Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Əsir götürülən “Azovstal” müdafiəçilərinin taleyi necə oldu?

 

“Rusiyalı hərbçilərin əsir götürdükləri “Azovstal”ın müdafiəçiləri sağdırlar. Lakin onların hansı şəraitdə saxlandığı hələlik məlum deyil”.

Yenixeber.org: Bu sözləri Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak deyib.

“Biz bilirik ki, Mariupolun müdafiəçiləri sağdırlar. Onların hansı şəraitdə saxlanıldıqlarına gəlincə, biz bu məsələni də diqqətdə saxlayırıq. Bunu dəqiq deyə bilməsək də, onların sağ olduqlarını dəqiq bilirik”, - deyə A.Yermak vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın Baş Kəşfiyyat İdarəsi “Azovstal”ın müdafiəçiləri ilə bağlı məsələni daim nəzarətdə saxlayır.

“Onların bəziləri ilə əlaqə var və azadlığa buraxılmaları üzrə proses bir saat belə dayanmır. Mən, həqiqətən, ümid edirəm ki, proses aktiv fazaya keçəcək və biz öz qəhrəmanlarımızı Ukraynaya qaytarmağa başlayacağıq”, - deyə Ukrayna Prezidenti Aparatının rəhbəri söyləyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam