“AZOV” QƏHRƏMANLARINDAN GERİ QALAN MƏNZƏRƏ... - Mariupol müdafiəçiləri hansı şəraitdə döyüşüblər? +FOTOLAR
““Azovstal” döyüşçülərinin mühasirə şəratində 55 gün Mariupol şəhərini müdafiə etmələri dünya hərb tarixinə keçəcək bir hadisə idi. Hər kəs onların bunu necə bacardığını, Rusiya kimi nəhəng bir dövlətin qarşısında 4-5 min döyüşçünün günlərlə, həftələrlə necə döyüşdüyünü maraqla izləyirdi. “Azov” döyüşçülərini “ölümsüz” adlandıranlar belə var idi. Ancaq iki ay 3 həftə 5 gün davam edən bu mübarizə mayın 20-də yekunlaşdı. Ağlasığmaz şəraitdə döyüşən qəhrəmanların bir çoxu həlak oldu. Bir qismi isə hazırda Rusiya əsirliyindədir”.
Yenixeber.org: Bunu Britaniyanın “Daily Mail” nəşri yayımladığı ““Azov” müdafiəçiləri hansı şəraitdə döyüşüblər” başlıqlı məqalədə qeyd edib.
“Daily Mail” həmin yazıda bir sıra maraqlı məqamlara toxunub və “Azovstal”dan yeni görüntülər paylaşıb. Məqlədə daha sonra deyilir: “”Azovstaldan” paylaşılan yeni görüntülərdə zavodda minlərlə ukraynalı hərbçinin hansı şəraitdə döyüşdükləri əks olunub. Donbasın mərkəzində yerləşən Azov dəniz limanının şərqindəki nəhəng sənaye kompleksi ən şiddətli döyüşlərin getdiyi bölgələrdən biri idi. Mariupolun mühasirəsi Putinin işğalının ilk günündə, fevralın 24-də başladı və 55 gün sonra mayın 20-də başa çatdı. Ərazidən paylaşılan yeni görüntülərə nəzər saldıqda hansı əşyaların Rusiyanın işğalından əvvəl, hansınınsa sonra qoyulduğunu ayırd etmək çətin deyil. Məsələn, Prezident Zelenskinin üzü olan hədəf taxtası, əlbəttə ki, “Azovstal”ın ukraynalı müdafiəçiləri tərəfindən ora qoyulmayıb. Eyni zamanda, həlak olan Ukrayna əsgərlərinin şəklləri və “Qəhrəmanlar ölmür” yazısı olan plakatlar yeni əlavələr deyil.
Ukrayna “Azov” alayının keçmiş komandiri Maksim Jorin bildirib ki, həlak olan döyüşçülərin bir çoxunun cəsədi hələ də zavodun ərazisində qalıb: “Son mübadilə şərtlərinə əsasən, “Azovstal”da öldürülən 220-yə yaxın ukraynalının cəsədi artıq Kiyevə göndərilsə də, bir çox cəsədlər hələ də Mariupolda qalıb. Bütün cəsədlərin Ukraynaya qaytarılması üçün gələcək mübadilələr haqqında danışıqlar davam edir. Həlak olanların üçdə biri “Azov” batalyonu, digərləri isə sərhəd patrul və dəniz qüvvələrinin üzvləri, eləcə də polislərdir”.
Rusiyanın aylarla davam edən bombardmanından sonra Mariupol boş bir xarabalığa çevrilib. Putinin qüvvələri döyüşlər zamanı bütün humanitar yardımların şəhərə daxil olmasını əngəlləyib, polad zavodu daxilində və ətraf ərazilərdə ərzaq çatışmazlığını daha da gücləndirib. BMT və Qırmızı Xaç təşkilatlarının apardığı uzun danışıqlardan sonra Rusiya “Azovstal”dan qadınların, uşaqların və qocaların çıxmasına, ərazini tərk etmələrinə icazə verib. Müharibənin əvvəlindən dəhşətli mühasirəyə məruz qalan şəhər indi tamamilə Rusiya qüvvələrinin əlindədir.
Minlərlə ukraynalı əsgər və mülki əhali şəhərin əsas strateji təchizat məntəqəsi olan “Azovstal” polad zavodunu rus işğalçılarından qorumaq üçün 55 gün döyüşüb. Mariupol müharibənin bəlkə də ən ölümcül hücumuna səhnə olub. Rus hərbçiləri üzərinə “uşaqlar” yazısı yazılmış bir teatrı bombalayıb və nəticədə oraya sığınan 600-ə qədər insan həlak olub.
Minlərlə insanın mühasirədə öldüyü məlumdur. Onların cəsədləri tez-tez yolların kənarında rast gəlinən tələsik qazılmış kütləvi məzarlıqlara yığılıb. Ancaq əsl itkilərin daha çox olduğu düşünülür. Şəhər rəsmiləri ən azı 20 min dinc sakinin öldüyünü təxmin edirlər. Ancaq bu sayın 50 minə qədər artacağı ehtimal edilir. Mariupolun müharibədən əvvəl əhalisi təxminən 450 min nəfər idi. Yəni rus hərbçiləri şəhər əhalsinin 10 faizdən çoxunu məhv edilblər”. “Azpolitika”