Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukrayna dünya ölkələrinə çağırış etdi-"Azovstal"da dinc əhalinin qorunması ilə bağlı

           "Dünya liderləri "Azovstal"dan təxliyəyə kömək etməsələr, dinc əhali və uşaqlar məhv olacaq".

Yenixeber.org: Yerli mətbuat xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviter hesabında yazıb.

Podolyak dünya liderlərini Mariupolda rus işğalçıları tərəfindən bloklanan Azovstaldan “yaşıl dəhliz”in təşkilinə kömək etməyə çağırıb.

"Rusiya "Azovstal"a güclü bombalar atmağa davam edir. Dünya uşaqların öldürülməsini canlı izləyir və susur", - o, qeyd edib.

Xatırladaq ki, səhər saatlarında Rusiya qoşunları Mariupoldakı “Azovstal” zavodunda Ukraynanın mövqelərinə hücuma başlayıb. Hücumdan əvvəl müəssisənin ərazisi güclü bombardmana və artilleriya atəşinə məruz qalıb.

Qeyd edək ki, yüzlərlə Mariupol sakini, o cümlədən uşaqlar bir neçə həftədir ki, "Azovstal" ərazisindəki sığınacaqlarda gizlənir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam