Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

İsrail HƏMAS-ın silah sexi və hərbi postlarını vurdu

İsrail HƏMAS-ın silah sexi və hərbi postlarını vurdu   
İsrail ordusu dünən gecə baş verən hücuma cavab olaraq Qəzza zolağındakı silah istehsalı obyektləri və HƏMAS hərbi postlarına hava zərbələri endirib. 
Yenixeber.org: Bu barədə İsrail Müdafiə Ordusunun(ÇAXAL) mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bir müddət öncə Aşkelon şəhəri yaxınlığında və Qəzza zolağı ilə sərhəddə yerləşən ərazilərdə mümkün raket hücumu ilə bağlı həyəcan siqnalı işə düşüb. İsrail ordusunun mətbuat xidməti Qəzza zolağından İsrail ərazisinə atılan bir raketin hava hücumundan müdafiə sistemi tərəfindən tutulduğunu bəyan edib.

"Bir müddət əvvəl raket atəşinə cavab olaraq İsrail ordusunun döyüş təyyarələri və uçuş aparatları HƏMAS-ın Qəzza zolağında bir sıra terrorçu hədəflərinə hücum edib. Zərbə HƏMAS-ın hərbi postunun daxilində yerləşən silah istehsalı müəssisəsinə və Qəzza zolağında HƏMAS-a məxsus əlavə üç hərbi posta endirilib", - məlumatda deyilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam