki, ölkə mətbuatında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev barədə qalmaqallı materiallar yayılmaqdadır. Son bir neçə ayda A.Xudiyevin adı ancaq neqativ məsələlərdə hallanır. Tam əminliklə demək olar ki, təcrübədə belə hallara heç vaxt rast gəlinməyib. Yəni hansısa bir səfir heç vaxt bu qədər “gündəmdə” olmayıb. 

Yenixeber.org: Heç bir səfir haqqında bu qədər mənfi fikirlər söylənilməyib və heç bir səfir diplomatik missiya daşıdığı ölkədə yaşayan soydaşları ilə “müharibə vəziyyəti”ndə olmayıb.

Hansı səfir fəaliyyətə başladığı ilk günlərdəcə “Restoranda dava” xəbərləri ilə diqqəti cəlb edib? Hansı səfir öz soydaşları barədə xarici ölkənin hüquq-mühafizə orqanlarına şikayət məktubları yazıb? Hansı səfir öz soydaşı barədə həmin ölkənin prokurorluq orqanlarında cinayət işinin açılmasına çalışıb? Hansı səfir dövləti və xalqı üçün çalışan hansısa azərbaycanlını illərdir yaşadığı, çalışdığı ölkədən, məhz şəxsi müstəvidəki konflikdə görə deportasiya etdirmək üçün əlindəki resurslardan istifadə edib? Biz beləsini tanımırıq və yəqin ki, A.Xudiyev Azərbayacanın diplomatiya tarixində öz soydaşları ilə YOLA GETMƏYƏN, onlarla QARŞIDURMA vəziyyətində olan yeganə səfir nümunəsi olaraq qalacaq!

Harada görsənib ki, bir səfir Azərbaycan dövlətinə məxsus binada illər öncə aparılmış təmirin yoxlanılması, üzə çıxan hansısa qüsurların səbəbini araşdırmaq üçün xarici ölkənin hüquq-mühafizə orqanlarına müraciət etsin? Bir azərbaycanlının başqa bir azərbaycanlı barədə erməniyə şikayət etməsini təsəvvür edərdinizmi? A.Xudiyev bunu da edib!

Bu məsələlər barədə çox danışılıdığından, mətbuatda geniş məlumatlar verildiyindən təkrarçılığa yol vermək istəmirik. Hə halda Azərbaycan ictimaiyyəti A.Xudiyevin keçmiş səfir Tələt Əliyevin səfirlik binasında apardığı təmiri təftiş etməyə qalxdığını yaxşı bilir. Soydaşlarımız barədə Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakova şikayət məktublarının göndərilməsi kimi faktlardan da çoxlarının məlumatı var.

vvgn-1542909543Bununla yanaşı, artıq hamı bilir ki, Ukraynadakı keçmiş səfirlərimizin ciddi cəhdlə qarşısını aldığı bir tikinti layihəsinə məhz A.Xudiyev razılıq verdiyindən, indi səfirliyimizlə “çiyin-çiyinə” göydələn ucalır. Hansı ki, oradan səfirliyin nəinki bütün ərazisini, hətta daxilini də açıq və aydın şəkildə müçahidə etmək mümkündür. Əvvəlki səfirlərin məhz təhlükəsizlik nöqteyi nəzərindən tikintisinə icazə vermədiyi binanın A.Xudiyev gələn kimi ərsəyə gətirilməsi, ortaya xeyli suallar çıxarır və yəqin ki, qarşıdakı günlərdə bu xüsusda diqqətçəkən araşdırmalara rast gələcəyik. Burada bir məqamı da qeyd etmək istərdik. Səfir A.Xudiyev bir-birini təkzib edən ardıcıl açıqlamaları ilə də diqqət cəlb edir.

Bu günə qədər barəsində yazılanlar barədə əvvəlcə “Qətiyyən belə bir şey yoxdur” kimi reraksiyalar verən A.Xudiyev, sonrakı günlərdə, “Məsələ bir qədər başqa cürdür” formalı uyğunsuz açıqlamalar verib. “Porsche Cayenne” markalı DP 041002 (diplomatik) dövlət qeydiyyat nişanlı bahalı avtomobillə bağlı qalmaqalı heç kəs unutmayıb. Səfir əvvəlcə avtomobili idarə edən şəxsi tanımadığını demişdi. Ertəsi gün isə mətbuata çıxıb sürücünü səfirliyin tədbirlərində yaxından iştirak edən iş adamı kimi təqdim etdi…

Yuxarıda da qeyd etdiyimiz kimi, Ukraynadakı sıfirliyimiz barədə xoşagəlməz xəbərlərin ardı-arası kəsilmir. Bu dəfə elə səfirliyə yaxın mənblərdən olduqca diqqətçəkən məlumatlar əldə etmişik. Həmin məlumatlara keçməzdən əvvəl başqa bir məqama diqqət yönəltmək istərdik. Azərbaycanın demək olar ki, bütün səfirliklərinin rəsmi internet saytı var, o cümlədən də Ukraynadakı səfirliyimizin. Bu sayta gözucu nəzər yetirmək kifayətdir ki, səfirliyin fəaliyyəti (əslində fəaliyyətsizliyi) barədə aydın təsəvvürlər yaransın. Sayt iki dildədir – Azərbaycan və Ukrayna dillərində. Təsəvvür edin, saytın Azərbaycan versiyasına sonuncu xəbər ötən ay qoyulub. Təxminən bir aydır ki, saytda hər hansı yenilənmə aparılmır. Ukrayna vətəndaşları üçün nəzərdə tutulan versiyasından isə ümumiyyətlə danışmağa dəyməz.

Burada sonuncu xəbər iyulun 19-da yerləşdirilib (Şəkillərə diqqət – RED).

Bir ukraynalı Azərbaycan səfirliyinin saytına daxil olsa, elə başa düşər ki, səfirliyimiz 4 aydır işləmir. Halbu ki, səfirlik daha çox saytın Ukrayna dilində olan versiyasını zənginləşdirməkdə maraqlı olmalıdır. Amma görünür bu kimi məsələlər səfirimizi və səfirliyin əməkdaşlarını az maraqlandırır.

Belə olmasaydı, ən azı noyabrın 9-da Dövlət Bayrağı Günü, 12-də Konstitusiya Günü münasibətilə balaca bir xəbər yerləşdirib Ukrayna ictimaiyyətinə Azərbaycan üçün bu əlamətdar tarixlər barədə məlumat verərdilər. Səfirliyin saytında ayrıca “Press-relizlər” bölməsi var. İnanmayacaqsız, həmin bölmədə bir dənə də olsun material yoxdur…

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” klubu noyabrın 6-da Ukraynaya səfər edib, amma bu barədə bir cümlə də olsun sayta yerləşdirilməyib. Halbu ki, səfir də, səfirliyin əməkdaşları da “Vorskla” – “Qarabağ” qarşılaşmasını stadiondan izləyiblər. Saytın Azərbaycan versiyasını demirik, heç olmasa Ukrayna dilində olan versiyada “Qarabağ” klubu barədə məlumat vermək, bu klubun təmsil etdiyi şəhəri ermənilərin işğal etdiyini yazmaq bu qədərmi çətin işdir? Axı nədən bizim səfir belə lazımlı məsələlərdə azərbaycnlılardan erməni nazirə şikayət yazacaq qədər həvəsli deyil?..

Başqa bir maraqlı məqam isə səfirliyin əməkdaşları ilə bağlıdır. Səfirliyin saytında onların adı və vəzifələri olan xüsusi bölmə var. Amma nədənsə həmin siyahıda bizim səfirlik əməkdaşı kimi tanıdığımız, daha dəqiq desək, özünü səfirliyin mətbuat katibi, bəzən də köməkçisi kimi təqdim edən, demək olar ki, bütün tədbirlərdə səfir A.Xudiyevi müşayət edən Xəyyam Həqiqətoğlunun adı yoxdur.

Halbu ki, səfirliyin binasında ayrıca kabinetdə oturur, səfirliyin bütün məlumatlarını yayır və sosial şəbəkələrdəki səhifələrini idarə edir. Ümumiyyətlə, səfirliyə aid bir çox məsələlər məhz onun əlinin altından keçir… Nə qədər araşdırsaq da X.Həqiqətoğlunun hansı əsaslarla səfirlikdə işə cəlb olunduğunu öyrənə bilmədik. Amma fakt odur ki, səfirliyin rəsmi əməkdaşları sırasında belə bir adam yoxdur.

İndi keçək əsas məsələyə. Əslində indi toxunacağımız məsələ də səfirliyin əməkdaşları ilə bağlıdır. Bizə məlumat verən mənbə səfirlikdəki iki ukraynalı xanımın da statusunun bəlli olmadığını bildirdi. Bunlardan biri səfirin qəbul otağında oturan Şestakova Zülviyyə Sabitovnadır. Onun konkret olaraq hansı vəzifəni yerinə yetiridyi bəll deyil. Hansı əsaslarla diplomatik missiyada işə cəlb olunduğunu da heç kəs bilmir. Bəzi məlumatlara görə, səfirliyin hüquqi məsələləri ilə məhz bu xanım məşğul olur. Mənbəmizin sözlərinə görə, xanım Şestakovanın valideynləri Rusiyada yaşayır və o, tez-tez həmin ölkəyə səfər edir. Biz hər ehtimala qarşı onun da adını səfirliyin saytındakı bölmədə axtardıq. Amma rast gələ bilmədik və ümumiyyətlə, səfirliyin əməkdaşları sırasında bir nəfər də olsun qadın adı yoxdur.

Halbuki, xanım Şestakova hazıırda səfirliyin hörmətli işçilərindən biri kimi qəbul olunur. Digər məlumatlara görə, bu xanım əvvvəllər Dnepropetrovsk vilayətinin Nikopolski rayon məhkəməsinin hakimi olub. Keçmiş prezident Viktor Yanukoviçin tərəfdarı olduğundan tutduğu vəzifədən qovulub.

Bundan sonra isə xanım Şestakova Azərbaycanın Ukraynadakı səfirliyində peyda olub. Maraqlıdır deyilmi? Ümid edirik ki, səfirlik əməkdaşlar sırasında olmayan şəxslər barəsində nə zamansa açıqlama verib, onların hansı əsaslarla işə cəlb olunduqlarını izah edəcək. Hər halda düşündürücüdür: xanım Şestakovanın hansı üstünlükləri və mütəxəssis kimi cəlbedici keyfiyyətləri var ki, cənab səfir məhz onu səfirlikdə işə cəlb edib və üstəlik hüquqi məsələləri ona həvalə edib?

Bizə məlumat verən səfirliyə yaxın mənbə Olqa adlı ukraynalı xanımın da adını çəkib. Xanımın soyadını dəqiqləşdirə bilməyən mənbəmizin sözlərinə görə, Olqa xeyli müddətdir ki, Azərbaycanın Ukraynadakı səfirliyində yaşayır. Kimdir, nəçidir, hansı işlə məşğul olur və hansı səbəbdən səfirliyimizin sakininə çevrilib, bu barədə müəyyən bilgilər əldə etsək də, hələlik təfərrüata varmaq istəmirik. Yalnız onu qeyd edə bilərik ki, Olqa xanımın övladları da səfirlikdə məskunlaşıb. Onun iki qızı və David adında bir oğlunun olduğu deyilir.

Bizə təqdim olunan fotolardan birində səfirliyimizin həyətində uşaq arabasının olduğu aydın görünür. Olqa ilə Zülfiyyə Şestakovanın rəfiqə olduqlarını deyən mənbə sabiq məhkəmə hakiminin məhz Olqanın vasitəçiliyi ilə səfirliyimzdə işə düzəldiyini ehtimal edir. Olqanın gerçək kimliyi barədə müəyyən araşdırmalara başlamışıq. Onun barəsində bir müddət əvvəl də mətbuatda müəyyən məlumatlara rast gəlinib. Lakin səfirlikdən bildirilib ki, Olqa adında xanımı tanımırlar və belə bir xanım Azərbaycan səfirliyində heç vaxt olmayıb.

Maraqlıdır ki, mənbəmiz həmin xanımı səfirlikdə hamının tanıdığını iddia edir. “Mən özüm onu görürəm. Hamı onu yaxşı tanıyır. Uşaqları da səfirliyin həyətində gəzirlər” – deyə mənbə eddia edir.

Mənbə səfir A.Xudiyevin Olqa ilə birgə çəkdirdiyi fotonu da bizə təqdim edib(Soldan ikinci xanım – Red). Hər halda dərindən araşdırılası məsələdi. Ola bilər ki, tədbirlərin birində çəkilmiş fotodur və doğrudan da Azərbaycanın Ukrayndakı səfirliyində Olqa adlı xanım yoxdur. Varsa, onda gərək səfirlik açıqlama versin ki, o xanım kimdir və səfirliyimizdə nə işlə məşğuldur. Bəlkə doğrudan da yüksək səviyyəli mütəxəssisdir və səfirliyimiz onun hansısa xismətlərinə ehtiyac duyaraq, QEYRİ-RƏSMİ əməkdaşlığa cəlb edib? Belədirsə, onda burada təəccüblü heç nə yoxudr. Təəccüblü sadəcə xanımın varlığınının inkar olunmasıdır. Hər halda araşdırmağa dəyər…

Sonda onu da qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi sabiq Səfir Tələt Əliyevlə bağlı Ukraynanın hüquq-mühafizə orqanlarına hər hansı şikayət ünvanlanmadığına dair açıqlama yayıb: “Səfirlik tərəfindən T.Əliyevlə bağlı hər hansı məsələdə yerli hüquq-mühafizə orqanlarına, eləcə də Ukrayna daxili işlər naziri A.Avakova müraciət edilməyib. Hesab edirik ki, xüsusilə A.Avakovun adının hallandırılması və bu ətrafda eyforiya vəziyyətinin yaradılması məqsədyönlü və qərəzli xarakter daşıyır” – deyə, səfirlikdən bildirilib(pia.az).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam